HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#09. 28-05 mart 2004

GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ YIĞINCAQ

Fevralın 24-də Gəncə şəhər İcra Hakimiyyətində dövlət strukturlarının iş üslubu, forma, metodların təhlili və 2003-cü ilin yekun nəticələrinə dair fəallar yığıncağı keçirildi. Burada qeyd olundu ki, Gəncədə ötən il 56 obyekt özəlləşdirilib, 2 səhmdar cəmiyyət yaradılıb, 700-ə yaxın yeni iş yerləri açılıb. 12 müəssisəyə 3 milyard manatlıq güzəştli kredit verilib. Bununla yanaşı bir neçə idarə rəhbərlərinin işində nöqsanlar qeyd olunub və onlara öz işlərində dönüş yaratmaq üçün bir ay müddətində vaxt verilib.


ƏQLİ ZƏİF UŞAQLARIN REABİLİTASİYA MƏRKƏZİNİN AÇILIŞI

Uşaq Fondu Gəncə şəhər təşkilatının təşəbbüsü ilə Uşaq Yaradıcılıq Mərkəzinin binasında yaradılan "Əqli Zəif Uşaqların Reabilitasiya Mərkəzi"nin fevralın 21-də açılışı oldu. Bu mərkəzdə xüsusi təlimə ehtiyacı olan (7-14 yaş arasında) 30 uşağın asudə vaxtlarının səmərəli təşkili üçün dərnəklərin yaradıldığını bildirilir. Mərkəzin yaradılması üzrə layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Gəncə şöbəsinin 2003-cü ilin aprelində elan etdiyi müsabiqənin qalibi olub. Layihə 6 ay müddətinə Soros Fondunun vəsaiti hesabına maliyyələşəcək. Nəzərdə tutulan işlərin icrasına 11 nəfərdən ibarət işçi qrupu cəlb olunub, onlardan 5-i psixoloqdur.


"KORRUPSİYA" MÖVZÜSUNDA SEMİNAR KEÇİRİLDİ

Şəhərimizdə fəaliyyət göstərən bir sıra QHT-lərı ("Gələcəyin səsi", "Gənc intellektlər") və bir qrup gənclərin iştirakı ilə Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin əyləncə mərkəzində "Korrupsiya" mövzusunda seminar öz işinə başladı. Tədbir "Gələcəyə körpü" QHT-nin təşəbbüsü və "USAİD" Beynəlxalq Təşkilatın maliyyə dəstəyi ilə həyata keçirildi.


"AVTOMOBİL ZAVODU"NUN İŞƏ SALINMASI HAQQINDA DANIŞIQLAR

Azərbaycan hökuməti "Gəncə Avtomobil Zavodu"nun işə salınması ilə bağlı Almaniyanın "VOLKSWAGEN" və Rusiyanın "Qazel" şirkətləri ilə danışıqlar aparır. Fevralın sonunda adıçəkilən şirkətlərin nümayəndələri yenidən Gəncəyə gələrək, zavodun yenidən qurulması və işə salınması məsələlərini araşdıracaqlar. Qeyd edək ki, "Gəncə Avtomobil Zavodu"nun işə salınması ilə bağlı Azərbaycan hökuməti Fransanın "Renault" şirkəti ilə danışıqlar aparmışdı. Lakin Fransa şirkətinin şərtləri qarşı tərəfi razı salmadığı üçün danışıqlar prosesinə son qoyulmuşdu.


GƏNCƏDƏ TƏHSİLİN İLKİN VƏZİYYƏTİ ÖYRƏNİLİR

"CİTO GROEP" şirkətinin milli məsləhətçilər qrupunun nümayəndələri "Monitorinq və qiymətləndirmə" proqramı çərçivəsində fevral ayının 21-də Gəncədə olublar. Səfər Təhsil Nazirliyi və Hollandiyanın "CİTO GROEP" şirkəti arasındakı razılığa əsasən baş tutub. Qrupun nümayəndələri şəhərimizdəki 1, 5 saylı pilot, 24, 43 saylı orta məktəblərdə və 44 saylı bağça-məktəb lisey kompleksində oldular. Əsas məqsəd yerlərdə təhsil sahəsində ilkin vəziyyətin öyrənilməsindən ibarətdir.


AÇIQ DƏRSLƏR KEÇİRİLİR

Bir aydan artıqdır ki, Gəncədəki 1,5,16 saylı pilot orta məktəblərdə və Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialında açıq dərslər aparılır. Açıq dərslər respublika Təhsil Nazirliyinin "İxtisas artırma müəssisələrinin metodistləri, pilot məktəblərinin müəllimləri və rayon təhsil şöbələrinin metodistlər üçün "Kliniki müşahidə" (İdrak fəaliyyətini inkişaf etdirmək, şagirdlərə sərbəstlik vermək) mövzusuna həsr olunmuş treninq və dərs müşahidələrinin keçirilməsi barədə" 82 saylı 29.01.04-cü il tarixli əmrinə əsasən keçirilir. Bu məqsədlə Təhsil İslahatı Layihəsi çərçivəsində Təhsil Nazirliyinə ABŞ-ın "EDC" şirkəti tərəfindən texniki yardım göstərilir.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded