HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#18. 01-07 may 2004

NORVEÇ HUMANİTAR MÜƏSSİSƏSİNİN GƏNCƏDƏ YENİ OFİSİ AÇILDI
Bu günlərdə Norveç Humanitar Müəssisəsinin (NHM) Gəncənin Nərimanov prospektindəki "VİATOR" fondunun yeni ofisinin açılışı oldu. Tədbir NHM-nin şəhərimizdəki fəaliyyətinin 5-ci ildönümü günündə keçirildi. Açılış mərasimində Norveç Krallığının ölkəmizdəki səfiri cənab Stayner Qil iştirak edib.
Qeyd edək ki, əsasən mikrokreditlərin verilməsi ilə məşğul olan NHM-nin xidmətlərindən istifadə edən müştərilərin sayı ötən 5 il ərzində 2600 nəfərə çatıb. Bu insanlarda ümumilikdə bir milyon dollara kimi vəsait cəmlənib. Təşkilatın verdiyi mikrokreditlərin həcmi birinci mərhələ üçün 100 dollardan 400 dollara kimidir. Qaytarılma müddəti isə 24 aya qədər ola bilər. Verilən kreditlərə hər ay 2,75 faiz hesablanır. Fond girov təminatı olaraq əsasən zinət əşyaları qəbul edir.
Fondun yeni ofisinin açılış mərasimində iştirak edən Norveç səfiri cənab S. Qilin bizimlə söhbəti zamanı dedikləri:
"Biz əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsi yollarını axtarmaqda maraqlıyıq. Çünki neft sahəsində kifayət qədər fəaliyyətimiz hiss olunacaq dərəcədədir. Hesab edirəm ki, başqa sahələrdə də işləmək vacibdir. Norveç fondunun regionda fəaliyyətinə təkcə iqtisadi-mədəni deyil, həm də 2 ölkənin dostluq münasibətləri mövqeyindən yanaşıram. Buradakı yerli mütəxəssislərin işindən də razı qaldım. Belə işçi potensialı olan halda əsas kapitalın regiona cəlb olunması mənə elə gəlir ki, labüd şərtlərdəndir".
Yeri gəlmişkən, açılış mərasiminə yerli icra strukturunun nümayəndələri də dəvət olunmuşdu. Lakin onlar bu tədbirə nədənsə, qatılmadı. Norveçli diplomat buna baxmayaraq yerli rəhbərliklə görüşüb ikitərəfli əməkdaşlıqla bağlı bəzi məsələləri müzakirə edəcəyini bildirdi.
Həmin gün, yeni ofisin açılışı münasibətilə Gülüstandakı "Üç bulaq" şadlıq sarayında şənlik keçirildi. Burada rəsmiliyi kənara qoyub "yallı" gedən Norveç səfiri, öz şux oyunu ilə hər kəsi valeh etdi.

GAZ-ın NÖVBƏTİ SEÇİMİ “VOLKSWAGEN”dir
Aprelin 29-da Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov bir qrup dövlət rəsmiləri, Almaniyanın “VOLKSWAGEN” şirkətinin nümayəndələri ilə birgə Gəncəyə gəliblər. Əldə etdiyimiz məlumata görə, səfərin məqsədi şəhərimizin bu günkü sosial-iqtisadi durumu ilə tanış olmaq, həmçinin cari ildə fəaliyyətə başlayacaq Gəncə Avtomobil Zavodunun mövcud vəziyyəti ilə maraqlanmaqdır.
Səfər əsnasında almaniyalı iş adamları sözügedən müəssisəyə ümumi baxış keçirib. İlk olaraq müəssisədə avtomobil ehtiyat hissələrinin istehsalı nəzərdə tutulub.
Səfər çərçivəsində Abid Şərifov və qonaqlar Şah Abbas məscidini, Cavad xanın məzarını və Xan bağını ziyarət ediblər. Qeyd edək ki, səfər həmin gün də başa çatdı.

Gəncə Dövlət Universitetində elmi-praktiki KONFRANS
Aprelin 24-də Gəncə Dövlət Universitetinin (GDU) iclas zalında "Azərbaycançılıq ideologiyası və Azərbaycanşünaslıq məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransda GDU-nun rektoru Mübariz Yusibov, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Yaqub Mahmudov, Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov Azərbaycançılıq ideologiyasının əsas prinsipləri və Azərbaycanşünaslığın müasir problemləri mövzusunda mühazirələrlə çıxış etdilər. Tədbirin yekununda yığıncaq iştirakçıları Azərbaycanşünaslığın bir fənn kimi bütün ali məktəblərdə tədris olunması təklifini irəli sürdülər. Yığıncaqda, həmçinin orta məktəblərdə humanitar fənlər üzrə dərsliklərdə Azərbaycanşünaslıq mövzusuna geniş yer ayrılmasının vacibliyi vurğulandı.

M. Ş. VAZEH GECƏSİ KEÇİRİLDİ
Ötən həftə Gəncə Musiqi Texnikumunda (GMT) görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehə həsr olunmuş ədəbi-bədii musiqili gecə keçirildi. GMT-nin "Konsertmeystrlər sinfi" bölməsinin təşkil etdiyi gecədə gəncəli şairin həyat yoluna nəzər salındı, onun lirikası haqqında məlumat verildi, şerlərinə bəstələnən mahnılardan parçalar ifa olundu.
Bədii musiqili gecədə öncə texnikumun konsertmeystri Almira Həmzəyeva Sabir Məmmədovun tarda müşayiəti ilə mütəfəkkir şairin "Bu gecə" şerindən bir parçanı ifa etdi. Texnikumun müəlliməsi, musiqişünas Ramidə Mehdiyeva öz çıxışında Mirzə Şəfinin həyat və fəaliyyəti, nakam sevgisi, yaradıcılığı barədə ətraflı məlumat verdi. Sonra texnikumun tələbəsi Səadət Kəsəmənlinin fortepianoda müşayiəti ilə Sevinc İbrahimova soloda A. Q. Rubinşteynin M. Ş. Vazehin sözlərinə yazdığı "İran nəğmələri" məcmuəsindən "Züleyxa" parçasını ifa etdi. Daha sonra tarda Sabir Məmmədovun müşayiəti ilə Almira Həmzəyeva M. Ş. Vazehin Hafizə haqqında yazdığı şeri və "Məktub intizarında" poemasından bir parça söylədi. Tələbələrin çıxışından sonra M. Ş. Vazehin yaradıcılığı haqqında çıxışını davam etdirən R. Mehdiyeva, onun şerlərinin əsasən əlyazma halında yazıldığını və bu şerlərini hədiyyə formasında tanışlarına pay verdiyini dedi. M. Şəfi şerlərini əlyazma halında Almaniya yazarı F. Bodenştedə də verdikdən sonra Bodenşted öz vətənində "Şərqdə min bir gün" və "Mirzə Şəfinin şərqiləri" adlı kitab çap etdirir. Lakin şerlərin populyarlıq qazandığını görüb, onu öz adına çıxır və M. Ş. Vazehin şerləri olduğunu təkzib edir.
M. Ş. Vazehin şerlərinin bir çox dillərə tərcümə olunduğunu və böyük şöhrət qazandığını, bir sıra bəstəkarların onun şerlərinə romanslar yazdıqlarını bildirən R. Mehdiyeva, A. Q. Rubinşteynin əsərlərindən misal gətirdi. Bu məqamda fortepianoda Mədinə Məmmədova, Səbinə Vəliyeva və Günel Əsədova A. Q. Rubinşteynin "Çadranı üzündən at", "Tapa bilmərəm sevimli canan" və "Dalğalı gecələr" romanslarından parçalar səsləndirdilər, soloda isə S. İbrahimova ifa etdi.
Tədbirdə, həmçinin M. Ş. Vazehin şerlərinin bir hissəsinin itdiyindən, Azərbaycan bəstəkarlarından heç birinin M. Ş. Vazehin sözlərinə mahnı bəstələmədiyindən də danışıldı. Sonra fortepianoda texnikumun tələbəsi Xalidə Gərayeva macar bəstəkarı F. Listin "Mən sənə gül çələngi hörmək istəyirdim" və Sevil Bağırova Norveç bəstəkarı E. Qriqin "Yuxu" romanslarını ifa etdilər. Tədbirin sonunda GMT-nin direktoru V. Mirzəyev gecənin təşkilatçıları Xatirə Usubovaya və Ramidə Mehdiyevaya öz təşəkkürünü bildirdi.
Tədbirdən sonra R. Mehdiyevadan aldığımız məlumata görə, belə tədbirlər GMT-də tez-tez keçirilir. Dünya şöhrətli Azərbaycan və xarici bəstəkarların gecələrinin keçirildiyini deyən R. Mehdiyeva, Azərbaycan şairi M. Ş. Vazeh gecəsinin onun yaddaşlardan silinməməsi və şerlərinə bəstələnmiş mahnıların tanınması üçün keçirildiyini bildirdi.

QALİBLƏR MÜƏYYƏN OLUNU
Gəncə Şahmat Məktəbində qadınlar və kişilər arasında Azərbaycan çempionatının zona yarışları aprelin 29-da başa çatıb. Respublika birinciliyinin final yarışlarına vəsiqə uğrunda 80-ə yaxın şahmatçı mübarizə aparıb. 9 turdan ibarət olan turnir İsveçrə sistemi üzrə keçirilib.
Qadınlar arasında, dəfələrlə yeniyetmələr arasında Respublika birinciliklərinin qalibi və mükafatçısı olmuş ağdamlı Aytac İsmayılova böyük üstünlüklə qalib gəlib. O, 9 oyundan 8 xal toplayıb. II-III yerlərə 6,5 xalla Gəncə Şahmat Məktəbinin yetirmələri Aytən Ağayeva və Nərgiz Məmmədova layiq görülüb.
Kişilər arasında isə Zərdab rayonunun nümayəndəsi Fərid Zeynalov fərqlənib. O, 7,5 xalla zona birinciliyinin qalibi olub. Şəki şəhərinin şahmatçısı Faiq Ələsgərov 7 xalla ikinci, sumqayıtlı Qara Balacayev 6,5 xalla üçüncü yerə sahib olublar.
Kişilər arasında Gəncə şahmatçıları Nicat Ağayev, Vüqar Rəsulov və Mehdi Tağıyev VI-VIII yerləri bölüşdürüblər.
Yarışların nəticələrinə görə, I-II yerləri tutmuş idmançılar, Azərbaycan çempionatının final mərhələsində çıxış etmək hüququ əldə etdilər.

TÜRKİYƏDƏN GÜMÜŞ MEDALLA
Xəbər verdiyimiz kimi aprelin 19-dan 26-dək Türkiyənin Eskişəhər şəhərində, "Şahmat məktəbdə" devizi altında III Avropa Festivalı keçirilib. Bu yarışda 7 ölkənin, o cümlədən Azərbaycanın gənc şahmatçıları öz güclərini sınayıblar. Festivalın gedişatı və nəticələri barədə komandanın rəhbəri və məşqçisi, Gəncə Şahmat Məktəbinin müəllimi Şaiq Quliyevin dediklərindən:
- Azərbaycan komandasının tərkibində Ayaz Məmmədov (Gəncə), Rəşad Həsənov, Cavid Şirinov (hər ikisi Sumqayıt) və zərdablı Arzu Abbaszadə çıxış ediblər. Festivalda qaliblər iki yaş qrupunda (12 və 16) müəyyən olundu. Biz 16 yaşlılar arasında mübarizə apardıq. Komanda 7 görüş keçirdi. Onlardan 4-də qalib gəldi, iki oyunu heç-heçə oynadı və yalnız birində məğlub oldu. 20,5 xal yığaraq, komanda ümumi hesabda ikinci yerə çıxdı.
Komandanın nümayəndəsi Ayaz Məmmədov və Arzu Abbaszadə birinci yerləri tutmuş və qızıl medalla təltif olunmuşlar.
Təntənəli mərasimdə komandamıza ikinci yerə görə, Beynəlxalq Uşaq Şahmat Birliyinin iki kuboku təqdim olundu. Şahmatçılara gümüş medallar verilmişdi.

XATİRƏ TURNİRİ KEÇİRİLDİ
Aprelin 25-26-da Gəncə Olimpiya İdman Kompleksində Gəncə şəhər Güləş Federasiyasının keçmiş sədri, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, mərhum Firudin Həsənova həsr olunmuş yunan-roma güləşi üzrə şəhərlərarası turnir keçirildi. Yarışda Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir, Göyçay, Kürdəmir, Daşkəsən və Cəlilabaddan ümumilikdə 84 idmançı iştirak edib.
İki gün davam edən yarışda Amid Mövsümov (Cəlilabad), Rüfət Məmmədov, Rövşən Hacıyev, Aqil Hüseynov (hamısı Gəncə), Ağaməmməd Nuriyev (Əli Bayramlı), Rafiq Quliyev (Bakı), Cəlil Baxışov (Sumqayıt), Rüstəm Əliyev (Mingəçevir) birinci yerlərə layiq görüldülər.
Qaliblər və mükafatçılar medallarla, diplomlarla və qiymətli hədiyyələrlə təltif olundu.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded