HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#16. 17 - 23 may 2005

İREX REGİON TELEKANALLARINA ƏMƏLİ YARDIM EDİR
Gəncənin "Alternativ" telekanalı indiyədək 200 VT gücündə olan ötürüçü ilə yayımlanırdı. Bu isə şəhərimizin Gülüstan, Mahrasa bağı, Yeni Gəncə qəsəbələrində dalğanın keyfiyyətində çətinliklər yaradırdı. Televiziyanın icraçı direktoru Elnur Abbasovun sözlərinə görə, artıq kanalda yeni quraşdırılan ANEQA-1 tipli 1 KVT-lıq ötürücünün köməyi ilə bu kimi problemlərə son qoyulacaq. Qeyd edək ki, bu ötürücü dalğanı 40 km radiusadək yayımlamaq imkanına malikdir. Hələ ki, ötürücü 300 VT güclə işləyir və indi demək olar ki, şəhərin hər bir nöqtəsində kanal yüksək keyfiyyətlə yayımlanır. Qeyd edək ki, televiziyaya Rusiyada istehsal edilmiş, dəyəri 26 min ABŞ dolları məbləğində olan yeni ötürücünü Amerikanın İREX Promedia təşkilatı Amerika İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə verib. Bu işlər təşkilatın Azərbaycanın regional telekanallarının yayım keyfiyyətinin yaxşılaşdırılmasına dair həyata keçirdiyi layihə çərçivəsində aparılır. Layihəyə əsasən respublikamızın müxtəlif regionlarında fəaliyət göstərən 7 yerli televiziya kanalından ibarət "Azərbaycan Televiziya Şəbəkəsi" yaradılıb. Şəbəkəyə "Alternativ TV" (Gəncə), "Aygün TV" (Zaqatala), "Dünya TV" (Sumqayıt), "Xəyal TV" (Quba), "Mingəçevir TV", "Lənkəran TV" və "Simurq TV" (Tovuz) daxildir. Şəbəkəyə üzv olan regional teleşərkətlər müasir ötürücülərlə təçhiz olunacaq. İlk belə ötürücü "Dünya TV"-də quraşdırılıb. Yaxın günlərdə isə Mingəçevir, Lənkəran və Tovuz şəhərlərində fəaliyyət göstərən yerli TV-lərdə ötürücülərin quraşdırılacağı gözlənilir.

ORTA MƏKTƏBDƏ QUMBARA PARTLAYIB
Mayın 14-də gündüz saat 12 radələrində 36 saylı orta məktəbin 11d sinfində ibtidai hərbi hazırlıq dərsi zamanı əl qumbarası partlayıb. Nəticədə həmin sinfin şagirdi Hüseynov Fariz Valeh oğlu həlak olub, daha bir neçə şagird isə müxtəlif xəsarətlər alıblar. Məktəbin direktoru hadisə baş verən an əksər müəllim və şagirdlərin həyətdə iməcilikdə olduğunu bildirdi. Qeyd edək ki, dərs zamanı sinfin 14 şagirdindən ikisi dərsdə olmayıb. Yaralılar 3 saylı xəstəxananın reanimasiya şöbəsinə aparılıb. Həmin sinfin şagirdi Jalənin sözlərinə görə, dərs zamanı stolun üstündə bir neçə süni və bir ədəd döyüş qumbarası olub. Dərsi keçən müəllim qumbaralardan birinin əsl olduğunu deyərək, ona toxunmamalarını şagirdlərə tapşırıb. Həmçinin dərs prosesində müəllim imtahan götürürmüş. Sinfin şagirdi Ramin Əsgərov qumbaranı oynadarkən birdən onun tüstülədiyini görüb, tələsik özündən kənara atıb və qumbara Farizin üzərinə düşərək partlayıb.
Qumbaranın dərsi keçən müəllim Məmməd Qasımov tərəfindən gətirildiyi güman olunur. Ancaq necə və hansı yolla gətirildiyi məlum deyil.
Kəpəz rayon hərbi komissarlığından bildirildi ki, məktəblərə hərbi təlimlə məşğul olmaq üçün döyüş silahları verilmir. Hərbi dərslərin sırf ona aid ayrılmış otaqlarda keçirilməsi tələb olunur (belə ki, hadisə Rus dili və ədəbiyyatı kabinetində baş verib). O da bildirildi ki, hərbi komissarlığın çağırışqabağı hazırlıq şöbəsi (5-ci şöbə) qrafikə uyğun olaraq hərbi dərs keçən müəllimlərin yoxlanılmasını təmin edir.
Qeyd edək ki, hadisənin təfərrüatları barədə hüquq mühafizə orqanları hələlik KİV-ə açıqlamalar verməyib. Hadisənin araşdırılması ilə bağlı komissiya yaradılıb, şəhər prokurorluğu tərəfindən təhqiqat aparılır.

QADINLARIN KONFRANSI KEÇİRİLDİ
Mayın 11-də Helsinki Vətəndaş Assambleyasının Gəncə ofisində "Sülh yaratma prosesində qadınların rolu" mövzusunda keçirilən konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açan HVA AMK Gəncə ofisinin koordinatoru Akifə Əliyeva konfransın gündəliyində duran məsələlərlə iştirakçıları tanış etdi. Konfransda gender, münaqişə, tolerantlıq, sülhyaratma, çoxsahəli diplomatiya, xalq diplomatiyası haqqında ümumi məlumatlar dinlənildi, habelə, qadınların sülhyaratma prosesində rolu barədə müzakirələr və fikir mübadilələri aparıldı. Konfransın işində regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin müxtəlif sosial təbəqələri təmsil edən qadınlar iştirak edirdi. Ümumilikdə gündəlikdə duran yeddi məsələ barədə mütəxəssislər tərəfindən konfrans iştirakçılarına ətraflı məlumat verildi, iştirakçı qadınları maraqlandıran suallar cavablandırıldı. Gündəlikdə duran məsələlər haqqında ayrı-ayrılıqda ümumi məlumatlardan və dinləmələrdən sonra konfrans öz işini yekunlaşdırdı.

OFFS-İN İNKİŞAFI VACİBDİR
Bu günlərdə Gəncə Açıq Həvəskar Futbol Məktəbinin (OFFS) instruktoru Novil İsmayılov Danimarkadan qayıdıb. Kopenhagendə uşaq futbolunun inkişafı üçün rəhbərlərin hazırlanması proqramının I mərhələsi keçirilib. Treninq-seminarda OFFS-in fəaliyyət göstərdiyi ölkələrlə - Azərbaycan, Ermənistan, Gürcüstan, Xorvatiya, Serbiya və Çernoqoriya, Makedoniya, Bosniya və Hersoqovina ilə yanaşı İordaniya da təmsil olunurdu. Bu addım OFFS-in ərəb ölkələrində də fəaliyyətini genişləndirməsi ilə bağlı idi. N. İsmayılov deyir ki, bu seminar çərçivəsində hər bir iştirakçı konkret təkliflər planı hazırlamalı və öz ölkələrində uşaq futbolunun inkişaf istiqamətlərini göstərməli idilər: "Mən əvvəlcədən hazırladığım plan üzrə çıxışımda təklif etdim ki, uşaqlarda futbola marağı elə uşaq bağçalarından, ya da ibtidai sinifdən başlamaq lazımdır. Çünki uşaqlar belə vaxt oynamağa, şənlənməyə daha çox həvəslidirlər. Ona görə də bu oyunu şən və maraqlı təşkil etmək lazımdır ki, futbola maraq yaransın. Bu təklifi, demək olar ki, digər ölkələrin də nümayəndələri tərəfindən bəyənildi və qəbul edildi. Heyiflər olsun ki, uşaq bağçalarında belə oyunlar yoxdur. Məktəblərdə isə ibtidai sinif şagirdlərinə, demək olar ki, bədən tərbiyəsi dərsləri keçirilmir. Ancaq uşaq futbola nə qədər tez alışsa, gələcəkdə onun üzərində işləmək bir o qədər asan olar".
Seminar çərçivəsində uşaq futbolunun inkişaf istiqamətləri, uşaqlarla rəftar, fiziki hazırlığın artırılması, komandanın formalaşdırılmaq yolları barədə məlumat verilib. UEFA-nın vitse-prezidenti B. Ravn Omdar təmsil etdiyi qurumun uşaq futbolu barədə planları, OFFS-in icraçı direktoru Anders Levinsen uşaq futbolunun inkişafı yolları, Norveç və Danimarka Futbol Federasiyalarının təmsilçiləri ölkələrində uşaq futbolunun vəziyyəti haqda danışıblar. N. İsmayılov UEFA-nın bu sahədə Azərbaycana böyük marağı olduğunu deyir: "Mən onlardan ölkəmizdə futbolun inkişafına olan belə marağını gözləmirdim. Hər şeyə rəğmən futbolun inkişafını istəyirlər. Əsasən uşaqların kiçik meydançalarda və az sayda oynamasının tərəfdarıdırlar. Çünki belə olan halda hər bir uşaq topla davranmağı öyrənir. Həmçinin istəyirlər ki, bizdə qadın futbolunda da irəliləyiş olsun".
Norveçin bir neçə uşaq futbol məktəblərində olan seminar iştirakçıları yaradılan şəraitdən heyrətlərini gizlətməyiblər. Həmçinin də Novil müəllim: "Orada hər müəllimin öz qrupu var. Həmin müəllim hər həftə bu uşaqlarla məşğul olur və daha çox fiziki hazırlığa üstünlük verir. Həftədə 1 dəfə isə bütün qruplardakı uşaqlar baş məşqçinin rəhbərliyi altında toplanır və taktiki-texniki hazırlıq üzərində işləyirlər. Heyfslənirəm ki, bizdə hələ də məşqçilər belə bir addım atmayıb".
Bundan başqa Danimarkanın bir sıra yüksək dəstə komandalarına da treninqçilərin səfəri olub. "Brunşuj", "Brundbi", "Lyunqbi" klublarında olaraq hər bir klubun mövcud şəraiti ilə tanış olublar. "Təkcə "Brundbi" klubunun 12 stadionu var" - deyən N. İsmayılov mövcud şəraitin ümumilikdə Azərbaycandan yaxşı olduğunu bildirdi.
N. İsmayılov deyir ki, UEFA treninq iştirakçılarını öz ölkələrində rəhbər kimi görmək istəyir. Bu yolda da öyrəndiklərini tətbiq etməyi vacib hesab edirlər və Azərbaycanda yaradılan 8 məktəbdən başqa daha 7 OFFS açmaq istəyirlər. Qeyd edək ki, Gəncə ilə yanaşı Bakı, Sumqayıt, Tovuz, Qax, Mingəçevir, Əli Bayramlı və Lənkəranda artıq belə məktəblər fəaliyyət göstərir.
Kopenhagendən qayıdandan sonra 1 saylı məktəbdə uşaqlarla görüşən N. İsmayılov digər məktəblərdə də uşaqlara futbolun nə olduğunu şən oyunlarla başa salmağı planlaşdırır.
Əlavə edək ki, bu cür seminarların II mərhələsi - Proyektin reallaşması və "Çətin əmək" iyunda Sarayevada, "Proyektin dərkindən gündəlik fəaliyyətədək" olan III mərhələ oktyabrda Tbilisidə, 2006-ci ilin aprelində "Əldə edilən bilikləri möhkəmləndirmək və yeni tapşırıqların müəyyən edilməsi" - IV mərhələ Osloda keçirilməlidir.

"RƏSSAM PONOMARYOV" FİLMİNİN PREZENTASİYASI
Mayın 14-də Gəncə Zabitlər Evində "Aztelefilm"in istehsalı olan "Rəssam Ponomaryov" sənədli filminin çoxdan bəri planlaşdırılan prezentasiyası keçirildi. Filmin ssenari müəllifi Mahir İsayev qonaqları salamlayaraq bildirdi ki, premyera hələ ötən ilin sentyabr ayından planlaşdırılsa da, sponsor və texniki ləvazimatların tapılmaması səbəbindən ləngiyirdi. O, həmçinin filmin araya-ərsəyə gəlməsində zəhməti olan insanların adlarını sadaladı və hər birinə ayrı-ayrılıqda öz təşəkkürünü bildirdi.
Bakıdan qonaq kimi dəvət edilmiş filmin rejissoru Rafiq Dadaşov öz çıxışında çəkilən zəhmətin hədər getmədiyini və filmin müəyyən dərəcədə uğurlu alındığını bildirdi. Daha sonra Gəncə şəhər Veteranlar Şurasının sədri Rza Hacıyev, Rus İcmasının region üzrə sədri Valeri Kozin, rəssamın yaxın dostu və silahdaşı Nazim Babayev, Gəncə Kino Birliyinin sədri Nurəddin Babayev və başqaları çıxış edərək V. Ponomaryov haqqında öz ürək sözlərini söylədilər.
Filmə baxış keçiriləndən sonra Viktor Ponomaryovun təəssüratlarını öyrəndik: "Təəssüratım çox yaxşıdır. Ən yaxşı isə odur ki, bura gələnlərin hamısı öz istəkləri ilə gəliblər. Yəni, bu rejissor işi deyil. Bundan gözəl nə ola bilər ki, insanlar öz istəkləri, öz arzuları ilə bir yerə toplaşsınlar?!"
Qeyd edək ki, ekran zəif işıqlandırıldığından filmə baxış zamanı qaralmalar baş verirdi. Texniki nasazlığın səbəbini M. İsayevdən soruşduqda o: "Prezentasiyadan bir gün əvvəl kaset tam salamat idi. Bu səbəbdən də bütün günahlar birbaşa Zabitlər Evinin üzərinə düşür. Çünki aparatura tam hazır deyildi" - deyə, cavab verdi.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded