... Geri
... Gəncənin tarixi
Sənətkarlıqla bərabər Gəncədə
əkinçilik, bağbançılıq və maldarlıq
geniş inkişaf almışdır. Adı mə'lum
olmayan müəllif öz əsərində "Əcaib
od-dünya" yazırdı ki, "əhali ilə sıx məskunlaşmış
Arranın bu böyük paytaxt şəhəri güclü
möhkəmlənmiş qala divarları ilə əhatə
olunub. Gəncə ağaclarla dolu idi. Burada hər cür
meyvələr var idi. Başqa şəhərlərə
atlas, parça, pambıq, ipək və başqa mallar aparırdılar.
Əhalisi mərd idi, yaxşı ox atırdı."
Göstərilən dövrdə
Gəncə Azərbaycanın mədəni inkişafında
mühüm rol oynayıb. Məhz bu şəhərdən
çıxmış alim və şairlərin əsərləri
bütün dünyada şöhrət qazanmışdır.
Bu mövqeydən Məshəti
Gəncəvinini yaradıcılığını
xüsusi ilə qeyd etmək lazımdır. O öz zəmanəsinin
dahi şairəsi olduğu üçün xalq arasında
böyük nüfuz və hörmətə layiq idi. Artıq
dünya şöhrəti qazanmış, Azərbaycanın
dahi şairi Nizami Gəncəvi , məhz
bu dövrdə Gəncədə yaşayıb və yaratmışdır.
Onun "Xəmsə" si dünya ədəbiyyatın nadir
incilərindən hesab olunur. Bu barədə Bertels yazırdı:"Nizami
özünün ilahi sehikarlığı ilə özünü
bəşəriyyətə tanıtdırdı".
XIII əsrin əvvəllərində
Azərbaycan monqolların işxalına məruz qaldılar.
Onlar ilk yürüşləri zamanı (1220) gözəl
müdafiə olunmuş Gəncəni tuta bilmədilər.
1225-ci ildə Azərbaycan yenidən Cəlaləddinin
yürüşünə məruz qaldı, hansı ki,
bir-birinin ardınca Azərbaycanın şəhərlərini
işxal etdi, o cümlədən Gəncəni. Bu işxal
Atabəylər dövlətinin arutu ilə nəticələndi.
Cəlaləddinin yerlərdəki
mə'murlarının zülmü və azğınlığının
nəticəsində 1231-ci ildə Gəncə əhalisi
xarici işxalcılara qarşı üsyana qalxdı.
Üsyancılar şəhər hakiminin sarayını
dağıdıb, bütün əyanları öldürdükdən
sonra varlıları bir neçə ay onlara təzminat verməyə
məcbür etdilər. Bu üsyan da yatırıldı.
Bu üsyanın başcısı sənətkar Bəndər
və onun 30 ən fəal silahdaşı ölümə
məhkum edildilər(10,32-33). 1231-ci ildə şəhəri
mühasirəyə alan monqollar güclü müqavimətə
rast gəldilər. Bütün bunlara baxmayaraq, işxalçılar
şəhəri tutub, yerli əhaliyə qarşı amansız
divan tutub şəhəri qarət etdilər. Şəhər
uzun müddət inkişafdan dayandı. Şəhərin
bərpası və inkişafı üçün icazə
yalnız 1235-ci ildə verildi.
XIII əsrin ortalarından başlayaraq
Azərbaycan Hülakilər dövlətinə daxil oldu.
Hülakilər dövlətinin başçısı və
onun idarəçisi Hülaki Xan (1256-1265) idi. 80-ci illərdə
Azərbaycan Əmir Teymurun işğalına məruz
qaldı. Ölkə Teymur və Toxtamış xan arasında
döyüş sahəsinə çevrildi. Teymurun Gürcüstana
hücümu zamanı Gəncə hərbi məntəqə
rolunu oynayırdı. Teymurun Azərbaycana yürüşü
dəhşətli fəlakətlərlə nəticələndi.
XVI əsrin əvvəllərində yeni dövlət,
Səfillər dövləti yarandı.I Şah İsmayıl
tərəfindən yaranmış dövlətin tərkibinə
daxil olan bəylərbəyliklərindən biridə Gəncə
bəylərbəyidi. Sultan Şahverdinin Gəncənin
baş bəylərbəyi təyin edilməsi ilə Gəncə
və Qarabağda Qacarlar nəslindən olan Ziyadoğlular
sülaləsinin uzun sürən hakimiyyəti başlandı.
Məhşur İmamzadə türbəsinin
inşa edilməsi məhz bu vaxtlara etimal edilir.
Gəncə, yenidən Zaqafqaziyada özünün
ticarətdə aparıcı yerini tutdu, Rusiya, Yaxın
Şərq və Avropa ölkələri ilə sıx
əlaqələr yarandı. Mənbələrdən
birində deyilir ki, o zaman Gəncəyə 50 mindən
artıq təsərrüfat(225000 əhali) var idi.
Hərbi döyüşlərin səngiməsi imkan verdi
ki, Gəncə şəhərinin başqa şəhərlərlə
əlaqəsi bərpa olunsun, ticarət əlaqələrinin
genişlənməsi iqtisadiyyatın inkişafına şərait
yaratdı. Türk səyyahı Övliya Çələbi
qeyd edir ki, o dövrdə Gəncə də 6000 ev vardı.
O xüsusi ilə ipəkçiliyin inkişafını
qeyd edirdi.
Rusiyanın xəzərətrafı əyalətlərini
işğal etməsi osmanları narahat edirdi. 1723-cü
ildə Gəncəni mühasirəyə alsalarda onlar
şəhəri tutua bilmədilər.
Bu İran hökümətini
narahat edirdi. O zaman İran hökümətinin başında
duran Nadir şah qabağına belə bir məqsəd
qoydu. Rusları və türkləri Azərbaycandan çıxarıb
onu işğal etmək. 1735-ci ilin martında Gəncə
yaxınlığında rus-iran müqaviləsi bağlandı,
bu müqaviləyə əsasən çar höküməti
öz qoşunlarını xəzərətrafı quberniyadan
çıxardı. Nadir şahın siyasəti Azərbaycan
əhalisini tamam müflisləşdirdi. 1747-ci ildə
şahın öldürülməsi müstəqilliyə
olan mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində
Azərbaycan ayrı-ayrı feodal torpaqlarına - xanlıqlara
parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan
biri də Gəncə xanlığı idi. Şahverdi
xan Ziyadxanoğlu Gəncənin xanı (1740-1756) oldu. Xanlığın
mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin
80-ci illərində hakimiyyətdə olan Cavad xanın
(1785-1840) dövründə Gəncə xanlığı
xeyli möhkəmləndi. O müstəqil xarici si siyasət
yeridirdi. Gəncə xanlığı özü tədavülə
pul buraxırdı. Bu dövrdə tacir və mülkədarları,
aristokratları müdafiə edən çar rusiyası
öz növbəsində yeni-yeni torpaqlar ələ keçirmək,
özü üçün yeni bazarlar tapmaq istəyirdi.
Bu səbəbdən Rusiya üçün Azərbaycan
iqtisadi və strateji cəhətdən böyük əhəmiyyətə
malik idi.
Gəncənin xüsusilə əlverişli
mövqedə yerləşdiyini nəzərə alan Rusiya
həmin ərazini ordunun dayağı kimi istifadə edərək
Azərbaycanın digər xanlıqlarını da işğal
etmək üçün bu ərazini seçmişdir. Rus
ordusunun komandanlığı Gəncəni "İranın
şimal əyalətlərinin açarı" adlandırırdı.
General Sisianov yazırdı ki, Gəncə qalası özünün
əlverişli coğrafi mövqeyi ilə Azərbaycan
ərazisində xüsusi rol oynayır, ona görə
də Rusiya üçün onu tutmaq ən önəmli
məsələdir.
Cavad xana təslim olmağı bir neçə
dəfə təklif edən Sisianov hər dəfə
rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də
Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı
hərəkətə başladı, qoşun dekabr ayında
Gəncə qalasına gəlib çatdı. Qalanın
almağı çətin olduğunu başa düşən
Sisyanov, müəyyən hazırlıqdan sonra, 3 yanvar
1904-cü ildə səhər saat 5-də hücum əmri
verdi ağır döyüşdən sonra ruslar qalanı
aldılar.Cavad xan öldürüldü. Bu işxaldan
sonra Gəncə şəhərinin adı Aleksandrın
arvadı Yelizavetanın şəhərinə dəyişərək
Yelizavetpol qoyuldu..
 1805-ci ildə çar hökuməti rəsmi
olaraq komandant üsul idarəsini tətbiq etdi. Bu zamanda bhtün
hərbi, maliyə və dikər mülklər komendantın
əlində cəmləndi. 1806-cı ildə Gəncədə
məhkəmə yarandı. Əhali üzərində
nəzarəti gücləndirmək üçün 1824-cü
ildə Gəncədə polis idarəsi yarandı.Əhali
bu idarə və onun iş üslublarından narazı idi.
1840-cı ildə komendantlıq sistemi ləğv edildi.
Gəncə uyezd kimi Gürcüstanın-İmertiya quberniyasının
tərkibinə daxil olundu və uyezdin başcısı
təyin olundu. 1868-ci ildə Yelizavetpol quberniyası yarandı.
Gəncə Yelizavetpol quberniyasının paytaxtı oldu.
.
Gəncənin Bakı-Tiflis karvan yolunun üstundə yerləşməsi
ona zaqafqazyanın ticarət mərkəzləri və Şərqin
böyük ticarət mərkəzləri ilə əlaqə
saxlamağa şərait yaradırdı. XIX əsrin yarısında
Gəncənin mədəni həyatı inkişaf edirdi.
Mədrəsə və məktəblərdə şakirdləri
klassik şərq ədəbiyatı ilə tanış
edirdilər. Lakin nə dini məktəblər nə mədrəsələrin
aydın proqramları yox idi. Şah Abbas məscidindən bir qədər aralı olan mədrəsədə 100-dən
çox şakird təhsil alırdı. XIX əsrin ortalarından
başlayaraq Gəncədə xüsusi məktəblər
fəaliyət köstərməyə başladı, 1860-cı
ildə bu məktəblərdə 198-zə yaxın şakird
təhsil alırdı. Yekanə qız məktəbində
18 şakird təhsil alırdı. 60-cı ilin ortalarında
artıq Gəncə məktəblərində 981 nəfər
təhsil alməşdı. .
Davamı...
|