... Geri
... Gəncənin
tarixi
18-ci il ....
Bir anda qə"bul olunmuş bütün
dəyərlər öz qiymətini itirdi. İnqilab Gəncənin
inkişafına öz düzəlişlərini verdi.
Bir çox adam İrana və Türkiyəyə köçərək,
70 il ərzində öz qohumları və doğma şəhərlərilə
əlaqə saxlamaqdan məhrum olmuşlar. Yalnız 90-cı
illərin sonunda Vətənə qayıtmağa imkan yarandı.
Şura hökümətinin ilk
illərində su təhcizatı məsələsi kəskinliklə
ön plana çıxdı. Şəhər içtimayyətinin
təşəbbüsü ilə kəhrizlər salınmışdır.
Su kəməri tikilməsindən əvvəl köhnə
kəhrizlər və quyular tə'mir olunmuşdur. Su kəməri
tikintisi 1936-cı ildə başa çatmışdır
və bununla da Gəncə əhalisinin su ilə tə'minatı
problemi aradan qaldırılmışdır. Şəhərdə
yeni su kəmərinin tikintisi 1939-40-cı illərdə
başlamış və Böyük Vətən müharibəsinin
ağır illərində başa çatmışdır.
1920-ci ildə Azərbaycan maarif komitəsinin
qərarı ilə Gəncədə 14 ibtidai və 4 orta
məktəbi tikilmişdir. İbtidai məktəblərdə
2.794 şagird oxuyurdu. 1928-29-cu tədris illərində Gəncə
şəhərində tədris proqramı sistemi uşaqların
95 %-ni məktəbə cəlb etmişdi. 1936-cı ilədək
nəinki Gəncə, hətta bütün Azərbaycan
ümumi ibtidai təhsil sisteminə keçmişdir. 1939-cu
ildə Gəncədə 16 orta məktəb fəaliyyət
göstərirdi.
1931-ci ildə Gəncə şəhərinə
Zaqafkaziya qidromeliorasiya institutu və Bakıdan 2 kənd
təsərrüfatı məktəbi köçürülmüşdür.
1933-cü ildə isə onlar birləşib 6 fakültədən
ibarət Kənd təsərrüfatı institutu yaratmışdılar.
Bundan başqa bu illərdə şəhərdə ikiillik
pedaqoji institutu, Gəncə musiqi texnikumu, N.K. Krupskaya adına
Gəncə tibb texnikumu, iki texniki peşə məktəbi
fəaliyyət göstərirdi. İldən ilə Gəncədə
mədəniyyət ocaqlarının sayı artırdı.
1940-cı ildə 9 kitabxana, 13 klub, 7oxu zalı qeydə alınmışdır.
Xalq təhsilinin artmasında maarifçiliyin həmçinin
böyuk rolu var idi. O, şəhərdə 1920-ci ildə
yaradılmışdır. "Qırmızı Gəncə",
"Yeni Gəncə", "Qızıl Gəncə", "Zərbə",
"Gəncə bolşeviki"qəzetləri ilə birgə
burada bir sıra həmçinin çap olunurdu.
1936-1950-ci
illərdə bütün SSRİ-də olduğu kimi Gəncədə
də repressiyalar, həbslər olunurdu. Repressiyada olanların
əksəriyyəti cənub əhalisi üçün dözülməz
şəraitə düşdükləri üçün
geri qayıtmadılar, qalan hissəsi isə illər keçdikdən
sonra səhhətləri pozulmuş halda geri döndülər.
Böyük Vətən müharibəsi
illrində 25.643 gəncəli cəbhəyə yola düşmüşdür.
Gəncə sakini kiçik leytenant İsrafil Məmmədov
- Sovet İttifaqı Qəhramanı adına layiq görülmüş
ilk azərbaycanlı idi.Onun Novqorod yaxınlığında
olan Pustınovka kəndində gedən döyüşlər
zamanı etdiyi qəhrəmanlıq ona dunya şöhrəti
gətirmişdir.
Gəncə tekstil kombinatı tikilmiş
və ən müasir avadanlıqlarla təhçiz olunmuşdur.
Orada 83 min tağalaq həcmli 20,480 ədəd toxuculuq dəzgahı
qurulmuşdur. Eyni zamanda, şəhərin əlli kilometrliyində
Mingəçevir su elektrik stansiyası işə salınmışdır
və bu Gəncənin elektrik problemini aradan qalırmışdır.
1954-cü ildə Gəncədə ilk yüksək cəryanlı
yarımstansiya işə başladı.
50-ci illərdə ağır sənaye
üzrə mühüm işlər görülmüşdür,
məhz o zaman Gəncə auminiy istehsalı zavodu işə
salındı.
Yeyinti istehsalı isə daha güclü
təkan alaraq inkişafını davam edirdi. Bu devrdə
ət kombinatı, dəyirman, süd kombinatı, çörək
kombinatı və konditer fabrikası işə başlamışdı.
70-ci illərdə Gəncə xalça
kombinatının ikinci növbəsi istismara təhvil verilmişdir.
