İsrafil Məmmədov


     İsrafil Məhərrəm oğlu Məmmədov 1919-cu il mayın 30-u günü anadan olmuşdur. 1939-cu ildə İsrafil orduya çağırıldı. Həmin ilin payızında İsrafil Rusiyanın Şimal -Qərbində yerləşən məhşur Novqorodda yerləşən hissənin əsgəri oldu.O hərbi hazırlıqda, müxtəlif texnikaya həvəs və maraq göstərməkdə fərqlənər, tə'lim dərslərindən ə'la qiymətlər alar, hərbi tarixə xüsusi fikir verər, texniki fənləri özünün istədiyi kimi öyrənmək, mənimsəmək üçün biliyini mütaliə yolu ilə artırardı. Hissənin həyatına uyğunlaşdıqca daha yaxşı oxuyur, özünün hazırlıqlı olması ilə yoldaşlarını və komandirlərini heyrətləndirərdi.

     1941-ci ildə İsrafili kiçik komandirlər hazırlayan alay məktəbinə göndrdilər. İsrafil hərbi dərsləri maraqla dinləyir, əlinə keçən hərbi kitabları xususi bir həvəslə mütaliə edirdi. Altı aylıq kursu uğurla bitirən İsrafil baş serjant rütbəsində Novqorod şəhəri yaxınlıqda dayanan hərbi hissəyə daxil oldu və şəhərin şimal-qərbində dayanmış alaya yollandı.
     Baş serjant İsrafil Məmmədovun vuruşduğu şimal-qərb cəbhəsinin döyuş uğurlarından mətbuatda, kütləvi informassiya vasitələrində ürək açan qələbə xəbərləri verilirdi. İsrafil Məmmədov artıq bir neçə döyüş əməliyyatlarını keçirmişdir, bütün şimal-qərb cəbhəsində tanınmağa başlamışdır.

      Qış günlərinin birində, qaranlıq qarışan zaman faşistlər yenidən hücuma keçdilər. Doqquz saat davam edən ağır döyüşdən sonra İ.Məmmədovun döyüşçüləri faşistləri 200 metr geriyə qova bildilər. Qəzəblənmiş düşmən israfilçilərin mövqelərini fasiləsiz top atəşinə tutdu. Bu dəfə onların qırılıb məhv olduğunu düşünən düşmən arxayın hüçuma keçdi. Hitlerçilərin fikrini başa düşən İ.Məmmədov atəş açmamağı, faşistləri lap yaxına, 10-15 metr məsafəyə buraxandan sonra atəş açmağı əmr etdi.
     Hitlerçilər beşinci dəfə idi ki hücuma keçirdilər . İsrafilin döyüşçülərinin yarısı sıradan çıxmışdı, sürsat qurtarmaq üzrə idi. Belə gərin və dramatik vəziyyətdə İ. Məmmədovun cəsarəti hər şeyi həll etdi.
     İ.Məmmədov 20 nəfər döyüşçü ilə 10 saata yaxın idi ki, iki batalyon faşist əsgər və zabit ilə vuruşurdu, 300 nəfərdən çox faşist öldürmüşdür. İ.Məmmədov 70 faşist əsgərini və 3 zabiti məhv etmişdir.
      Bu əsgəri rəşadətə görə SSRİ Ali Soveti Rə'yasət hey'ətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.


 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər • Forum • Xəritə • Çat • Fotogalereya •  • Axtarış • Linklər •