HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#51. 25 - 31 dekabr 2004

Dövlət Arxivinin binası təmir olunur
Artıq xeyli vaxtdır ki, Dövlət Arxivinin Gəncə filialının binasında əsaslı təmir işləri aparılır. Filialın direktoru Solmaz Məmmədovadan aldığımız məlumata görə, təmir işləri dövlət büdcəsi hesabına həyata keçirilir. Belə ki, ötən il tərtib olunmuş smeta əsasında arxiv binasının təmiri Dövlət arxivinin Gəncə filialının tabe olduğu Milli Arxiv İdarəsi tərəfindən 2004-cü ilin büdcəsinə daxil edilib.
"Təmir üçün tələb olunan məbləğin hamısı 2004-cü ilin budcəsinə salınmayıb, - deyə, S. Məmmədova bizimlə söhbətində bildirdi. - Arxivin binası böyük olduğundan, tərtib olunmuş smetaya əsasən, tam təmir üçün 61 milyon manat pul vəsaiti tələb olunur. Milli Arxiv İdarəsi məbləğin böyüklüyünü nəzərə alıb, pulun bir hissəsini (15 milyon manat) bu ilin büdcəsinə daxil edib. Yəqin ki, növbəti illərdə baş idarə pulun qalanını da büdcəyə daxil edəcək. Bu səbəbdən də, hələlik daha vacib olan iki işçi otağı və dəhlizləri təmir etdirə bildik".
Qeyd edək ki, 1997-ci ilin sentyabr ayında Dövlət Arxivinin yaxınlığında yerləşən bankın binasında baş verən yanğından sonra arxivin binası yararsız vəziyyətə düşmüşdü. Ötən 7 il ərzində binada heç bir təmir işləri aparılmamış və bu səbəbdən də, filialın işçiləri qəza vəziyyətində olan binada işləməyə məcbur olmuşlar.
Solmaz xanım təmirin ilin sonuna qalması məsələsinə də aydınlıq gətirdi: "Pul vəsaiti arxivin hesabına hissə-hissə keçdiyindən, ilin əvvəlində təmir işinə başlamaq mümkün olmadı. Bu səbəbdən də, yalnız ilin sonunda - məbləğin hamısı yığılandan sonra əsaslı təmir işinə başlamağa imkan tapdıq".

Bələdiyyələr üçün kadrlar hazırlanır
Artıq iki ildir ki, Azərbaycan Texnologiya Universitetində (ATU) "Dövlət və Bələdiyyə İdarəçiliyi" ixtisası açılıb. Hazırda İnzibati idarəetmə və əmtəəşünaslıq fakültəsinin nəzdində açılan bu ixtisas üzrə 32 tələbə təhsil alır. Bunlardan 18-i III kursda, 14-ü isə IV kursda oxuyurlar. Şəhər bələdiyyə təsərrüfatının və müəssisələrin idarə olunması fənnini tədris edən Maya Hümbətova deyir ki, fənnin tədrisində Azərbaycan Respublikasının Konstitusiyasına, bələdiyyələr barədə aylıq bülletenlərə, metodik göstərişlərə istinad edilir: "Kafedramız Kəpəz bələdiyyəsi ilə yaxşı əlaqələr qurub. Tələbələrimiz Kəpəz bələdiyyəsində təcrübə keçir. Bu tədris ilində sözügedən ixtisas üzrə ilk buraxılışımız olacaq. Bununla əlaqədar tələbələrimiz Kəpəz bələdiyyəsində buraxılış işi qabağı təcrübə keçəcəklər. Bələdiyyənin sədr müavini Əli Əliyev bizim tələbələrlə hər an işləməyə hazır olduğunu bildirib". M. Humbətova deyir ki, bu ixtisas açılandan kafedra tərəfindən 2 proqram və 1 metodik göstəriş çap olunub və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. "Əsas məqsədimiz bələdiyyə sahəsində ixtisaslı kadrlar hazırlamaqdır. Bu sistem yeni olduğundan buna tələbat da var. Əsas odur ki, tələbələrin bələdiyyəyə marağı böyükdür. Bələdiyyə haqqında məlumatları tələbələrimiz inzibati idarəetmə və informasiya texnologiyası, bələdiyyənin əsasları; şəhərin sosial-iqtisadi sferasının idarəedilməsi; şəhər bələdiyyə təsərrüfatının və müəssisələrin idarə olunması fənlərindən əldə edirlər".
Dövlət və bələdiyyə idarəçiliyi ixtisasının IV kurs tələbəsi Elnur Həmidov təhsili barədə bunları dedi: "İki ildə bələdiyyə sahəsində müəyyən biliklərə yiyələnmişəm. Məncə ATU-da oxuduğum müddət ərzində öyrəndiklərimlə bələdiyyədə işləyə bilərəm. Bu ixtisasa yiyələnməyə özümün həvəsim olub. Çünki görürəm ki, bunun perspektivi var. Biz cavan kadrlar kimi hər an bələdiyyədə işləməyə hazırıq". İnzibati idarəetmə və əmtəəşünaslıq kafedrasının müdiri Füzuli Məmmədov bildirir ki, bu ixtisasın açılması zərurətdən irəli gəlib. "Bizim tələbələrimiz yerli özünüidarəetmə ilə bağlı bütün məlumatları almağa çalışırlar. Bu baxımdan seçkiqabağı keçirilən teledebatlarda tələbələrin iştirakını yüksək qiymətləndirirəm. İxtisas yeni olduğundan təhsilin səviyyəsini yüksək qiymətləndirmək olmaz. Lakin aşağı da deyil. Bu günə kimi xeyli iş görmüşük, amma görüləcək hələ çox işlər var. Heç şübhə etmirəm ki, indiki tələbələr gələcəkdə bələdiyyə üzvü olacaqlar. Bir də yeni qəbul planı təsdiq olunmalıdır. Ola bilsin ki, bu vixtisas üzrə qəbul I kursdan olsun".

Veteranlar media işçilərinə qarşı
Dekabrın 23-də şəhər stadionunda futbol veteranları və media işçiləri arasında oyun keçirildi. "Alternativ" telekanalının təşəbbüsü ilə baş tutan qarşılaşma 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuşdu. Qeyd edək ki, 10 ilə yaxın idi ki. bu cür qarşılaşmalar keçirilmirdi. Bu baxımdan matç böyük əhəmiyyət kəsb edirdi. Veteranlardan ibarət komandanın heyətində 1967-ci ildə SSRİ çempionu olmuş idman ustaları Zakir Süleymanov, Müzəffər Qasımov və Nizami Salahov, Mübariz Hüseynov, həmçinin Vahid Abbasov, Xaliq Qafarov, Tofiq Əliyev, Fuad İsmayılov və digərləri meydançaya çıxmışlar. Medianı isə "Alternativ" və "Kəpəz" telekanallarının və şəhərimizin digər KİV nümayəndələri təmsil edirdi. Hər 2 hissəsi 30 dəqiqədən ibarət olan qarşılaşmada heç bir tərəf üstünlük əldə etmədi və tərəflər meydançadan sülhlə ayrıldılar - 2:2.
Gəncə futbol federasiyasının prezidentinin səlahiyyətlərini icra edən veteran-futbolçu Mübariz Hüseynovun dediklərindən: "Bu cür oyunlar futbolun inkişafına köməklik göstərir. Biz istəyərdik ki, veteranlar və media işçiləri arasında dostluq münasibətləri yaransın. Oyun pis alınmadı. Bu gün meydançaya "Dinamo", "Tərəqqi", "Neftçi"də forma geymiş veteran-futbolçular çıxmışdı. Federasiyanın təqvim planında bu tip tədbirlərin keçirilməsi nəzərdə tutulub".

Təhsil naziri futbolun inkişafına necə kömək edə bilərdi
Dünya ölkələri ilə müqayisədə Azərbaycanda futbolun geri qaldığı açıq-aydın nəzərə çarpır. Bunun isə əsas səbəbi Azərbaycanda futbolun inkişafı üçün imkan və şəraitin olmamasıdır. Bu, tək və əsas səbəb deyil. Bu yaxınlarda baş vermiş bir hadisə dövlət qurumlarının da bu məsələyə biganə yanaşmasını bir daha sübut edib. Belə ki, Gəncə şəhər Gənclik Tələbə İdman Cəmiyyətinin sədri və "Açıq əyləncəli futbol məktəbi" layihəsinin yerli koordinatoru Novil İsmayılov futbolun inkişafı üçün Təhsil Nazirliyinə məktub yazıb. Məktubda dünyanın bir çox ölkələrində futbolun inkişafı üçün istifadə olunan metodların Azərbaycanda tədrisi üçün icazə istənilib və qeyd olunub ki, sözügedən layihəyə vəsait ayırmağa hazır olan təşkilatlar var. Lakin Təhsil naziri Misir Mərdanov Azərbaycanda futbolun kifayət qədər inkişaf etdiyini deyərək, respublikamızda belə bir layihənin tətbiqinə ehtiyacın duyulmadığını bildirib.
Qeyd edək ki, bu layihə münaqişə gedən zonalarda futbolun inkişafına dəstək verməklə qarşıdurma baş verən ölkələr arasında münasibətlərin yaxşılaşmasını nəzərdə tutur. Bu məqsədlə "Açıq əyləncəli futbol məktəbi" adlı layihə artıq reallaşıb. Layihə Danimarkanın Xarici İşlər Nazirliyi, Norveç Futbol Assosiyasiyası və İsveçrənin Beynəlxalq Agentliyi tərəfindən maliyyələşdirilib. Layihəyə əsasən Azərbaycandan 6 nəfər 10 gün müddətində Danimarkada olublar. Bu müddət ərzində onlara keçmiş Yuqoslaviya futbol yığma komandasının baş məşqçisi seminarlar keçirib. Seminarda bu iştirakçılara uşaq futbolunun strukturu və quruluşu, gələcək üçün peşəkar futbolçu yetişdirmənin yolları və futbol inkişafının əsas elementləri öyrədilib. Daha sonra isə iştirakçılar Danimarkanın tanınmış mütəxəssisləri, spikerləri, bələdiyyə sədri və Danimarkanın Uşaq Futbol Federasiyasının üzvləri ilə görüşüblər. Bu görüşlərdə şəhərin hakim dairələrinin futbolun inkişafına göstərdikləri və göstərəcəkləri köməklikdən danışıblar. Buna hansı yolla nail olduqları və qarşılarına çıxan hər hansı problemi necə həll etdiklərindən məlumat veriblər. Daha sonra isə iştirakçılara təmsil etdikləri ölkədə öyrəndiklərini tək yox, dövlət səviyyəsində aşılamağı məsləhət veriblər.

"Yeni ilə İİV/QİÇS-siz"
Dekabrın 21-də İRD təşkilatı şəhərimizdə fəaliyyət göstərən Media mənsublarını və gəncləri bir araya toplayaraq "Yeni ilə İİV/ QİÇS-siz" devizi altında növbəti diskoteka keçirdi. Qeyd edək ki, bu İRD-nin təşkil etdiyi sayca ikinci idi. Bu diskotekanı İRD-nin il boyu apardığı işlərin yekunu kimi qiymətləndirmək olar. Belə ki, bu təşkilat İİV/ QİÇS proqramı çərçivəsində ilboyu seminarlar keçirib, könüllü təlimçilər hazırlayıb, maarifləndirmə işləri həyata keçirib.
Tədbiri giriş sözü ilə açan təşkilatın KİV-lərlə iş üzrə nümayəndəsi yenidən gəncləri bir araya toplamaqdan məmnun olduğunu bildirdi və hamıya bol-bol əyləncə arzuladı. Həmçinin çıxış edənlərdən şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev, Azərbaycanda QİÇS-lə mübarizə mərkəzinin şöbə müdiri Tofiq Musayev, İRD-nin Azərbaycan üzrə direktoru Şamil Kalyayev gənclərlə bir arada olduqlarını və onlara sağlam həyat diləklərini ifadə etdilər.
Yenidən bir səslə bütün gənclər İİV/ QİÇS-ə yox deyərək, hamını ömrümüzə gələcək daha neçə belə illərdə bu xəstəliklə ehtiyatlı olmağa çağırdılar. Sonra al-əlvan işıq effektləri və ritmik musiqi sədaları altında gənclər rəqs etdilər. Tədbir əsnasında "tap görüm" adlı bilgi yarışması keçirildi. Bu yarışmada İİV/ QİÇS-in nə olduğu bir daha təkrarlanaraq gənclərin bilgiləri daha da möhkəmləndirildi. Həmçinin maraqlı rəqs yarışmaları da keçirilərək qaliblərə xatirə hədiyyələri təqdim olundu.
Mövcud problemi gənclərə asanlıqla anlayacaqları üsulla çatdırmaqla, əyləndirərək öyrətməklə onları bu cür təhlükədən qorumaq olur. Sonda isə bir fikir vurğulandı ki, insanlar qadağaları sevmirlər. Ələlxüsus da gənclər.

NÖVBƏTİ KONSERT YENİ İLDƏ OLACAQ
Gəncə Dövlət Kamera Orkestri dekabrın 19-da 2004-cü ilin son konsertini verdi. Havanın şaxtalı olması konsertə marağı azaltmamışdı. Orkestrin ifasında milli və xarici bəstəkarların əsərləri səsləndirildi, əsərlərdən parçalar ifa olundu. Təxminən saat yarım davam edən konsert tamaşaçılara gözəl təsir bağışladı. Konsertdən sonra orkestrin bədii rəhbəri və dirijoru Rəfail Bayramov bunları dedi:
- Bu il bizim üçün uğurlu və əlamətdar olub: dövlət televiziyası orkestrimiz haqqında sənədli film çəkib və orkestrin 2 ifası videotekamızın qızıl fonduna daxil edilib. Bu il bir sıra konsertlər vermişik. Oktyabrda verdiyimiz konserti bizimlə əməkdaşlıq edən Norvec Humanitar Müəssisəsinin nümayəndələri yüksək qiymətləndiriblər. Gələn il Şəki və Bakıda konsert verməyi planlaşdırırıq. Ümumiyyətlə isə yeni proqram üzərində işləyirik.

İdman: Şahmat
Dekabrın 10-dan 15-nə kimi İranda şahmat üzrə III ənənəvi "Kaspiy Kuboku" beynəlxalq turniri keçirildi. Yarışda İranın, Rusiyanın və Azərbaycanın 6 komandası (qadın və kişi) iştirak edirdi. Respublikanın birinci komandasının tərkibində Gəncə şəhər Şahmat Məktəbinin müəllimi, dəfələrlə Azərbaycan birinciliyinin qalibi və mükafatçısı, idman ustalığına namizəd Lalə Məmmədova iştirak edib. Komandamız İranın və respublikanın ikinci komandalarına, Rusiyanın və Naxçıvanın şahmatçılarına qalib gəlib və İranın birinci komandası ilə heç-heçə oynayaraq 12 xalla kuboka sahib olub. Gəncə şahmatçısı ilə birlikdə bakılılar Fidan Ağasıyeva və Ləman Rzayeva çıxış ediblər. Kişilər arasında da Azərbaycan şahmatçıları fərqləniblər. Qaliblərə fəxri fərman və pul mükafatları təqdim edilib.

İdman: Şahmat
Gəncə Şahmat Məktəbində qızlar və oğlanlar arasında şahmat üzrə şəhər birinciliyinin yarımfinal oyunları başa çatıb. Yarışda 50 idmançısı öz güclərini sınayıb. Oğlanlar arasında Humanitar kollecin tələbəsi Xəyal Babayev 7,5 xalla birinci olub. Gəncə şəhər 34 saylı orta məktəbin şagirdi Dənayət Kazımov və 5 saylı məktəbin şagirdi Anar Məmmədov 7 xalla ikinci-üçüncü yerlərə çıxıblar. Qızlar arasında 7 xal toplayan 27 saylı məktəbin şagirdi Səbinə İbrahimova olub. 6,5 xalla ikinci yerə Nurlan İmanova (2 saylı məktəb), üçüncü yerə isə 5,5 xalla 27 saylı məktəbin şagirdi Fizzə Verdiyeva çıxıblar. Qarşıda gənc şahmatçıları 2005-ci ilin yanvar ayının əvvəlində Gəncədə keçiriləcək respublika birinciliyinin zona yarışları gözləyir.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded