HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#05. 31-06 fevral 2004

GƏNCƏ GÜLƏŞÇİLƏRİ RESPUBLİKA BİRİNCİLİYİNDƏ QALİB GƏLDİLƏR

Yanvarın 25-26-da Bakının İdman Sarayında Qarabağın azadlığı uğrunda "Daşaltı əməliyyatında" şəhid olanların xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş uzrə II respublika birinciliyi başa çatıb. Ölkənin 27 şəhər və rayonundan 290 idmançı mükafatlar uğrunda mubarizə aparıblar. Yarışa qatılan Gəncə güləşçilərindən ikisi - Pərviz Məmmədov ("Zenit") və Turqay Məmmədov ("Dinamo") bütün görüşləri qələbə ilə başa çatdıraraq turnirin baş mükafatlarına layiq görülüblər.


YENİYETMƏLƏR ARASINDA CÜDO ÜZRƏ ŞƏHƏR BİRİNCİLİYİ KEÇİRİLİB

Yanvarın 25-də Gəncə "Dinamo" cəmiyyətinin idman zalında 1988-89-cu illərdə anadan olmuş yeniyetmələr arasında cüdo üzrə şəhər birinciliyi kezırılıb. Yarışda şəhərin "Dinamo", "Spartak", "Təhsil" İdman Mərkəzinin 1 və 2 saylı UGİM-lərin 70 idmançısı iştirak edib. Qızlar arasında öz çəki dərəcəsində 2 saylı UGİM-in yetirmələri Asya Qasımova, Gilyaxanım Ələkbərova, Aynurə Həsənova, Sevinc Yusubova, Vəfa Rzayeva, Zəhra Qvaramidze və "Təhsil" İdman Mərkəzinin üzvü Xəyalə Həsənova şəhər çempionu adına layiq görülüblər. Oğlanlar arasında gərgin mübarizədə isə Elvar Osmanov (1 saylı UGİM), Bəşir Əliyev (Dinamo), Vüsal Ələsgərov (Təhsil), Amil Qasımov (Dinamo), Samir Namazov (2 saylı UGİM), Səbuhi Heydərov (Təhsil), Nurid Süleymanov ( 2 saylı UGİM), Vasif Qasımov ( 1 saylı UGİM) qalib olmuşlar. Gəncənin yığma komandasının baş məşqçisi Vaqif Məlikovun sözlərinə görə yarışların mükafatçıları fevralın birinci ongünlüyündə Bakıda keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanmışlar.


GƏNCƏ SAMBOÇULARININ UĞURLARI

Bakı Olimpiya İdman Kompleksində yanvarın 23-dən 25-ə kimi sambo üzrə növbəti Azərbaycan çempionatı keçirilib. Tatamiyə respublikanın şəhər və rayonlarının 300-dən çox pəhləvanı çıxmışdır. Qaliblər və mükafatçılar üç yaş qrupunda - yeniyetmələr, gənclər və kişilər arasında müəyyən olunmuşdur. Yeniyetmə idmançılar arasında Gəncə samboçuları dörd qızıl medal qazanıblar. Fuad Əliyev (65 kq), Elşən Əlinağıyev (70 kq), Araz Muxtarov (74 kq) və Şahəddin Bayramov (87 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adına layiq görülüblər. Qeyd edək ki, qaliblər 1 saylı Uşaq Gənclər İdman Məktəbinin məşqçisi idman ustası Ceyhun Bayramovun yetirmələridir. Onların komanda yoldaşları Orxan Kərimov (81 kq) ikinci, Amil Qasımov (56 kq) və Əli Hacıyev (74 kq) üçüncü yerləri tutublar. Yarışın ikinci günü tatami üzərinə gənclər çıxıblar. Birinci gün qızıl medalları qazanan Araz Muxtarov və Elşən Əlinağıyev yenə də qələbə uğrunda mübarizə aparıblar. Bu dəfə də onlar mükafatçılar arasına çıxıblar. Araz gümüş, Elşən isə bürünc medala layiq görülüb. Məşqçi Ceyhun Bayramov söhbətində bildirdi ki, qalib gələn samboçular bu ilin aprel ayında Litvanın Şaulyay şəhərində yeniyetmələr və gənclər arasında Avropa birinciliyində iştirak edəcəklər.


QHT və KİV-lərin ƏLAQƏLƏRİ MƏHKƏMLƏNƏCƏK

Yanvarın 27-də "Gəncəbasar" qəzetinin redaksiyasında İnternyus-Azərbaycan təşkilatının Gəncə nümayəndəliyi tərəfindən "Qeyri hökumət təşkilatları ilə kütləvi informasiya vasitələrinin əlaqələri" mövzusunda seminar keçirildi. Görüşdə 9 qeyri hökumət təşkilatlarının - "Tomris" Analar Cəmiyyətinin, "Ocaq" İctimai Birliyinin, Gəncə Aqro-biznes Assosiasiyasının, Reabilitasiya Mərkəzinin, Kimsəsiz Uşaqların Hüquqi və Sosial Müdafiə Mərkəzinin, "Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Mərkəzin, "Məişət" İctimai Birliyinin, "Bilik" cəmiyyətinin və "Gəncə Biznes Qrupu"nun, həmçinin "Gəncəbasar" qəzetinin, "Lider", "ANS" telekanallarının, Gəncə Müstəqil Jurnalistika Mərkəzinin nümayəndələri iştirak edirdilər. Görüşü İnternyus-Azərbaycan Gəncə nümayəndəliyinin koordinatoru Cahangir Cəfərov aparırdı. Əvvəlcə, təxminən bir saata yaxın QHT-lərin təmsilçiləri öz təşkilatlarının məramları və gördükləri işlər haqda məlumat verdilər. Sonra iştirakçılar QHT və KİV əlaqələrində mövcud olan boşluqların aradan qaldırılması üçün müxtəlif təkliflərlə çıxış etdilər. Məsələn, "Bilik" cəmiyyətinin nümayəndəsi Mehman Xəlilov "Gəncəbasar" qəzetində QHT-lərə aid xüsusi rubrikanın açılmasını arzuladı. Gəncə Aqro-biznes Assosiasiyasının nümayəndəsi Vüqar Babayev isə QHT-lərin vaxtaşırı mətbuat konfransı keçirilməsini məsləhət bildi. Görüşün sonunda iştirakçılar yekdil fikrə gəldilər: QHT-lərin koordinasiya mərkəzi yaradılsın və burada mütəmadi (ayda 1 dəfə olmaqla) görüşlər keçirilsin. Bu iş İnternyus-Azərbaycanın Gəncə üzrə koordinatoru Cahangir Cəfərova həvalə olunsun.


QADIN ZORAKILIĞINA QARŞI KONFRANS

Yanvarın 28-də Gəncədə "Analar və uşaqların inkişafı cəmiyyəti"nin xətti ilə həyata keçirilmiş "Gəncə Regional Qadın Reabilitasiya Mərkəzinin Yaradılması" layihəsi çərçivəsində konfrans keçirildi. Layihənin rəhbəri Natella Məmədova "Qadın problemlərinin aradan qaldırılması cəmiyyətin inkişafının əsasıdır" mövzusunda etdiyi çıxışında əsasən Gəncə və ətraf rayonlarda baş verən qadın zorakılığı problemləri, onların yaranma səbəbləri, o cümlədən həlli yolları haqqında geniş məlumat verdi. Digər məruzəçilər "Müasir qanunvericilikdə qadınların rolu", "Zorakılığa məruz qalmış qadınların psixoloji gərginliklərinin aradan qaldırılması yolları", "Qadınlara qarşı zorakılığın aradan qaldırılması işində ailə etikasının rolu" və s. mövzularda çıxış edərək qadın zorakılığı haqqında öz fikirlərini söylədilər. Məruzələr ətrafında müzakirələr aparıldıqdan sonra Reabilitasiya Mərkəzinin gələcək fəaliyyətinə təklif və tövsiyələr də verildi. Qeyd edək ki, tədbirdə Gəncə şəhəri ilə yanaşı, Tovuz, Şəmkir rayonlarından və Naftalan şəhərinin də nümayəndə heyəti iştirak edirdi.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded