ARXIV
|
#12. 20-26 mart 2004
BRİTANİYA SƏFİRİ GƏNCƏDƏ
Martın 15-17 tarixlərində Böyük Britaniyanın ölkəmizdəki səfiri Lourens Bristou nümayəndə heyətilə Gəncədə səfərdə oldu. Tanışlıq xarakteri daşıyan bu səfərin məqsədi Gəncənin sosial-iqtisadi, elmi-mədəni həyatını yaxından öyrənmək, hökumətlərarası qarşılıqlı əməkdaşlıq çərçivəsində Britaniya iş adamlarının gələcəkdə fəaliyyəti üçün regionun mövcud vəziyyətini öyrənmək idi. Qonaq şəhər icra başçısı ilə görüşdü, Gəncə Gil-torpaq İstehsalat Birliyi, Cihazqayırma, Avtomobil zavodlarında və Qənnadı fabrikində oldu, "S&P Traning" Təlim Mərkəzinə gəldi, Gəncə Dövlət Universitetinin "GDU" müəllim və tələbələri ilə görüşü keçirildi, "Gəncə Biznes Qrupu" Qeyri-Hökumət Təşkilatınдa oldu, bir sıra müxalifət partiyaların Gəncə şəhər təşkilatlarının rəhbərləri ilə də görüşdü.
|
|
TEXNİKİ YARADICILIQ ÜZRƏ BAXIŞ MÜSABİQƏSİ
Martın 12-də Yevlax şəhərində texniki yaradıjılıq üzrə baxış müsabiqəsi keçirildi. Burada Gəncə, Mingəçevir, Bərdə, Ağcəbədi, Naftalan və Göyçay rayonlarının uşaq texniki yaradıcılıq mərkəzlərinin yeniyetmələri iştirak etmişlər.Birinci yerlərə Ruhlan Məmmədov "gəmi modeli", Nicat Qafarov "avtomodel" və Nicat Ələsgərov "raket modeli", II dərəcəli diplomlara isə Nəcəf Tağıyev "təyyarə modeli", Rəhman Tağıyev "təyyarə modeli", Cavid Yusifov "raket modeli", Xəyalə Alməmmədova "radiotexnika" layiq görülmüşlər. Qaliblərin hamısı Gəncə şəhər 6 saylı orta məktəbin şagirdləridir.
|
|
MAKARON SEXİ AÇILACAQ
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "NEON" firmasının nəzdində yeni bir sexin açılması üçün kredit ayrılıb. Bu haqda məlumatı "Gəncəbasar" qəzetinə "NEON" firmasının direktoru Arif Həsənov verib. Onun sözlərinə görə, ayrılmış vəsaitin bir hissəsi sex binasının inşasına sərf edilib:
"Pulun qalan hissəsinin verilməsi mart ayının sonuna planlaşdırılıb. Bu vəsaitə lazım olan avadanlıqlar alınacaq. Çox ehtimal ki, yeni sex aprel-may aylarında istifadəyə veriləcək".
A. Həsənov onu da qeyd etdi ki, yeni makaron sexində təxminən 25-ə yaxın işçi çalışacaq. |
|
KİKBOKSİNQ ÜZRƏ AZƏRBAYCAN
BİRLİYİ
Bakı şəhərində 12-14 martda yeniyetmələr "1988-89" və gənclər "1986-87" arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Yarışda respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş 250-yə kimi idmançı iştirak etmişdir. Bu birincilikdə Gəncə kikboksçuları əla çıxış edərək 10-cu dəfə komanda birinciliyi qazanmışlar. Yarışdan 12 idmançımız evə medalla qayıdıb. Yeniyetmələr arasında Kamil İsmayılov "üçüncü dəfə", Zaur Məmmədov qızıl medal qazanıblar. Emil Əhmədov, Orxan Hadiyev ikinci, Hüsnəddin Zufarov, Xurşud Zufarov üçüncü yerə çıxmışlar. Gənclər arasında Nicat Alməmmədov, Qalib Bayramov, Emin Bayramov "dördüncü dəfə", Sərxan Cabbarov "altıncı dəfə" respublika çempionu adına layiq görülüblər. Sənan Haqverdiyev gümüş, Babək Cəfərov bürünc medallara sahib olmuşlar.Qaliblər may ayında Yunanıstanda keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmışlar. |
|
PƏHLƏVANLARIN YARIŞI
Martın 14-15-də Gəncə şəhərinin "Dinamo" idman cəmiyyətində 1987-88-ci ildə anadan olmuş yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilmişdir. Qələbə uğrunda "Dinamo", "Spartak", "Zenit" idman cəmiyyətlərinin, "Təhsil" idman mərkəzinin, 1 və 2 saylı UGİM-in 100-ə yaxın gənc pəhləvanı mübarizə aparmışlar.İki gün davam edən bu yarışda Azər Paşayev, Paşa Paşayev "Təhsil", Arzuman Qurbanov "Zenit", Tahir Qoşqarov "Dinamo", Yusif Muxtarov "Təhsil", Zabit Kazımov "Dinamo", Aqil Quliyev "Zenit", Səbuhi Məmmədov və Nail Tahirov "Dinamo" qalib gəliblər.Şəhər birinciliyinin qalibləri apreldə Mingəçevirdə keçiriləcək respublika zona birinciliyində çıxış edəcəklər.
|
|
PAUERLİFTİNQ ÜZRƏ ŞƏHƏR ÇEMPİONATI
14 mart Gəncə Oimpiya İdman Kompleksində pauerliftinq üzrə ilk dəfə şəhər çempionatı keçirilib. İdmançılar pauerliftinqin benç-pres növü üzrə yarışıblar. Çempionata 40-dan artıq ağır atlet qatılmışdır. Onlar müxtəlif idman məktəblərini, cəmiyyətləri və mərkəzləri təmsil edirdi. 52 kq-da 2 saylı Uşaq Gənclər, İdman Məktəbindən Tural Verdiyev fərqlənib. "Məhsul" İdman cəmiyyətinin yetirmələri Nizami Həsənov 60 kq,Niyazi Həsənov 67,5 kq, Sərxan Əliyev isə 82,5 kq çəki dərəcələrində birinci yerlərə sahib olublar. "Dinamo" İdman Cəmiyyətindən Xaqani Abdullayev 90 kiloqramda öz çəkisində olan bütün idmançıları geridə qoya bilib. 90-dan yuxarı çəki dərəcəsində isə İlham Əliyev çempionatın ən yüksək pilləsinə qalxıb. |
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|