HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#24. 12 - 18 iyun 2004

ALMANİYADA QAFQAZI HƏMYERLİLƏRİMİZ TƏMSİL EDƏCƏK

Respublikamızda Kənd Təsərrüfatının yenidən qurulması və inkişafı beynəlxalq standartlara tam cavab verən Gənc mütəxəssislərin hazırlığı qarşıda duran əsas məsələlərdən biridir. İnkişaf etmiş ölkələrdən bir neçəsi - Almaniya, Hollandiya, İsrail və başqaları bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə daha çox maraq göstərirlər. Son vaxtlar ölkələrində keçirdikləri beynəlxalq konfrans, seminar və simpoziumlarda azərbaycanlı mütəxəssislərin iştirakı sevindiricidir. Və təbii ki, yuxarıda qeyd olunan maraqdan irəli gəlir. İki ay öncə, elan olunmuş müsabiqədə Almaniyanın beynəlxalq təşkilatının "Toxumçuluq sistemlərinin təşkili və idarə edilməsi" kursunda iştirak etmək üçün Zaqafqaziya respublikaları üzrə yalnız Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının ikinci kurs aspirantı (Aqrokimya ixtisasından), Gəncə Aqro Biznes Assosiasiyasının meneceri Vüqar Bəşirov seçilib. Almaniyanın Leypsiq yaxınlığındakı Zxortau şəhərində keçiriləcək treninq kursu iyunun 17-dən iyulun 14-ə qədər davam edəcək. Bir ay müddətində treniniq iştirakçıları nəzəri biliklər əldə etməklə yanaşı Almaniyanın toxumçuluqla məşğul olan ayrı-ayrı təsərrüfat sistemlərində təcrübi məşğələlərdə də olacaqlar. Bu isə nəzəri biliklərin təcrübədə möhkəmlənməsinə bir başa kömək edəcək. Qeyd edək ki, V. Bəşirov həmçinin "Cİ MMYT" - Beynəlxalq Buğda və Qarğıdalının Seleksiya Mərkəzinin menecer-aqronomudur. Bu təşkilatın Goranboy və Yevlaxda nümayiş təcrübə sahələri vardır. Onun bir ay müddətində Almaniyada keçiriləcək treninq kurslardan qazanacağı biliklər təbii ki, respublikamızın qərb regionuna daxil olan kənd təsərrüfatı rayonlarında mükəmməl toxumçuluq təsərrüfat sistemlərini yaradılmasına yardımçı ola bilər. Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən beynəlxalq kursun sonunda iştirakçılara diplomlar təqdim olunacaq.


TARİX - DiYARŞÜNASLIQ MUZEYİ 80 YAŞINDA

Nizami adına Gəncə Dövlət Tarix Diyarşünaslıq müzeyinin (GDTDM) bu il 80-ci ildönümüdür. İyunun 8-də yubiley münasibəti ilə şəhər ictimaiyyəti muzeyə toplaşmışdır. Tədbirdə iştirak edənlər, müzeyin 80 illik fəaliyyətindən və əldə etdiyi uğurlardan danışdılar. Şəhər Mədəniyyət İdarəsinin rəisi Mina Məlikova muzeyin rəhbərliyini Fəxri fərmanla mükafatlandırdı. Məlikova muzeyin 3-cü kateqoriyadan 1-ci kateqoriyaya çıxdığını xüsusi olaraq qeyd etdi. GDTDM-nin şöbə müdiri Mətanət Əliyeva muzeyin yaranma tarixindən söhbət açdı. Onun sözlərinə görə, 1924-cü ildə Gəncə Pedaqoji Seminariyanın bir qrup müəllim və tələbələri tərəfindən "Kənd təsərrüfatı və Ölkəşünaslıq" muzeyi yaradılmışdı. Burada ilk olaraq 500 eksponat toplanmışdı. Muzey hazırkı yerləşdiyi binaya 1972-ci ildə köçürülüb. Avropanın Qotika Memarlıq üslubu ilə şərq klassik memarlıq üslubunun sintezini özündə əks etdirən bu bina ADR-in yaradıcılarından olan Cavadxan nəslinin davamçıları İsmayıl və Adilxan Ziyadxanovlara məxsus olub. Hazırda muzeydə 30 mindən çox eksponat saxlanılır. Muzey iki bölmədən ibarətdir: qədim və müasir. Birinci mərtəbədə yerləşən Qədim bölmə Daş dövründən XIX əsrə qədər olan tarixi, ikinci - Müasir bölmə isə, 1918-ci ildən başlayaraq bu günki dövrümüzü əhatə edir. Tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin əməkdaşı Əhməd İsayev bildirdi ki, Gəncə canlı bir muzeydir. Onun hər bir tikilisi tariximizin şahididir. Bu gün GDTDM ən imkansız təşkilatdır. Onun hansısa eksponatı pulla əldə etmək imkanı məhduddur. Muzeyə təmənnasız yardım etmək hər birimizin borcudur. Tədbir zamanı çıxış edənlər onu da vurğuladılar ki, muzey yalnız eksponatları təqdim və təbliğ etməklə məşğul olmamalıdır. Vaxtaşırı tarixi araşdırma yazılar hazırlayıb ictimaiyyətə çatdırmalıdır. Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E. Əzizov GDTDM-in əməkdaşlarını təbrik etdi və bildirdi ki, muzey öz ideoloji funksiyasını unutmamalıdır. Bu baxımdan bütün yuxarı sinif şagirdlərinin muzeyə ekskursiyalarının təşkilini vacib hesab etdiyini vurğuladı. E. Əzizov yubiley iştirakçılarına prezident İlham Əliyevin təbrikini çatdırdı və muzeyin 14 nəfər işçisinə (120 mindən 300 minədək) pul mükafatı təqdim etdi. Tədbirin davamı olaraq, Nizami-Puşkin kitabxanasında şəhərin tarixi abidələrinin bu günkü durumunu müzakirə etmək üçün yığıncaq keçirildi. M. Məlikova "tarixi abidələrin qorunması və istifadəsi" mövzusunda məruzə ilə çıxış etdi. O, hazırda Mədəniyyət Nazirliyi tərəfindən 288 abidənin qeydiyyata alındığını bildirdi. M. Məlikovanın sözlərinə görə, son illər bu abidələrin sayı 504-ə çatdırılıb. Bu yaxınlarda hələlik qeydiyyata alınmayan tarixi abidələrin siyahısı hazırlanaraq Mədəniyyət Nazirliyinə təsdiq edilmək üçün göndərilib. M. Məlikovanın sözlərinə görə, şəhərdəki abidələrin əksəriyyətinin vəziyyəti yaxşı deyil. Bir çox tarixi binaların dam örtüyü, döşəməsi təmir olunmalıdır. Şah Abbas karvansarayının nəzərdə tutulmuş məqsədlərlə istifadə edilmədiyi və hazırda binanın qəza vəziyyətində olduğu bildirildi. Belə ki, XVII əsrin abidəsi olan karvansarayda 1968-ci ildən pedaqoji texnikum, hazırda isə humanitar kollec fəaliyyət göstərir. Binanın uçmaq təhlükəsi var, o yaxın zamanlarda təmir olunmalıdır. İcra başçısı bir həftəyədək kollecin rəhbərliyinə əsaslı təmir işlərinə başlanmasına dair göstəriş verdi. E. Əzizov Şah Abbas dövrünün tarixi abidəsi olan Çökək hamamın da yarımçıq qalmış təmirinə münasibətini bildirdi: " Bilmirəm bu şəxslər hansı millətə qulluq edirlər. Bir işi də axıracan başa çatdırmayıblar. Güc-bəla ilə Mədəniyyət Nazirliyi təmirə başlayıb, onu da yarımçıq qoyublar. Əgər Mədəniyyət Nazirliyini gözləsək, yüz il keçər. O vaxta da bir abidə qalmaz". E. Əzizov üç abidənin təmirinə özü vəsait tapacağına söz verdi. Abidələrdən biri tədbirin keçirildiyi Hüsniyyə məscidi, hazırkı Nizami-Puşkin kitabxanası olacaq. Başçı bu binanın şəhər səviyyəli tədbirlərin keçirilməsi üçün yararlı olduğunu bildirdi. O, həmçinin şəhərdəki abidələrin ardıcıllıqla təmir olunması üçün xüsusi proqramın hazırlanmasına göstəriş verdi; vaxtilə Gəncədə fəaliyyət göstərən tarixi abidələrin bərpası və təmiri emalatxanasının işinin yenidən işə başlamasının vacibliyini vurğuladı. E. Əzizov yaxın zamanlarda Cavad xanın qəbirüstü abidəsinin ucaldılması üçün xüsusi komissiyanın yaradılacağını da bildirdi. Şəhərin baş memarı Məmməd İbrahimov abidənin ilkin iki eskizlərini tədbir iştirakçılarına təqdim etdi. Eskizlərin birincisi daha məqsədəuyğun hesab olundu. Bu qırmızı kərpicdən olan Aran Memarlıq üslublu dörd guşəli kiçik kümbəzli tikilidir. "Lakin bu yekun təklif deyil. Komissiya başqa təklifləri qəbul edib, müzakirə edəcək və yekun qərar bir ayadək ictimaiyyətə çatdırılacaq. Burada əsas diqqət minarənin Şah Abbas məscidi ilə bir-birini tamamlamasına yönəldilməlidir", - deyən başçı, qədim abidələrin qorunması ilə yanaşı yenilərinin də yaradılmasına ehtiyac olduğunu bildirdi. Başçı, həmçinin şəhərin qədim abidələrinin tarixini əks etdirən illüstrasiyalı və hər kəsin oxuması üçün populyar dildə yazılan kiçik kataloq kitabçanın hazırlanmasına göstəriş verdi. Üç dildə nəşr olunmalı olan kitab iki ayadək işıq üzü görməlidir.


İDMAN: ŞAHMAT, CIU-CITSU.
ŞAHMAT

Bakıda Respublika Şahmat Mərkəzində iyunun 3-də 10 və 12 yaşlı qızlar və oğlanlar arasında şahmat üzrə Azərbaycan birinciliyi start götürüb. Qələbə uğrunda Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Tovuz və başqa şəhər və rayonlardan gəlmiş gənc idmançılar Avropa və dünya birinciliyinə vəsiqə uğrunda mübarizə aparırlar. Beş turdan sonra 10 yaşlı qızlar arasında gəncəli Ülviyyə Fətəliyeva 4,5 xalla irəlidə gedir. Ondan yarım xal az toplayan komanda yoldaşı Türkan Cabbarova ikinci pillədə mövqe tutub. 12 yaşlı qızlar arasında Gəncə şəhər 29 saylı məktəbin şagirdi Gülşən Ağayeva 3,5 xalla liderlər sırasındadır. Nəhayət 12 yaşlı oğlanlar arasında Ayaz Məmmədov 3 xal toplaya bilib. Yarış davam edir.

CIU-CITSU

Bakıda "Şua" İdman Sağlamlıq Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında ciu-citsu üzrə V ölkə birinciliyi başa çatdı. Birincilikdə Bakının, Gəncənin, Qazağın, Tovuzun, Şəmkirin, Yevlaxın, Şəkinin 200-ə yaxın idmançısı mübarizə aparıb. Yarışda Gəncəni "Dinamo" şurasının yetirmələri (məşqçi - Əziz Əzizov) uğurla çıxış edərək 7 medal qazanıblar. 11-12 yaşlılar arasında Məhəmməd Qasımov (35 kq) bütün görüşləri udaraq respublika çempionu olub. 13-15 yaşlılar arasında Rizvan Caniyev (40 kq) birinci, Hüseyn Qasımov (35 kq) və Elmar Əhmədov (50 kq) ikinci, Xəyyam Abbasov (35 kq) üçüncü yerlərə çıxıblar. 16-17 yaşlılar arasında isə Tural Məmmədov (50 kq) qızıl medala layiq görülüb. 50 kq çəki dərəcəsində onun komanda yoldaşı Anar Məmmədov bürünc mükafatçı olub.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded