... Geri

Gəncə bu gün

 Fizuli Musayev       18 dünya çempionu, 16 - Avropa, 50-dən çox dünya və Avropa gümüş və bürünc mükafatçıları
     Fizuli Musayev, Mövlud Miraliyev, Şahmuraz Qasımov, Hakim Nəzərəliyev, Rüfat Aqayev, Qurban Tağıyev, Rza Xəlilov, İlahə Qədimova - bu dünya səviyyəli yarışlarda Azərbaycanı və xüsusən də Gəncəni layiqincə təmsil etmiş və biz ümidvarıq ki, gələcəkdə də təmsil edəcək şəxslərin bir hissəsinin siyahısıdır.
     Gənclər və İdman Nazirliyinin Gəncə şöbəsinin təqdim etdiyi mə'lumata görə bu günə şəhərdə 7 idman cəmiyyəti, 6 idman məktəbi, 4 idman klubu və 4 futbol stadionu fəaliyyət göstərir. İdman cəmiyyətləri - "Dinamo", "Məhsul", "Spartak", "Lokomotiv", "Zenit", "Tələbə" və Təhsil və İdman Mərkəzidir. Hal-hazırda 15000 nəfərə yaxın insan qatılmış idman sahəsində 545 işçi məşquldur və bunlardan 240 nəfəri məşqçidir. Məhz 15,000 -dən artıq gənc və uşaq şəhərin idman seksiyalarında məşqul olur. Gəncəlilər arasında daha çox populyar olan idman növlərindən sərbəst və klassik güləş, sambo, cü-do, karate-donun növləri, aykido, əlbəyəğa döyüş, kikboksinq, üzgüçülük, futbol və yüngül atletika kimi növlərdir.

Movlud Miraliyev- ikiqat dunya cempionu      Otuzdan artıq respublika əməkdar məşqçisi, 18 idman və bədən tərbiyəsi işçisi, 6 beynəlxalq dərəcəli idman ustası gənclərlə işə cəlb olunubdur. Şəhərdə 30-dan artıq idman ustası və 200-ə yaxın idman ustalığına namizəd qeydə alınıb.
     Yəqin ki, yüksək nailiyyətləri qazanmış idmançıların məşqçilərinin adlarının da çəkilməsi artıq olmazdı. Bunlardan Elçin Zeynalov - sərbəst güləş, Ziyabil Abbasov - cü-do, Əziz Əzizov - karate, Əşrəf Mehtiyev - şaxmat, İlqar Alıyev - kikboksinq. Biz həmin insanlara müvəffəqiyətlər və tələbələri tərəfindən daha yüksək nailiyyətlər arzulayırıq.
     Gəncənin "Kəpəz" futbol komandası hələ SSSR dövründə ölkənin ikinci liqasında müvəffəqiyətlə çıxış edirdi. Komanda ən parlaq qələbələrindən biri 1986-cı ildə olmuşdur. Həmin il o, öz zonasında birinci yeri tutaraq və SSRİ kubokunun dörddəbir finalına çataraq, çox gərgin bir oyunda Kuboklar Kubokun ikiqat sahibi Dinamo(Kiyev) məğlub olmuşdur.
     Ölkəmiz müstəqillik qazandıqdan sonra "Kəpəz" üçqat Respublika Çempionu və dördqat Kubok sahibi olmuşdur. Avropa kubokları oyunlarında müstəqil Azərbaycanın birinci topunu yığmakomandanın və "Kəpəzin" oyunçusu Y.Suleymanov vurmuşdur. Azərbaycanın yığma komandasının tərkibində müvəffəqiyyətlə V.Rzayev, X.Mərdanov, F.Cabbarov, M.Qurbanov, V.Lıçkin kimi "Kəpəzin oyunçuları çıxış edirdi. Daha bir Gəncəli - Vəli Qasımov - Russiyanın çempionatlarının birində bombardir olaraq, İspaniyanın "Sevilya" komandasına də'vət alaraq oradan portuqaliyanın "Setubal" komandasına keçmişdir. Hal hazırda o, portuqaliyanın "İmortal" komandasında oynayır. Birlik Kubokunda (MDB) Respublika komandaları içərisində bizim komanda birinci olaraq həmin yarışların növbəti turuna keçmişdir.
'Metallurg' idman kompleksinde aykido zali       Şəhərdə yüksək dərəcədə təhciz olunmuş idman zallarının sayının artması nəzərə çarpır. Belə zallardan biri "Metallurq" idman-mədəniyyət kompleksində yerləşən aykido zalıdır. Həmin zal Yaponiyadan gətirilmiş yüksək keyfiyyətli tatamilərlə döşənmişdir. Həmin tatamilər və ondan artıq keyfiyyətli kimono kompleksə Gənclik və idman nazirliyinin Gəncə şö"bəsi tərəfindən təmənnasız olaraq verilmişdir. Məhz bu zalda adlı sanlı ustadlar tərəfindən keçirilən və Gəncə cavanları tərəfindən çox maraqla qarşılanan şərq əlbəyağa döyüşləri üzrə seminarlar keçirilir.
     Biz əminik ki, bizim idmançıların bugünkü nailiyyətləri müvəqqəti deyil və onların arxasınca ölkəmizin bayrağını yenə və yenə yüksəklərə qaldırmaq iqtidarında olan yeni nəsil idmançılar gəlir. Və biz ümid etmək istərdik ki, dövlət BİZİM idmançılara, gələcəkdə daha da yüksək nailiyyətlər göstərmələri üçün lazımi dəstəyi verəcək. Siz yəqin ki, razı olarsınız ki, özünün və ailəsinin dolanışığı haqqında düşünən şəxs özünü bu gün Azərbaycanda kommersiya əsasları olmayan idmana tamamilə həsr edə bilməz.
Cabbarli adina Dramatik Teatr       İdman və bədən tərbiyəsi mərkəzlərindən başqa şəhərdə mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bunlardan Azərbaycanın məhşur dramaturqu Cəfər Cabbarlının adını daşıyan Gəncə Dövlət Dram Teatrını, Fikrət Əmirov, "Zərrabi" poeziya teatrı, Gəncə Dövlət Kukla teatrı qeyd etmək olar.
     Yuxarıda sadalanan mədəniyyət mərkəzləri ilə bərabər şəhərdə 5 musiqi məktəbi, Uşaq incəsənət məktəbi, rəssamlıq məktəbi, Rəssamlıq qalereyası, 5 muzey, 3 miədəniyyət evi, 6 klub, Musiqi evi, 27 kitabxana. Göstərilənlənlərdən başqa şəhərdə Orkestrantlar Bürosu, Asüdə vaxt mərkəzi, 3 istirahət parkı, Tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" xoreoqrafik ansamblı və "Ulu Gəncə" ansamblı kimi təsərrüfat hesablı mədəniyyət müəssisələri də fəaliyyət göstərir.
     Gəncə şəhər Mədəniyyət şö"bəsinin məlumatına görə şəhərdə mədəniyyət sahəsində 1300 nəfərə yaxın adam çalışır.
     Respublikada məhşur olan Respublikanın əməkdar artistləri, Gəncəli incəsənət xadimlərindən rəhmətlik Zülfuqar Barat-zadəni və Məmməd Burcəliyevi, Ələddin Abbasovu və Sədayyə Mustafayevanı qeyd etmək istərdik. Müğənni Şahnaz Haşımova 1999-ci ildə Azərbaycan xalq artisti adına laiq görülmüşdür.


 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər • Forum • Xəritə • Çat • Fotogalereya •  • Axtarış • Linklər •