Fikrət Məşədi Cəmil oğlu Əmirov
Əmirov
Fikrət Məşədi Cəmil oğlu (1922-1984).
Fikrət Əmirovun rəngarəng musiqisini dinlədikdə
təsəvvürümüzdə Azərbaycanın
füsunkar təbiəti, zəngin nağıllar
aləmi, xalçalarımızın əlvan, e'caskar
naxışları canlanır. O, musiqini, ədəbiyyatı
və tarixi çox sevərdi. Hələ 10 yaşında
ikən o, gözəl tar calar, konsertlərdə cıxış
edərdi. Fikrətin uşaqlıqdan xalq musiqisinə
olan hədsiz -hüdudsuz marağı ömrünün
sonunadək qalmış, onun böyük bir bəstəkar
kimi yetişməsinə dərin tə'sir göstərmişir.
Fikrət Azərbaycan xalq musiqisinin incəliklərini,
qədim musiqi alətimiz tarın sirlərini atası
- tanınmış tarzən və bəstəkar
Məşədi Cəmil Əmirovdan öyrənmişdir.
1939-cu
ildə Fikrət Azərbaycan Dövlət Konservatoriyasının
bəstəkarlıq fakultəsinə daxil olur. Onun
istedadına dahi bəstəkar Uzeyir Hacıbəyov
yüksək qiymət verir, Fikrətin təhsilinə
xüsusi qayğı göstərir. Tələbəlik
illərində gənc bəstəkar fortepiano ücün
variasiyalar və prelüdlər, iki musiqili komediya və
sair əsərlər bəstələyir. Böyük
Vətən mühariəsi başlanan kimi cəbhəyə
gedən Fikrət Voronej ətrafındakı döyüşlərin
birinə ağır yaralanır, sağaldıqdan sonra
ordudan buraxılıb doğma Bakıya qayıdır.
Konservatoriyada təhsilini davam etdirir. O, 1948-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasını bitirir.
F.Əmirov yaradıcılığı
musiqi sənətinin müxtəlif janrlırını
əhatə edir. Onun opera, operetta və baletləri,
simfonik musiqisi musiqisevənərin rəğbətini
qazanmışdır. F.Əmirovun yaratdığı
"Şur" və "Kürd ovşarı" simfonik muğamları
dünyanın ən məşhur konsert salonlarında
həmişə böyük müvəffəqiyyətlə
ifa olunur. 1953-cü ildə bəstəkar Azərbaycan
qadınlarının azadlığına həsr olunmuş
"Sevil" operasını yazır. Bu opera müasir operalar
arasında görkəmli yer tutur. Əsər xalq ruhuna
yaxın gözəl melodiyalar ilə diqqəti jəlb
edir.F.Əmirov bir çox məşhur mahnıların
müəllifidir . O, bir sıra dram tamaşalarına
və kinofilmlərə musiqi bəstələmişdir.Ömrünün
son illərində F.Əmirov balet sənəti sahəsində
daha çox çalışmışdır . O, 1973-cü
ildə "Nəsimi dastanı" baletini, 1979-cu ildə isə
məşhur Şərq nağılları əsasında
"Min bir gecə" baletini yazmışdır. Bu balet geniş
şöhrət qazanmışdır. Fikrət Əmirovun
son iri həcmli əsəri "Nizami" baletidir.
Böyük bəstəkarımız
F. Əmirovun Azərbaycan və Şərq xalqları
musiqisinin inkişafında rolu böyükdür. O,
Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli
ada, Azərbaycan SSR Dövlət mükafatına,respublika
Lenin komsomolu mükafatına layiq qörülmüş,
iki dəfə Lenin ordeni, iki Qırmızı Əmək
Bayragı ordeni ilə təltif edilmişdir .F . Əmirov
dəfələrlə Azərbaycan SSR Ali Sovetinə
eləcədə SSRİ Ali Sovetinə Deputat seçilmişdir.Fikrət
Əmirov Azərbaycan Bəstəkarlar İttifaqının
, həmçinin SSRİ Bəstəkarlar İttifaqının
katibi, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir
üzvü idi.
|