... Geri

Gəncə bu gün

'Fatoglu' dayirmaninin binasi    İnvestisiyaların nümunəsi kimi türk sahibkarları tərəfindən şəhərin ərazisində tikilən dəyirmanı göstərmək istərdik. "Fatoglu" kompaniyasına aid olan bu müəssisə şəhərimizin vətəndaşlarına iş yerləri yaradıb və 1999-cu ildə fəaliyyətə başlayıb.
     Şəhərimizə biznes sahəsində işləmək üçün gələn və burada əsasən kafe, mağazalar, qənnadə sexlər kimi xidmət müəssisələri açan başqa xarici firmalardan, kompaniyalardan və xüsusi şəxslərdən fərqlənən, bu kompaniya belə möhtəşəm, indiki zamanın standartlarına üyğun olan dəyirman binasının tikilməsinə böyük bir məbləğ qoydu. Dəyirmanı işə salandan sonra, indiyə kimi idxal edənlər tərəfindən nəzarət olunan unun qiyməti yerli bazarda aşağa endi.
'Ganca-Mebel' ATSC      "Gəncə-Mebel" açıq tipli Səhmdar Cəmiyyəti 1998-ci ilin yayında, Azərbaycanda özəlləşdir-mənin birinci etap aparılması zamanında əsaslanıb. Səhmdar cəmiyyətinin aksiyaların 72% xüsusi şəxslərə, 28% - dövlətə aiddir. Şəhərin mərkəzində yerləşən müəssisənin ərazisi 4,5 hektardan yuxarıdır. Elektrik yarımstansiya, dəmiryol budağı, qazanxana, artezian quyusu, şəhərdəki və rayon mərkəzlərindəki mağazalar, anbar binaları, yeməkxana, ofis otaqları (icarəyə) - ATSC-nin mülkiyyətidir, yeni ticarət mərkəzi tikilir. Müəssisə buyurtma müxtəlif növlü mebel qiymətli ağac növlərindən, qapılar, aynalar istehsal edir. İki il ərzində istehsalat sexlərini bərpa edən Səhmdar Cəmiyyəti, indiki zamanda partnyorlar və satış bazarların axtarışındadır.
      Yeyinti sənaye sahəsində Sovetlər məkanı üçün inşa edilmiş "Ət-Süd" Səhmdar Cəmiyyəti, ət-kombinatı və südkombinatı, "Qənnadı" ATSC, "Gəncə-Şərab-1" ATSC, "Gəncə-Şərab-2" ATSC ki-mi giqantlar, indiki zamanda öz planlaşdırma gücündən ancaq 5-10% istifadə edirlər. "Korund" azərbaycan-alman birgə müəssisəsi hal-hazırda "Nazlı", "Naz-Naz", "Mədrəsəli", "Sarı", "Qaragilə" kimi 5 növ üzüm şərabı istehsal edir. Buraxılış ildə 100 min dekalitrə qədərdir.

'RDR' fimasinin mahsulu       Yüksək güclü yeyinti sənaye və müvafiq olaraq keçmiş Sovet İttifaqın böyük bazarına hesab-lanmış müəssisələrin əvəzinə tədricən kiçik və lap sür'ətlə hərəkət edən bazardakı vəziyyətin dəy-işilməsinə ani reaksiya etmək bacaran təşkilatlar gəlirlər. Belə təşkilatların sayına mini-çörəkxanaları, qənnadı mini-sexləri və sərinlədici içkilərin istehsalat sexləri, mini-fermaları, və bu sahədə işləyən firmaları göstərmək olar.
     Xüsusən, konservləşdirmə sahəsində işləyən "RDR" firmasını qeyd etmək istərdik. Firma ekoloji təmiz Azərbaycanın dağlıq rayonlarından gətirilən bar və meyvələrindən məhsul buraxır. Qoz ləpəsi, qızılgül ləçəkləri, ağ gilas, ərik, zoğal, əncir mürəbbələri, ərik və əncir cemi, zoğal kompotu - 2000-ci ilin may ayından öz məhsulunu istehsal edən firmanın məhsulların siyahısıdır. Gördüyünüz kimi, hər banka, içindəkinin gözəl dad keyfiyyətlərini xüsusi olaraq nəzərə çarpdırılmış, rəng və zövg ilə tərtib edilmişdir. Əcayib faktdır ki, firmanın indiki bazarında hər məh-sulun irəliləşməsinə vacib olan öz ştrixkodu var. İdarəetmənin planlarında yaxın aylara heyvanın yeni növ mürəbbəsinin, heyva və alma cemlərinin, nar və itburnu şirələrinin istehsalatı var. Xiyar və zeytun şorabası, marinada qoyulmuş pomidor və badımcan ikrasının istehsalatı nəzərdə tutulur. 'Kur-Xazar' sadlig evi
     Şəhərdə son illərdə "Planet" və "Kür-Xəzər" kimi toy mərasimləri, prezentasiyalar və qəbul etmə üçün yeni restoranlar və şadlıq evləri tikilmişdir.
     Qədim zamanlardan ölkənin ən əsas elmi fikir və təhsil mərkəzlərindən biri sayılan Gəncə, indi də Bakıdan sonra ikinci elm və təhsil şəhəri hesab olunur. Hal-hazırda şəhərdə dörd dövlət və iki özəl ali məktəb fəaliyyət göstərir. Burada 24.000-dən yuxarı tələbə təhsil alır, 2.800 müəllim işləyir, onların sırasında 99 elmlər doktoru, 44 elmlər namizədi, 584 dosent var. Yuxarıda qeyd olunlardan ilk növbədə - ölkənin ən qocaman tədris müəssisəsi - Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasını qeyd etmək lazımdır. Onun daxilində 24 ixtisas üzrə 45 kafedra, 8 fakültə fəaliyyət göstərir. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası həmişə olduğu kimi indiki zamanadək şəhərin və ölkənin başqa ali məktəbləri üçün kadrları hazırlaşdırır. Bu gün burada 1199 müəllim fəaliyyət göstərir, onlardan 28 nəfər elmlər doktoru, 3 nəfər elmlər namizədi, 229 nəfər dosentdir.
     Gəncə Dövlət Universiteti (son zamana qədər Pedaqoji İnstitutu) 6 fakültənin 26 kafedra-sında 22 ixtisaslara təhsil aparır. Dövlət ali məktəbləri sırasında Azərbaycan Dövlət Texnologiya Universiteti (29 kafedra, 5 fakültə, 24 ixtisas) və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə şö'bəsi də fəaliyyət göstərirlər.
     Nizami Gəncəvi adına Gəncə Universiteti və Azərbaycan Aqroekologiya İnstitutu - şəhərin ən birinci özəl təhsil müəssisələridirlər.
     Orta xüsusi təhsil bizim şəhərimizdə beş kolec ilə təqdim olunur, Gəncə dövlət humanitar koleci, Texniki kolec, Kənd Təsərrüfatı texnikumu, Q.Hüseynli adına Musiqi texnikumu və 1931-ci ildə əsaslandırılmış Q.Qurbanov adına Tibb məktəbində minlərlə gənc təhsil alır.
4 sayli maktabin direktoru - Cingiz Askarov
     Şəhərin 40 orta məktəblərində və üç internatında 4.360 müəllim 44.610-dən yuxarı şagird-lərə təhsil verirlər.
     Orta məktəblərin arasında YUNESKO məktəblər Assosiasiya sessiyanın üzvü - dərin ingilis dili yöndəmli Mehdi Mehdi-zadə adına 4 N-li məktəbi xüsusi qeyd etmək lazımdır. 37 ildən yuxarı Respublikanın Əməkdar Müəllimi və "Şərəf Nişanı" odenli Əsgər (Çingiz) Ələkbər oğlu Əsgərov-la rəhbərlik olunan məktəb böyuk hərflə başlanan Təhsil Ocağı sayıla bilər. Bu məktəbi bitirən gəncləri inkişaf etmiş intellekti, məntiqi düşünmək bacarığı, xüsusi ləyaqət hissi, ali məktəb-lərdə müvəffəqiyyəti, peşəkarlığı, gözəl karyerası, uğurlu biznesi ilə fərqləndirmək olar. Maraq-lıdır ki, Gəncədə işləyən xaricilər ünsiyyətdə olanda və işə qəbul eləyəndə soruşurlar: "4 N-nin tələbəsisən?". Belə ki, eyni şəraitdə, 4 N-li məktəbinin tələbələrinə daha çox üstünlük verilir.
     Şəhərdə və respublikada çoxlu məşhur və tanınmış adamlar keçmişdə bu məktəbin tələbələ-ri olmuşlar. Bu, hökümətin üzvləri, deputatlar, ali məktəblərin müəllimləri, elmi işçilər, bank-ların, zavodların, fabriklərin direktorları, tərcüməçilər, mühəndislər, biznesmenlərdir.
     Gəncənin səhiyyə sferasında 40 tibb müəssisələri, onlardan 22 ambulatoriya-poliklinikalı, 8 - stasionar sayılırlar. Bu siyahıya eyni zamanda 8 ixtisaslaşdırılmış - kardioloji, narkoloji, pulmonoloji, ruhi-əsəb, onkoloji, tibbi-bədən tərbiəsi, dəri-zöhrəvi və endokrinoloji dispanser-ləri də daxildir. Şəhərin əhalisinə 6 poliklinika tibbi xidmətləri göstərir, onlardan 5 nömrə-lənmiş , altıncı isə Abbas Səhhət adına xəstəxanadır.
     Şəhərin ən böyük xəstəxanaları - akademik Zülfüqar Məmmədov adına təcili tibbi yardım xəstəxanası (475 yerləri ilə), ən böyük poliklinika - 51.000-dən yuxarı əhaliyə xidmət göstərən (bu, təqribən, şəhərin 1/5 böyük əhalisinin hissəsinə bərabərdir), 2 №-li poliklinikadır.
     Hal-hazırda, səhiyyə sahəsində 1040 həkim fəaliyyət göstərir, 2 nəfəri elmlər doktoru, 26 nə-fəri namizəd və 86 nəfəri yüksək dərəcəli həkimlərdir. Eyni zamanda 2360 nəfəri orta tibbi perso-nalı və 2640 texniki işçi xalqın xidmətindədir.

Davami...


 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər • Forum • Xəritə • Çat • Fotogalereya •  • Axtarış • Linklər •