Gəncənin tarixi...
Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi
- Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq
tərəfində, Gəncə-Qazax düzündə,
Gəncə çayın hər iki sahilində yerləşir.
Azərbaycanın içtimai-iqtisadi, siyasi və mədəni
həyatında mühüm rol oynamış bu şəhər
karvan yollarının kəsişməsində yerləşirdi.
Burada sayahətçilər dayanır, uzaq ölkələrdən
alimlər fikirləri ilə bölüşürdülər.
Zəngin tarixin səhifələrini vərəqləyərkən
biz onun hər bir sətrində qədim şəhərinin
izlərinə rastlaşırıq, onun səsini eşidir,
nəfəsini hiss edirik.
Gəncənin şəhər kimi
formalaşmasına dair müxtəlif fikirlər var. Bəziləri
şəhərin yaranmağını eramızdan əvvəlki
dövrə aid edirlər, əksəriyyəti isə -
orta əsrlərin əvvələrinə.
Şəhərin
tarixindən danışarkən yaddan çıxartmaq lazım
deyil ki, o içtimai- iqtisadi və mədəni mərkəz
kimi yaranmışdır. Gəncəni Azərbaycanın
digər şəhərləri kimi ( Qəbələ, Naxçıvan,
Şəki, Şamaxı ) əlverişli cografi yerləşməsinə
malik və sonralar şəhərə çevrilmiş yaşayış
məskəni kimi nəzərdən keçirmək lazımdır.
Gəncənin yaşının sübutu kimi 656-661 illərdə
hakimiyətdə olan Xəlif Əli ibn ƏbuTəlibin
dövründə yaşamış Comərd qəssabı
haqqında olan rəvayətləri və onun türbəsini
saymaq olar. O zaman, Gəncənin əhalisinin əsasən
büdpərəst olmasına baxmayaraq, o Məhəmməd
peyğəmbərin dinini gizli qəbul etmişdir.Kiminsə
dinini gizlicə dəyişməsi, hələ o vaxtlar Gəncənin
siyasi hakimiyyətinin və nüfuzlu rühani idarəsinin
olmasını və şəhərin artıq formalaşdığını
göstərir. Deyilənlərə görə, Comərd
qəssab tərəzi işlətməyən qəssab
"Ya Əli" deyərək əti doğrayardı və heç
bir sakin ətin əksik gəlməsinə şikayət
etməmişdir.
Hələ
40- cı illərdə, arxeoloji qazıntılar zamanı,
tədqiqatlar belə bir fikirə gəlmişlər ki,
Gəncənin ərazisində yaşayış məskəni
hələ eramızdan əvvəl var idi . Gəncə
toponomik anlamında da həmçin fikir ayrılıgı
mövcuddur. Toponim (ərəblərdə- "Cənza", ermənilərdə-"Gaznak",
gurculərdə- "Gəndza" ) pəhləvi sözu kimi qəbul
edilirdi və "xəzinə, məhsul ambarı" mə'nasını
daşıyırdı . Bu izahların heç birinin elmi
əsası yoxdur. Reslərə görə, bu termin azərbaycan
dilinə məxsusdur. Başqa bir fikirə əsasən,
bu termin Gancak tayfasının adı ilə baglıdır,
və bu həqiqətə daha yaxındır. Bu tayfanın
mövcud olması elmlə artıq subuta yetirilmişdir.
Orta Asiya tarixçiləri subut etməyə çalışırlar
ki, onlar bu tayfanın törəmələridilər. VII-ci
əsrin birinci yarısında Gəncə farslar, ikinci yarısında
isə ərəblər tərəfindən dagıdılmışdır.
VII-ci əsrin sonunda şəhər ərəbləə
xəzərlər arasında döyuş meydanına çevrilmişdir
. "Dərbəndnamə"- də qeyd edilir ki, VII-ci əsrin
əvvəlində və VIII-ci əsrin əsrdə Azərbaycan
ərazisi dəfələrlə yuruşlərə mə'ruz
qalmışdı, və bunun nəticəsində Gəncə
də ziyan çəkib. Arranın paytaxtı olan Bərdə
şəhərindən sonra Gəncə beynəlxalq ticarətdə
muhum rol oynamaga başlayır, burada tez-tez karvanlar dayanır.
Dövruyyədə ərəb dinarı və dirxəm
işlənirdi.
X əsrdən başlayaraq,
yəni Bərdə paytaxt simasını itirəndə,
Gəncə ölkənin içtimai- iqtisadi və mədəni
həyatında muhum rol oynamaqa başlayır. Şəhərin
həyatında ticarət və sənətkarlıq muhum
yer tutur. Sənətkarlıgın ikişafı uçun
burada iqtisadi potensial var. Gəncənin yaxınlıgında
yerləşən dəmir, mis və kvars mə'dənləri
sənətkarları xammalı ilə tə'min edirlər.
Gəncənin ölkənin
paytaxtı kimi formalaşarkən hərbi muqavimətin artırılmasına
xususi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları
tikilmiş, onların ətrafında xəndəklər
qazılmışdı.
Bu şəkildə vaxtılə əzəmətli
və sarsılmaz Gəncə qalasının qalıqları
təsvir olunub . Ön planda qalanın cənub -şərq
sissəsinin künc ..... və qala divarının qalan
hissəsini jörmək olar, dijər ...... təxminən
600 metrlik məsafədə qırmızı işarələnmiş
sahədədir. Qalanın divarı Gəncəçayın
axını boyu tikilmişdir. Öz zamanlarında qala
üçün daha bir müdafmə xətti olan çay,
bu günlərdə onsuzda uçmuş qala divarlarını
daha da yuyub aparır.
IX-X-cu əsrlərdə xilafətin zəifləməsi ilə əlaqədar Azərbaycanda mustəqil
Şirvanşahlar, Sacilər, Salarilər, Fəvvadilər feodal dövlətləri yaranmaga
başlamışlar. Səlarilərin əlində olan Gəncə X-cu əsrin ortalarında Şəddadilərin
paytaxtı oldu. İ Fədlunun ( 895-1030) dövrundə Gəncə daha da möhkəmləndi.
Şəddadilər burada qala, saraylar, körpulər, karvansaraylar tikdilər və pul
kəsməyə başladılar. Şəhər ətrafında yeni, daha möhkəm qala tikildi.
1063-cu ildə dəmirçi İbrahim Gəncənin məhşur qapısını düzəltdi. Gəncə iri
bir mərkəzə çevrilərkən onun ərazisi böyuyur, yeni ticarət və sənaye məhəlləri
tikilir. İpək və ondan hazırlanan mə'mulatlar nəinki yerli, hətta xarici
bazarların alıcıların diqqətini cəlb edirdi. Gəncə həmçin dini mərkəz hesab
olunurdu. Belə ki, alban katalikosun igamətgahı Bərdədən Gəncəyə köçürülmüşdür.
Qətrap Təbrizi bu dövr haqqında belə yazır: "İndi Gəncə cənnət diyarına
çevrildi".
XI əsrin ortalarında Azərbaycan səlcuqların hücumlarına
mə'ruz qalmışdır. Təbrizi zəbt etdikdən
sonra I Toğrul (1038-1068) 1054-cü ildə Gəncəyə
doğru irəlilədi. Gəncə hakimi Şavir Toğrul
bəyin vassalı olmağa razılaşdı. O, Toğrul
bəyə qiymətli hədiyyə təqdim etdi və
onun adına xütbə oxundu. Səlcuqların hücumları
kəsilmirdi. XI əsrin 70-ci illərində Şəddadilər
hökmdarı III Fədlun müharibə aparmağın
mənasızlığını görüb təslim
oldu, lakin bir müddətdən sonra əlverişli şəraitindən
istifadə edərək yenidən hakimiyyətə qayıtdı.
1086-cı ildə Səlcuq hökmdarı Məlikşah
(1072-1092) sərkərdə Buğayı Gəncənin
üstünə yolladı. Yerli əhalinin güclü
müqavimətinə baxmayaraq Səlcuqlar şəhəri
zəbt etdilər. Döyüş zamanı Gəncə
hökmdarı III Fədlun əsir düşmüş,
və beləliklə 100 ildən artıq hökm sürmüş
Şəddadilər sülaləsinin hökmdarlığına
son qoyulmuşdur. Gəncənin idarəsini Məlikşah
öz oğlu Qiyas Əd-din Tapara e'tibar etdi. Qiyas Əd-din
Tapar sultan (1105-1117) seçildikdən sonra da igamətgahı
Gəncədə yerləşən əsas Səlcuq hökmdarlardan
biri idi. XII əsrin birinci yarısında Gəncəyə
bir neçə dəfə gürcülər hücum etmişlər.
Buna cavab olaraq Səlcuq qoşunları Gürcüstana hücum
etdilər və onu qarət etdilər.
Gəncə ilə
bağlı başqa bir hadisə - 25 sentyabr 1139-cu il tarixdə
baş vermiş güclü zəlzələ idi. Kirakos
Qəndzakesi yazırdı: "
Dağ və düzü duman
və buludlar bürümüşdü, dəhşətli
zəlzələ baş vermişdir. Gəncə dağıldı
Nəticədə Kəpəz dağı uçmuş
və təpələrdən axan xırda çayların
qarşısını kəsmişdir və göl əmələ
gəldi." Müəllif, dicər yeddi göl barəsində
yazmağı unudub və ya o vaxtı onlar barəsində
mə'lumatı olmayıb. Bunlar təkraredilməz gözəlliyi
olan Maralgöl, Ceyrangöl, Ördək gölü, Zəligölü,
Ağ göl, Qara göl və Şamlıgöl kimi göllərdir.
Şəhərin dağılmasından və hökmdarın şəhərdə olmamasından istifadə edərək
gürcü feodalları hücum etmiş, çoxlu qənimət əldə etdilər və Gəncənin məhşur
qapısını apardılar. Azərbaycanını maddi mədəniyyətinin abidəsinin qalıqları
nəzəriyyətsizlik və yararsız vəziyyətindən indi də Gürcüstan Respublikasının
Qelet monastırındadır.
Uzun-uzadı daxili feodal müharibələr Səlcuq dövləti zəiflətdi. Bu yerli
feodalların güclənməsinə və yeni dövlətlərin yaradınmasına şərait yaratdı.
Onlardan biri Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Atabəylər dövləti idi.
Gəncə bu dövlətin Arranda mərkəzi oldu. XII əsrin əvvəli - XIII əsrlər Gəncənin
Atabəylər dövlətinin ikinci paytaxtının çiçəklənmə dövrü adlandırmaq olar, çünki
onun mə'lumatları ölkədən çox uzaqlarda məhşur idi və o, "Arran şəhərlərin
anası" səviyyəsinə qalxmışdır. Burada hazırlanan və "Gəncə ipəyi" adlanan parça
qonşu ölkələrin və Orta şərq bazarlarında yüksək qiymətləndirilirdi .
Davamı...
|