HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#49. 11-17 dekabr 2004

Mərkəzi yarmarka köçürüləcək
Bir vaxtlar Gəncə çayının sağ sahilində, Gəncə Dövlət Universitetinin II tədris korpusunun qarşısında geniş park var idi. "Sahil bağı» adlandırılan bu istirahət yeri uzun müddət sakinlərin istifadəsində olmuş, gələn qonaqların zövqünü oxşamışdır. Lakin XX əsrin 90-cı illərinin əvvəllərindən bu parkı ticarətçilər gözaltı elədilər, ilk köşkün təməlini qoydular. Vaxt keçdikcə burada ticarət obyektlərinin sayı artdı, yarmarka böyüdü və indiki görkəmini aldı. Parkdan isə, necə deyərlər, əsər-əlamət qalmadı.
Yarmarkanın dəfələrlə bu ərazidən köçürülməsinə çalışılsa da, buna nail olunmamışdır. Bu yaxınlarda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə verdiyi müsahibədə yarmarkanın başqa yerə köçürüləcəyini, bu məqsədlə Yeni Gəncə yaşayış massivində yer ayrıldığını və 2005-ci ildən bu prosesə başlanacağını bildirib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini İlham Əliyev məsələ ilə bağlı bildirdi ki, 2005-2008-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı haqqında» Dövlət Proqramına müvafiq olaraq Gəncə şəhərinin görkəminin yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər planı hazırlanıb. Bu tədbirlərin tərkibinə parkların salınması və istirahət guşələrinin yaradılması da daxildir: "Gəncə şəhərinin rəhbərliyi qərara alıb ki, Gəncə çayının sağ və sol sahillərini əhalinin istirahəti üçün gözəl məkana çevirsin. Bu məqsədlə 2005-ci ildən başlayaraq, çayın hər iki sahilində tikilən iaşə və ticarət obyektləri, həmçinin yarmarka da söküləcək. Həmin obyektlər əsasən əhalinin sıx məskunlaşdığı yerlərə - Yeni Gəncəyə, Sadıllıya, Gülüstana və digər ərazilərə köçürüləcək. Bütün bunlar dövlət büdcəsi hesabına həyata keçiriləcək və görüləcək işlərin 2008-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub».

Bələdiyyələrə bələd olaq - özümüzə kömək olaq!
Bələdiyyə seçkilərinə qısa müddət qalmasına baxmayaraq, əhali müxtəlif səbəblərdən fəallıq nümayiş etdirmir. Məhz bu səbəbdən əhalinin seçkiqabağı maarifləndirilməsi istiqamətində çalışan IFES (Seçki Sistemləri Üzrə Beynəlxalq Fond) təşkilatı yeni layihəsini həyata keçirməyi qərara alıb.
Dekabrın 7-də IFES-in Gəncə ofisində ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşün məqsədi layihə haqqında yerli QHT-lərə və KİV-lərə, o cümlədən yeri icra orqanlarına məlumat vermək olub. Həmçinin təşkilatın nümayəndələri "Bələdiyyələrə bələd olaq - özümüzə kömək olaq!» və "Səsvermə qaydası» adlı 6 min bukleti şəhər əhalisinə paylamaq üçün yerli QHT-ləri əməkdaşlığa çağırıb. Tədbirə yerli bələdiyyə və icra hakimiyyətindən də nümayəndələrin çağrıldığını bildirən IFES-in könüllü təlimçisi Ləman Babayeva onların gəlməməsinə "bu, biganəlikdir!» deyə münasibət bildirib. Amma buna baxmayaraq, yerli QHT-lərin köməyi ilə artıq dekabrın 8-dən etibarən bukletlərin paylanması nəzərdə tutuldu.
Qeyd edək ki, sözügedən layihənin icrasına bu ilin sentyabr ayının ortalarından başlanıb. Bu məqsədlə təşkilatın Bakı ofisində respublikanın 9 regionundan olan könüllü təlimçilərə seminar-treninqlər keçirilib. Həmin treninqdə iştirak edən 4 nəfər Gəncədən olub. Onlar təlim keçdikdən sonra artıq noyabrın 5-də Gəncə əhalisinə təlim keçməyə başlayıblar: əhalinin müxtəlif təbəqələri arasında vətəndaşların bələdiyyələr haqqında nə dərəcədə məlumatları olmalarını yoxlamaq məqsədi ilə müxtəlif testlər keçiriblər. Həmin testlər hər təlimdən sonra keçilən təlimin effektivliyini yoxlamaq məqsədi ilə təkrar verilib. L. Babayevanın sözlərinə görə, təlimlərdən əvvəl seçkilərdə iştirak etmək istəməyənlərin əksəriyyəti təlimlərdən sonra fikirlərini dəyişiblər, hətta onlardan 6 nəfəri seçkilərdə müşahidəçi olmaq üçün ofisə müraciət edib.

QİÇS-ə qarşı mübarizədə QHT-lərin tələbələrlə əməkdaşlığı
İRD təşkilatı Gəncə şəhərində fəaliyyət göstərən QHT-lərlə noyabrın 2-də keçirdiyi seminar zamanı QİÇS-ə qarşı birgə mübarizə aparmaq üçün bütün QHT-ləri əməkdaşlığa çağırıb. Həmin əməkdaşlıq proqramı çərçivəsində İRD-i və "Gələcəyin Səsi» təşkilatları dekabrın 3-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında seminar təşkil edib.
Tədbirdə akademiyanın aqrar bölməsinin tələbələri iştirak edib. Seminarda onlara QİÇS xəstəliyi və ondan qorunma yolları barədə ətraflı məlumat verilib.
Maraqlıdır ki, seminarın akademiyada keçirilməsi təşəbbüsünü tələbələr özləri irəli sürüblər. Bunu bizə AKTA-nın tələbə həmkarlar ittifaqının aqrar bölmə üzrə sədri Maqsud Orucov bildirib. Qeyd edək ki, "Gələcəyin Səsi» təşkilatı üç ildir ki, dekabrın 1-i QİÇS xəstəliyinə qarşı mübarizə günündə müxtəlif aksiyalar keçirir. Təşkilatın rəhbəri Rövşən Muradovun sözlərinə görə birinci iki ili aksiyaları BMT-nin Resurs Mərkəzi maliyyələşdirib, builki tədbirə isə İRD təşkilatı dəstək verib.

