HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#01. 01 - 07 yanvar 2005

Yeni əmək birjası açıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev dekabrın 27-də Gəncəyə səfər edib. Şəhərimizdə olarkən nazir öncə Əmək birjasının açılışında iştirak edib. Qeyd edək ki, respublikamızın bir çox yerlərində əmək birjaları artıq açılıb. Bu birjanın açılmasının əsas məqsədi muzdlu fəhlələrin saatlarla küçələrdə dayanıb sifariş gözləmələrinə son qoymaqdır. İndi gündəlik çörək puluna çıxanlar iş tapmaq üçün sadəcə Alimlər Evinin yanında yerləşən Məşğulluq İdarəsində qeydiyyatdan keçməlidirlər.

Gəncə Avtomobil Zavodu işə düşdü
1989-cu ildən tikintisi yarımçıq qalan Gəncə Avtomobil zavodunda nəhayət ki, dekabrın 24-də ilk OKA markalı avtomobilin buraxılışı oldu. İstehsalatın başlanması Rusiyanın Naberejnıye Çelnı Mikrolitraj Avtomobillər Zavodu Səhmdar Cəmiyyəti ilə Gəncə Avtomobil Zavodu arasında bağlanmış müqavilədən sonra mümkün olub. Müqaviləyə əsasən Rusiyadan komplektləşdirici hissələr gətirilərək, Gəncə Avtomobil Zavodunun eksperemental sexində yığılacaq.

Qarabağ əlillərinə "OKA" hədiyyəsi
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev Gəncə Avtomobil Zavodunun istehsal etdiyi "OKA" markalı maşınların Qarabağ əlillərinə təqdim edilməsi mərasimində iştirak edib. Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin kiçik zalında keçirilib. Tədbiri giriş sözü ilə açan nazir müharibə əlillərinə maşınları dünya ölkələrindən yalnız Azərbaycan və Rusiyada verildiyini bildirdi. Həmçinin o, qeyd edib ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün müharibə əlilləri növbə ilə maşınla təmin ediləcəklər. Onun sözlərinə görə, Azərbaycanda 1160 nəfər əlil avtomobil növbəsindədir. Hələ ki, onlardan 120-sinə - 80 nəfər Qarabağ əlilinə və 40 nəfər Böyük Vətən Müharibəsi əlilinə avtomobil verilməsi nəzərdə tutulub. Qeyd edək ki, "OKA" maşınları 80 nəfərdən 43-nə həmin gün verildi, qalan 37-sinə isə yanvar ayının ortalarında təqdim olunacaq. Bu avtomobillərin istehsalı üçün büdcədən 2 milyon manat pul ayrılıb.

Yeni kitabların təqdimatı
Dekabrın 24-ü Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsində Nəriman Xəlilin "Ömür kitabının varaqları" və Nadir Ovçunun "Bəxtimə doğan günəş" adlı yeni şer kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə poeziya sevərlər və KİV nümayəndələri iştirak edirdi. Ziyafət süfrəsi arxasında təşkil edilmiş ədəbi məclisdə Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri Məmməd Alim, şairlər Aləmzər Əlizadə, Mikayıl Yanar, Solmaz Şəms, Sabir Hacıyev, poeziya sevərlər Gülşən Bağırova, Albert Əliyev, Bəhruz Baxış, Süsən Tağıyeva və bir çoxları çıxış edərək şairlərin şerlərindən nümunələr səsləndirdilər, yazarların yaradıcılıq yoluna nəzər saldılar. Tədbirdə Məmməd Alim ilboyu şəhərimizdə baş verən ədəbi hadisələrə nəzər saldı. Sonda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar təbriklər söyləndi.

Idman: 2004 ilin uğurlari.
Sambo
Afinada tatamiyə Gəncə sambo məktəbinin yetirməsi, polis leytenantı Mövlud Mirəliyev də çıxdı. O, cüdo üzrə yarışlarda beşinci nəticəni göstərdi. Bundan başqa M. Mirəliyev noyabrda Bakıda keçirilən hərbiçilərin dünya çempionatında bütün rəqiblərinə qalib gələrək, dünya çempionu adını qazanıb.
Gəncə idmanının digər bir yetirməsi - samboçu Hakim Nəzərəliyev iyunda Praqada keçirilən dünya kuboku uğrunda mübarizədə qızıl mükafatçı olub. İkiqat dünya çempionumuz 57 kq çəki dərəcəsində Bolqarıstan, Monqolustan, Ukrayna və Rusiya samboçularına qalib gəlib.
Sambo üzrə gənclər arasında dünya çempionatında Araz Muxtarov Daşkənddə dünya çempionu adını qazanıb. Bundan başqa o, may ayında Litvada keçirilən Avropa birinciliyinin gümüş medalını qazanıb.
Moldovanın Kişinyov şəhərində keçirilən sambo üzrə dünya birinciliyində Gəncə samboçusu Ramil Qasımov yarımfinalda uduzaraq üçüncü yeri tutub.
Sərbəst güləş
Mayda Bakıda sərbəst güləş üzrə dünya kuboku uğrunda yarışlar keçirildi. Azərbaycan komandasının tərkibində Adil İbrahimov dünya kubokuna sahib olub. Avqustda İstanbulda keçirilən sərbəst güləş üzrə Avropa çempionatında iştirak edən Elmir Qəmbərov Gəncəyə Avropa üçüncüsü kimi qayıdıb.
Poureliftinq
ABŞ-ın Corce şəhərində keçirilən poureliftinq üzrə dünya çempionatından Rüfət Ağayev Gəncəyə qızıl medalla qayıdıb.
Kikboksinq
Ukraynanın Yalta şəhərində keçirilən kişilər arasında kikboksinq üzrə dünya çempionatında Gəncə kikboksçusu Elnur Salamov 2 qızıl medal qazanıb. E. Salamov lou-kik və ful-kontakt versiyaları üzrə ən yüksək kürsüyə qalxıb.
Oktyabrda Ukraynanın Yalta şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında Gəncədən Sənan Haqverdiyev iştirak edib. Finala qədər rəqib tanımayan Sənan gümüş medala layiq görülüb.
Uşu sanda
İyunda İtaliyada keçirilən uşu-sanda üzrə dünya çempionatında iştirak edən Ramil Allahverdiyev bütün rəqiblərinə qalib gələrək qızıl medalı boynundan asıb. Ramil oktyabrda Yaltada keçirilən kikboksinq üzrə dünya birinciliyində də hamıdan güclü olub.
Karate-Do
Fuad Allahverdiyev Ukraynanın Odessa şəhərində keçirilən karate-do üzrə Avropa çempionatında iştirak edib. 75 kq-dan yuxarı çəki dərəcəsində Əziz Əzizovun tələbəsi Almaniya, İngiltərə, Rusiya, Ukrayna və İtaliya təmsilçilərinə qalib gələrək qızıl medal qazanıb.
Boks
Gəncə boks məktəbinin yetirməsi Elçin Əlizadə Cənubi Koreyada keçirilən gənclər arasında dünya birinciliyində üçüncü yeri tutub. Beynəlxalq turnirin qalibi olan E. Əlizadə mayda İstanbulda keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.
Boks üzrə tələbələrin dünya birinciliyində Ramal Amanov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Şahmat
Şahmat yarışlarında ən yaxşı nəticəni III ənənəvi "Kaspi Kuboku" yarışlarında Gəncə Şahmat Məktəbinin yetirməsi Lalə Məmmədova göstərib. İranda keçirilən beynəlxalq turnirdə L. Məmmədova komanda tərkibində kuboka sahib olub.
Bundan başqa Gəncə Şahmat Məktəbinin direktoru Salman Cavadzadənin üç gedişli şahmat məsələsi ABŞ-da nəşr olunan "Strategeus" jurnalının xüsusi mükafatına layiq görülüb.
Futbol
Ötən il Gəncə futbolunda da nəzərəçarpacaq dəyişikliklər olub. "Kəpəz" komandası böhrandan çıxa bilib. Avqustda komandaya "FRY" İnşaatçı şirkətinin direktoru Ruslan Məmmədov prezident, Ağdamın "Qarabağ" komandası ilə yollarını ayırmış Şahin Diniyev isə baş məşqçi təyin olunub. 13-cü milli çempionatda oyununu tapa bilməyən "Kəpəz" 5 qələbə, 4 heç-heçə və 8 məğlubiyyətlə ölkə birinciliyinin birinci dövrəsini 10-cu yerdə başa vurdu. Ölkə kuboku uğrunda yarışlarda isə 1/8 finlada "Karat"ı keçə bilməyən Ş. Diniyevin yetirmələri mübarizəni dayandırmalı oldular. Bütün ümidlərini II dövrəyə bağlayan baş məşqçi yeni ildə "Kəpəz"in oyununun müsbətə doğru əsaslı dəyişəcəyini söyləyib.
Futbolun inkişafında daha bir addım avqustun 9-da atıldı. Gəncədə Açıq Həvəskar Uşaq Futbol Məktəbi (OFFS) açıldı. Bu məqsədlə OFFS-in icraçı direktoru Anders Levensen və layihə koordinatoru Hans Finstad Gəncədə oldu. "Kəpəz" stadionunun bazasında yaradılan məktəbə 200-ə qədər uşaq cəlb edilib.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded