GƏNCƏ İMAMZADƏ TÜRBƏSİ (GÖY İMAM)

Goy Imam       Qədim Gəncənin şimal hissəsində (indiki Gəncənin 7 km-liyində) orta əsrlərə aid meā€˜marlıq abidəsi. Üzərindəki kitabədə türbənin imam Məhəmməd Bağırın oqlu İbrahimin qəbri üstündə tikildiyi və general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edildiyi (1878-79) göstərilir.
     Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, kompleksin ətrafına daş və kərpicdən hasar çəkilmişdir.
70-ci illarda
     Türbə bu kompleksin ən qiymətli abidəsidir. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Me` marlıq quruluşuna görə türbənin XIV əsrin sonu- XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbənin hündürlüyü 12 m, künbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.
     Künbəzə mavi kaşıdan üzlük çəkilmişdir ("Göy imam" adı da bununla əlaqədardır). Bərdə və Naxçıvan imamzadə məscidlərində olduğu kimi İmamzadə türbəsi ilə Bərdə türbəsi, həmçinin Axsadanbaba türbəsi arasında me`marlıq cəhətdən üslub yaxınlığı var.


 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər •  Forum • Xəritə • Çat •  • Axtarış • Linklər •