90-cı illərin sonuna Gəncə,
Bakı və Sumqayıtdan respublikanın sonra inkişaf
etmiş ağır, yüngül və yeyinti sənayesi
olan böyük sənaye mərkəzinə çevrilmişdir.
Be lə ki, Gəncənin 22 sənaye müəssisəsində
400 çeşiddə xalq istehlakı malları istehsal edilirdi.
Müharibədən
sonrakı və bərpa devrlərində şəhərin
görkəmi tamamilə dəyişmişdir. Onun sahəsi
yeni tikilən evlərin və içtimai binaların hesabına
gözəçarpacak dərəcədə genişlənmişdir,
o yeni küçələr və alleyalarla zənginləşmiş
və gözəlləşmişdir. Hal-hazırda Gəncənin
əhatə etdiyi sahə 100 kv.metdən artıq, əhalisi
350 min adamdır. Cənubda 'Gülüstan' mikrorayonunun,
qərbində isə 'Yeni Gəncə' yaşayış
massivinin tililməsi şəhərin daha da genişlənməsinə
və inkişafına şərait yaratmışdır.
Şəhər sahəsinin genişlənməsi
və əhalinin artması, içməli suya olan tələbatın
artmasına gətirib çıxartmışdır. Nəticədə
1957-ci ildə uzunluğu 28 kilometr olan Ağsu-Gəncə
su borusunun tikintisi başa çatmışdır və əhalinin
suya olan tələbatı tamamilə ödənilmişdir.
90-cıların sonuna Gəncənin
35 orta məktəbində 35 minə yaxın şagird təhsil
alırdı, 9 peşə məktəblərində - 5000
tələbə, 6 səkkizillik məktəbində 2 min
tələbə oxuyurdu, 67 uşaq baxçalarında 10 minədək
uşaq var idi.
Şəhərdə tibb məktəbi,
yüngül sənaye, politexnik, kənd təsərrüfatı,
tikinti və s. kimi texnikumlar fəaliyyət göstərirdi.
Ali məktəblərdən Azərbaycan Kənd Təsərrüfatı
Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Gəncə
Dövlət Universiteti fəaliyyət göstərirdi.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının
Respublikada və onun hüdudlarından uzaqlarda adları
tanınan mə¸zunları kimi Elmlər Akademiyasının
akademikləri H.Əliyev, İ.Abdullayev, V.Tutayuk, M.Abutalıbov,
M.Musayev, M.Hüseynov, F.Məlikov, A.Ağabəyli, Sovet
İttifaqı qəhrəmanı Bəsti Bağırova
və Şamama Həsənova kimi şəxsiyətlərin
adlarını çəkmək olar.
Şəhərdə Elmlər Akademiyasının Elm Mərkəzi yaradılmışdır.
Tarixən, Gəncə Azərbaycan
musiqisinin mərkəzlərindən biri olmuşdur. Əməkdar
incəsənət xadimi Qənbər Hüseynlinin dünya
ilə məhşur olan "Cücələrim" mahnısı
məhz Gəncə torpağında yazılmışdır.
Məhşur sovet bəstəkarı , SSSR-i xalq artisti ,
Azərbaycan və SSSR-i Dövlət mükafatlarının
layreatı Fikrət Əmirov həyat
yolunu Gəncədə başlayaraq, həyatının
çox bir hissəsini Gəncə ilə bağlamışdır.
Bəstəkar T.Hacıyev, Dövlət konservatoriyasının
müəllimləri A.Əlizadə, B.Hüseynli, N.Nəbiyev,
M.Dilbazi, Ü.Xəlilov, V.Əhmədov və s. ilk addımlarını
Gəncədə atmış və ilk uğurlarına
Gəncədə nail olmuşlar.
P.S. Gəncə yaşayır və onu yaşadan
insanlardır, o şəxsiyətlər ki "Gəncə"
və "Gəncəlilər" sözlərini hər vaxt uca
tutaraq öz həyat yolları ilə hər kəsə
bu sözləri fərəh və iftixar hissi ilə deməyə
məcbur edir, o insanlar ki bu sözləri Qeyrət, Məhəbbət
və Sadiqlik sinoniminə çevirmişlər. Rəhmətlik
akademik Ziya Bunyatov haqqında AzTV-də yayınlanan proqramda
onun dediyi sözlər həmişə bizim yadımızda
qalacaq: "O zamanlar Gəncəlilər haqqında deyirdilər
ki, onlar əllərində qılınc anadan olurlar". "Zerkalo"
qəzetində Gəncə haqqında çap olunan məqalədə,
1988 ci ildə Gəncə şəhərinə qoşunların
daxilini rəhbərlik edən Rus qeneralın sözləri
yazılmışdır: "Körpünün yanında,
atəşə baxmayaraq, bir neçə cavan oğlan əlində
yandırıcı vasitələr ilə tankların qarşısına
atıldılar . Belə şeyi mən hətta Əfqanistanda
görməmişdim...". Biz əminik ki, akademik söylədiyi
qılınc, ədalət qılıncı idi hansı
ki indi də Gəncəlilərdə qalır və qələcək
nəsillərdə də qalacaq.
|