HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub. |
|||
ARXIV |
#04.24-30 yanvar 2004 GƏNCƏNİN GERBİ QƏBUL OLUNDU Yanvarın 21-də Gəncə şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə şəhərin gerbi qəbul olunub. Gerbin yaradılması barədə İcra başçısının 2 dekabr 2003-cü il tarixli sərəncamından sonra, müsabiqə elan edilərək 17 nəfərdən ibarət komissiya yaradılmışdı. Gəncə Regional Elmi Mərkəzin direktoru Fuad Əliyevin sədrlik etdiyi komissiyaya 26 müəllif 87 layihə təqdim edib. Komissiyanın yanvarın 19-da keçirilən iclasında 15 komissiya üzvü iştirak etmiş və onlardan 11 nəfəri yeni gerbin qəbul olunmasına tərəfdar olduğunu bildirmişdir. İcra hakimiyyətində keçirilən müşavirədə də bu ideya bəyənilibdir. Günəş - əbədi həyat rəmzidir. Ay - əbədi işıq, azadlıq rəmzidir. Səkkiz guşəli ulduz - Azərbaycanın simvoludur. 14 üçbucaq - Şah İsmayıl Xətainin qurduğu dövlətin rəmzidir. Palıd yarmağı - möhtəşəmlik, uzun ömürlülük, müdriklik və möhkəmlik rəmzidir. Yaşıl fon - İslamın rəmzidir. GƏNCƏDƏN 2 NƏFƏR HENRİ BÖLL TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLDÜHenri Böll fondunun Qafqaz regional bürosunun "Gənc alimlərə yardım" fondu müxtəlif proqramlar üzrə müsabiqə təşkil etmişdir. Azərbaycan, Ermənistan və Gürcüstanın gənc alimləri arasında keçirilən bu müsabiqə 4 xətt üzrə - sosiologiya, tarix, din və şəhərlərin inkişafı mövzusunda olub. Yüzlərlə gəncin iştirak etdiyi bu müsabiqədə qaliblərdən 6-sı - sosiologiya üzrə 3 nəfər, tarix üzrə 2 nəfər, şəhərlərin inkişafı üzrə 1 nəfər azərbaycanlı olmuşdur. Sevindirici haldır ki, onlardan ikisi - Aysel Yusifzadə (sosiologiya) və Zərinə Cəfərova (şəhərlərin inkişafı) Gəncədəndirlər. Qaliblər bir il ərzində Henri Böll adına təqaüd alacaqlar. Bu müddətdə onlar öz mövzularına uyğun kitab yazacaqlar. Tarix və mədəniyyətlə bağlı olan abidələrin hər birini özündə əks etdirən mükəmməl kataloq və xəritələrin tərtib edilməsi hər bir millət üçün ən vacib işlərdəndir. Bu günlərdə respublika Mədəniyyət nazirliyi Gəncə şəhərinin tarixi abidələrinin xəritəsinin hazırlanması ilə bağlı təşəbbüs irəli sürüb. Artıq bununla əlaqədar ilkin işlər görülür. Şəhərin Tarixi Abidələr Qoruğu, Memarlıq şöbəsi, Turizm və Mədəniyyət idarələri müvafiq siyahıları hazırlayırlar. |
|
|
İnglis versiyası Rus versiyası |