Pulsuz tibbi xidmət günlərinin yekunları
Ötən həftənin cümə və şənbə günləri şəhərimizdə növbəti dəfə pulsuz tibbi xidmət günləri keçirildi. Bu aksiya həm dövlət, həm də təsərrüfat hesablı tibb ocaqlarında baş tutdu. Ümumilikdə Gəncə və ətraf regionlardan 12 minə yaxın insan pulsuz tibbi xidmətdən istifadə edib.
Zülfüqar Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Fəridə Abdullayevanın dediyinə görə, iki gün ərzində 620 vətəndaşımız tibbi baxışdan keçib:
- Müraciət edənlərdən 7 nəfəri əməliyyat olunub. Şikayətləri olan sakinlərimizi yırtıq, öd kisəsi, apendisit və uşaqlığın fibromioması üzrə əməliyyat etmişik. Əhali əsasən rentgen kabinəsindən və ultrasəs müayinəsindən (USM) keçməyə can atırdı. Ümumiyyətlə, ötən aksiyalarla bu dəfəki arasında elə də fərq yoxdur. Lakin bu dəfə sakinlər daha nizamlı idilər». F. Abdullayeva cərrahi müdaxiləyə məruz qalan xəstələrin vəziyyətinin normal olduğunu söylədi. Öd kisəsindən əməliyyat edilən məcburi köçkün Tərgül Kazımova deyir: "Xəstəxanaya gələndə vəziyyətim ağır idi. Öd kisəmdə çox tez-tez tutmalar olurdu. Şəkərli diabed olduğumdan vəziyyətim daha da ağırlaşırdı. Amma indi özümü yaxşı hiss edirəm. Burada yaradılan şərait əladır. Həm Fəridə xanıma, həm də Şəmil həkimə minnətdarlığımı bildirirəm».
T. Kazımovanı əməliyyat edən cərrah Şəmil Bədəlov cərrahiyyənin ağır keçdiyini, xəstənin vəziyyətinin orta ağır olduğunu bildirdi. T. Kazımovaya mütəmadi endokrinoloq nəzarətinin olduğunu vurğuladı.
Şəhər 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev müalicə məqsədilə müraciət edənlərin çoxaldığını, cərrah müdaxiləsi lüzum görülən uşaqların sayının isə az olduğunu söylədi: "Dekabrın 3-də 229 nəfər, 4-də isə 305 nəfər uşağa tibbi baxış keçirilib. Bunlardan 198 nəfər lobarator müayinəyə, 16 nəfər stomatoloqa, müalicə şöbəsinə 61 nəfər uşaq göndərilib. Cərrahiyyə şöbəsinə müraciət edən 21 nəfərdən 5-i, lorda tibbi baxışdan keçən 23 uşaqdan isə 15-i əməliyyat olunub. USM-dən 28, Elektra Kardio Qrammadan (EKQ) 10, rentgen kabinəsindən isə 22 uşaq keçib. Respublikanın baş pediatrı Nəsib Quliyevin xəstəxanamıza gəlməsi müraciət edənlərin çoxluğuna səbəb oldu».
Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor N. Quliyev müayinə etdiyi uşaqların sağlamlığını bu cür qiymətləndirdi:
- Allaha şükür olsun ki, uşaqlarda ciddi xəstəliklər çox azdır. Baxdığım uşaqların 1-2-sində əsəb sistemi və ağ ciyərlərlə bağlı problemləri var idi. Uşaqlarda ən çox tənəffüs yollarının iltihabı, bronxitlər, angina, mədə-bağırsaq sistemində pozğunluq əlamətlərinə rast gəlinirdi. Sevindirici haldır ki, uşaqlarda yoluxucu və ciddi epidemiya törədən xəstəliklərdən - polimelit, difteriya, malyariya xəstəlikləri, ağır bağırsaq infeksiyaları yoxdur. Amma uşaqların qidalanması və onlara göstərilən qulluqla bağlı problemlər nəzərə çarpır. Bu hal Bakıda da mövcuddur. Çox təəssüf hissi ilə demək istəyirəm ki, həm Bakıda, həm Gəncədə uşaqların ana südü ilə qidalandırılması ürəkaçan deyil. Ümumilikdə götürəndə isə Gəncədə vəziyyəti qənaətbəxş qiymətləndirirəm.
A. Səhhət adına 1 saylı xəstəxanada da əhalinin fəallığı hiss olunurdu. Xəstəxananın baş həkimi Raqif Quliyevin dediklərinə əsasən, tibbi baxışdan keçən 502 nəfərdən 10-u cərrahiyyə edilib. Müraciət edənlərdən birinin əməliyyatdan imtina etdiyini deyən R. Quliyev, əsasən terapiya, kardiologiya, USM və ginekologiya şöbələrinə daha çox axın olduğunu söylədi.
Xəstəxananın tərkibində fəaliyyət göstərən 6 saylı poliklinikanın baş həkimi Tərlan Hüseynova əsasən nevroloji xidmətin nəzərdə tutulduğunu, lakin digər xidmətlərin də göstərildiyini diqqətə çatdırdı. Əlavə edək ki, poliklinikada əhaliyə nevroloq Elmi-Tədqiqat Təbii Amillər İnstitutunun direktoru, professor Əlişir Musayev xidmət göstərib. T. Hüseynova 3-4 dekabr tarixində keçirilən aksiyada insanların digərlərinə nisbətən az olduğunu dedi: "İki gün ərzində 762-dən çox sakinə tibbi xidmət göstərmişik. Əsasən şikayətləri olanlar nevropatoloqa, terapevtə, rentgen şöbəsinə, USM-ə, infeksionistə, oftolmoloqa, uroloqa və EKQ-yə müraciət ediblər.. Biokimyəvi və kliniki lobaratoriyalarda olan xəstələrə tibbi yardım göstərilib. Bundan başqa sakinlərə stomatoloji və cərrahi xidmət də göstərilib».
Olduğumuz bütün tibb ocaqlarının baş həkimləri cərrahi əməliyyata məruz qalan insanlara xəstəxananı tərk edənəcən pulsuz tibbi xidmətin göstəriləcəyini xüsusi vurğuladılar. Bunu Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev də təsdiq etdi. Onun sözlərinə görə, şəhərimizdə onkoloji xəstəliklər artıb və stomotoloji baxışlara böyük ehtiyac var:
- Gəncədə xəstəlikləri sıralasaq, birinci və ikinci yerləri tənəffüs sistemi və qan dövranı xəstəlikləri, üçüncü və dördüncü yerləri isə həzm sistemi və sidik-cinsiyyət sistemi xəstəlikləri tutur. Ötən illərlə müqayisədə, sinir sistemi ilə bağlı xəstəliklər azalsa da, bu nisbi haldır. Ölümə səbəb olan xəstəliklərdən isə qan dövranı birinci, onkoloji ikinci, tənəffüs sistemi xəstəlikləri üçüncü, zədələr isə dördüncü pillədə durur. Bu baxımdan, xəstəliklərin aşkar edilməsi və müalicəsi üçün keçirilən pulsuz tibbi xidmət günlərinin əhəmiyyəti böyükdür. Buna həm də şəhərimizdə təmir edilən və bütün lazımi avadanlıqlarla təchiz edilən xəstəxanaların olması, şəhərimizə yeni gətirilən 5 (biri reanimasiya) təcili tibbi yardım maşınlarının, həkimlərimizin ixtisasının artırılması da təkan verir. Ona görə də bu cür tədbirlərin gələcəkdə də keçirilməsinə çalışacağıq. Ümumən isə onu qeyd etmək istəyirəm ki, Gəncə şəhərində səhiyyənin hazırkı vəziyyəti qənaətbəxşdir. Aparılan işlər nəticəsində bunun daha da yaxşılaşacağını demək olar.
Gəncə şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və Şəhər Səhiyyə İdarəsi ilə birlikdə keçirilən pulsuz tibbi xidmət günlərində respublikanın tanınmış və aparıcı mütəxəssisləri Gəncəyə ezam edilmişdir. Şəhərimizdə tam təsərrüfat hesablı müəssisələr də - 4 saylı poliklinika, Diaqnostika Mərkəzi və s. bu tədbirə qoşulmuşlar.
Şəhər üzrə ayrı-ayrı ixtisaslar üzrə cəmi 451 konsilium edilmiş, 11784 nəfərdən çox insan baxış və müayinədən keçirilmiş, 21 cərrahi manipulyasiya, 25 cərrahi əməliyyat aparılmışdır.

Kukla teatrının kollektivi Bursadan qayıtdı
Ötən nömrələrimizin birində Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivinin Türkiyənin Bursa şəhərində keçirilən X Beynəlxalq "Qaragöz» festivalında iştirak edəcəyini xəbər vermişdik. Festival artıq bu günlərdə başa çatıb və iştirakçılar vətənə diplomlarla dönüblər. Teatrın direktoru Bayram Fətəliyevdən aldığımız məlumata görə, ABŞ, Rusiya, Bolqarıstan, Macarıstan teatr işçilərinin də iştirak etdiyi festivalda Gəncə Dövlət Kukla Teatrının kollektivi ölkəmizi layiqincə təmsil etmiş və 2005-ci ildə keçiriləcək növbəti festivala dəvət almışdır. Həmçinin onlar tamaşaçıların xahişi ilə proqramda nəzərdə tutulduğundan əlavə bir dəfə artıq çıxış ediblər.
Qeyd edək ki, sənətçilərimiz Bursada R. Əlizadənin "Keçəlin toyu» pyesini oynayıblar. Tamaşanın quruluşçu rejissoru F. Paşayevdir. Hazırda teatrın kollektivi Yeni il şənliklərinə hazırlaşır. Builki tədbirlərin daha rəngarəng olacağı planlaşdırılır.

İdman: Sərbəst güləş
Dekabrın 4-dən 6-na kimi Bakıda kişilər arasında sərbəst güləş üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda respublikanın, o cümlədən Gəncənin ən güclü pəhləvanları, iştirak edib. Şəhərimizin iki idmançısı bu yarışda mükafatçılar sırasına çıxıb. 84 kq çəki dərəcəsində çıxış edən gənc pəhləvan Nəsimi İmamquliyev bütün görüşlərdə qalib gələrək Azərbaycan çempionu olub. Onun komanda yoldaşı Vüqar Həsənov (66 kq) bürünc medala layiq görülüb. Qeyd edək ki, hər iki idmançı Respublikanın Əməkdar Məşqçisi Elçin Zeynalovun yetirmələridir.

İdman: Futbol
Bu günlərdə "Kəpəz» futbol komandası rəhbərliyinin təşəbbüsü ilə şəhər futbol federasiyası ilə birlikdə 1991-1992-ci il təvəllüdlü idmançılar arasında şəhər turniri keçirilib. Gəncənin ən güclü komandaları mükafatlar uğrunda mübarizə aparıb. Birinci mərhələdə komandalar iki qrupda oynayıblar. Qrupların qalibləri - "Kəpəz» və 2 saylı UGİM-in futbolçuları finalda görüşüblər. Oyun 3:1 hesabı ilə 2 saylı UGİM-in futbolçularının xeyrinə qurtarıb.
Turnirin bağlanışında "Kəpəz» futbol komandasının rəhbərləri tərəfindən təsis olunan kubok qaliblərə təqdim olunub.
Turnirin ən yaxşı oyunçularına da mükafatlar verilib. Mükafatları "Kəpəz»in baş məşqçisi Şahin Diniyev, rəhbərlərdən Nizami Salahov, Tofiq Məmmədov, idman ustası Müzəffər Qasımov, Gəncə şəhər Futbol Federasiyasının vitse-prezidenti Etibar Qədimov təqdim etdilər.

İdman: Boks
Bakıda "Rabitəçi» idman klubunun salonunda yeniyetmələr arasında respublika turniri keçirilib. Rinqdə Bakı, Gəncə, Əli Bayramlı, və Siyəzən idmançıları öz ustalıqlarını göstəriblər. Bu yarışda Gəncəni 1 saylı UGİM-in boksçuları təmsil edib. Gərgin mübarizədən sonra öz yaş və çəki dərəcəsində Xaliq Hüseynov, Tural Məmmədov, Ümid Kazımov, Elsevər İbrahimov turnirin qalibi olublar. Ramil Cabbarov II, Zeynal Məmmədov isə III yerə çıxıblar.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded