HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#35. 28 -03 sentyabr 2004

NIZAMI MƏQBƏRƏSİ ƏSASLI TƏMİR OLUNACAQ

Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi əsaslı təmir olunacaq. Bu məqsədlə Mədəniyyət Nazirliyinin tarixi abidələrin qorunması və istifadəsi şöbəsində xüsusi layihə tərtibatına başlanılıb. Layihə "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunda hazırlanır. Məlumatla bağlı şəhər icra başçısının humanitar məsələlər üzrə baş məsləhətçisi Nizami Hacıyev bildirdi ki, keçən il məqbərədə Mədəniyyət Nazirliyi tərəfindən bəzi təmir işləri həyata keçirilib (dam örtüyü yenilənib, beton plitələr döşənib). Lakin maliyyə yardımının dayanması nəticəsində bu işlər yarımçıq qalıb. Bundan sonra işlərin hansı səviyyədə davam edəcəyi ilə maraqlandıq, lakin müsahibimiz bu haqda məlumatı olmadığını bildirdi.

ALİ MƏKTƏBLƏRƏ QƏBULUN GƏNCƏ ÜZRƏ NƏTİCƏLƏRİ

Artıq respublikamızda ali məktəblərə tələbə qəbulu sona çatdı. Gəncə Təhsil İdarəsinin rəisi Cəlal Fətullayevin verdiyi məlumata görə, 2003-2004-cü il tədris ilində şəhərimizdə ümumtəhsil məktəblərin 3400 nəfər məzunu olub. Onlardan 2750 nəfəri ali məktəblərə sənəd vermişdir. Sevindirici haldır ki, 25 nəfər abituriyentimiz (ötən il bu rəqəm 11 nəfər idi) 600-dən yüksək bal toplayaraq, ən böyük uğura imza atdılar. Məzunlarımızdan 7 saylı məktəbin yetirməsi Dadaşov Vüqar 657 bal, 17 saylı məktəbin yetirməsi Kazımov Ruslan 642 bal, 10 saylı məktəbin yetirməsi Mirabdullayeva Mehbarə 653 bal, 1 saylı məktəbdən Verdiyev Araz 646 bal toplayıblar. Qeyd edək ki, Gəncə şəhəri üzrə ən yüksək nəticəni 40 saylı məktəbin məzunu, Vüqar Əliyev göstərib. O, 671 bal toplayaraq Qafqaz Universitetinin "Beynəlxalq iqtisadi əlaqələr" fakültəsinə qəbul olunub. Xatırladaq ki, 2002-2003-cü tədris ilində Gəncə məktəblərini 2995 nəfər bitirmiş, onlardan 1400 nəfəri tələbə adına layiq görülmüşdü. Bu isə hal-hazırda qəbul olunan tələbələrin sayından 500 nəfər çoxdur.

QADINLAR BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIRLAR

Respublikamızda 2004-cü il dekabrın 17-də keçirilməli olan növbəti, sayca II bələdiyyə seçkilərində qadınların da iştirakını artırmaq məqsədi ilə Beynəlxalq İnsan Hüquqları Müdafiə Cəmiyyətinin Azərbaycan Milli bölməsi ölkəmizin müxtəlif bölgələrində seminar-treninqlər və dəyirmi masalar təşkil edir. Yerli idarəetmə orqanları, onların iş prinsipləri, qadınların bələdiyyə seçkilərində iştirakı, namizədlərin seçki kampaniyalarının təşkili mövzusunda Cəmiyyətin növbəti seminarı avqustun 20-də Gəncə şəhərində keçirildi. Açıq Cəmiyyət İnstitutunun Şərq-Şərq və Qadın Proqramları çərçivəsində həyata keçirilən layihənin reallaşmasına Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti (AQHMC) də yaxından köməklik edir. Gəncədə təşkil olunan seminarda müxtəlif siyasi partiyalara üzv olan 10 qadın iştirak edirdi. Tədbirdə çıxış edən AQHMC-nin sədri Novella Cəfərova Azərbaycanda bələdiyyələrin bugünkü vəziyyətindən söhbət açdı: "Bələdiyyələr yerli problemlərin həllində kifayət qədər səlahiyyətlərə malik qurumlardırlar. Azərbaycanda bu sahədə çox az təcrübənin olması bələdiyyələrin tam formalaşmasında çətinliklər yaradır. Bələdiyyə üzvlərinin, eləcə də əhalinin bu istiqamətdə maariflənməsinə ehtiyac var. Bələdiyyələrin əksəriyyəti öz funksiyalarını bilmir. Belə olan halda camaatın problemlərini necə həll etsin? Odur ki, bələdiyyələrə əhalinin bir o qədər də inamı yoxdur". Lakin N. Cəfərova dövlət və həmçinin beynəlxalq təşkilatların Azərbaycanda bələdiyyələrin inkişafına böyük maraq göstərdiyini bildirdi. Qadınların bu prosesdə rolunun artırılmasına gəlincə Novella xanım ötən bələdiyyə seçkilərində 21600-dən çox bələdiyyələrə üzv seçilənlər sırasında cəmi 400-ə yaxın qadının olduğunu və növbəti seçkilərdə bu sayın çoxaldılmasının vacibliyini vurğuladı: "Bir nəfər də olsun Azərbaycanda qadın bələdiyyə sədri yoxdur. Fikrimcə artıq bizim qadınlar bələdiyyələrə öz namizədliklərini irəli sürməyə tam hazırdırlar və bunun üçün güclü intellektual potensial var. Bizim bu layihəni həyata keçirməkdə məqsədimiz qadınların idarəçilikdə rolunu daha da artırmaqdır". N. Cəfərova üzümüzə gələn bələdiyyə seçkilərinin demokratik keçiriləcəyinə inandığını bildirdi: "Azərbaycan hökumətinin beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri var və onları yerinə yetirməyin zamanı çatıb. Bunu ictimaiyyət də istəyir. Azərbaycanda bir dəfə də olsun ləyaqətli seçki keçirilməyib. Ümid edirik ki, ilk dəfə düzgünlüyə bələdiyyə seçkilərində nail olunacaq". Seminarda iştirak edən qadınların əksəriyyəti növbəti bələdiyyə seçkilərində namizədliklərini irəli sürmək fikrində olduqlarını bildirdilər. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı respublikanın müxtəlif bölgələrindən olan fəal qadınların bələdiyyə seçkilərində iştirakına yardım göstərmək məqsədi ilə həyata keçirilən layihənin dörd mərhələdən ibarət olduğunu söylədi: "Birinci mərhələdə ayrı-ayrı regionlardan olan 10 nəfər qadın iyul ayında 80 illik bələdiyyə təcrübəsinə malik Türkiyənin Ankara şəhərində oldular. Bu tanışlıq çox səmərəli keçdi. İkinci mərhələ qadınların da bələdiyyə seçkilərində fəallığını artırmaq, onlara öz namizədliklərini irəli sürməyi və seçki kampaniyalarını təşkil etməyi öyrətməkdən ibarətdir. Bu məqsədlə artıq biz Lənkaran, Masallı, Qusar, Xaçmaz rayonlarında seminarlar təşkil etmişik. Gəncədən sonra daha bir neçə rayonda görüşlər keçirməyi planlaşdırırıq". Müsahibimiz üçüncü mərhələdə bölgələrdən seçkilərə real namizəd olan qadınlar üçün Türkiyədən dəvət edilən mütəxəssislərin iştirakı ilə 3 günlük konfrans keçiriləcəyini bildirdi. Sonra bu qadınların namizədliklərinin qeydə alınmasından tutmuş, seçki kampaniyalarının təşkilinədək bütün proseslərdə onlara yardım göstəriləcək. S. Bənənyarlı seçkilərdən sonra da bələdiyyə üzvü seçilən qadınlara öz gələcək işlərini qurmaqda köməklik edəcək daha bir layihənin həyata keçiriləcəyini bildirdi.

"AZƏRİ STAR" GƏNCƏDƏ KONSERT VERDİ

"Azəri Star" müsabiqəsinin bütün mərhələləri artıq arxada qalıb və final mərhələsi başlayıb. Finalda yarışan 12 iştirakçıdan ən güclünü müəyyənləşdirmək üçün indi "Azəri Star" bölgələrə qastrol səfərlərinə çıxıb. İlk konsert avqustun 14-də Sumqayıtda keçdi. "Azəri Star"ın ikinci səfəri isə Gəncə şəhərinə oldu. Avqustun 25-də konsert verdilər. Konsertdən öncə girişin pulsuz olduğu bildirilsə də, qiyməti 10 min- 30 min manat arasında biletlər satılırdı. Konsertə olan marağın böyük, zalın isə aztutumlu olması tamaşaçıların ayaqüstə qalmasına səbəb oldu. Konserti izləmək istəyənlərin əksəriyyəti isə teatr binasının ətrafından konsert sona çatanacan çəkilmədilər. Konsert elan edildiyi vaxtdan təxminən 30 dəqiqə gec başladı. Rəsmi açılış hissəsindən sonra səhnə müsabiqə iştirakçılarına verildi. 12 nəfər finalçı ilk olaraq "Azəri Star" mahnısını ifa etdilər. Qeyd edək ki, salonda "65-73", "Pərviz" yazılmış vərəqlər və Pərvizin plakatlarına hər addımda rast gəlinirdi. Birgə ifadan sonra ardıcıl olaraq səhnəyə Asif Yusifov, Novruz Ağayev, Vüsalə Seyidova, Emin Nəsirli, Nurlan Növrəsli, Aynur İsgəndərli, Elton Hüseynəliyev, Miriş Hüseynov, Kəmalə Qaramollayeva, Ayaz Qasımov, Günel Məhərrəmova və Pərviz Abdullayev çıxdılar. Hər bir iştirakçının ifası gurultulu alqışlarla qarşılanır, gül-çiçək dəstələri ilə mükafatlandırılırdı. Pərvizin səhnəyə çıxmasını isə tamaşaçılar ayaqüstə alqışladılar. Tədbirin aparıcılarından olan Firdovsi Atakişiyevin sinəsində Pərvizin plakatı ilə səhnəyə çıxması tamaşaçıları daha da fəallaşdırdı. Ən azı ayaqüstə 1 dəqiqə alqışa layiq görülən Pərviz Abdullayev oxuduğu "Gəncə" mahnısı ilə bütün zalı ələ aldı. Konsert elə "Azəri Star" mahnısı ilə də sona çatdı. Konsertdən sonra finalçıların Gəncə səfəri ilə bağlı fikirlərini öyrəndik. P.. Abdullayev: "Mən çox xoşbəxtəm ki, Gəncədə anadan olmuşam. Doğrudan da xoşdur ki, hamı "Pərviz, Pərviz" qışqırırdı. Hamıya minnətdaram, çox sağ ol deyirəm. 65-73-ə səs verin". N. Ağayev: "Şadam ki, Gəncədə konsert verirəm. Birinci dəfədir Gəncədə oluram və gəncəlilərə təşəkkürümü bildirirəm. Çox gözəl qarşıladılar. Allah onları bizim üstümüzdən əskik etməsin". A. Yusifov: "Sevinirəm və qürur duyuram ki, gəncəlilər qarşısında çıxış elədik. Gəncədə gözəl konsertin olması bizim uğurumuzdan xəbər verir". M. Hüseynov: "Konsertin bu cür uğurla keçəcəyini gözləyirdim. Gəncəlilərin qonaq pərvərliyi ilə fəxr edirəm". E. Nəsirli: "Bütün uşaqları təbrik edirəm. Sadəcə yerimiz bir az dar idi. Konsert çox gözəl keçdi. Belə də olmalı idi". N. Növrəsli: "Bu günkü konsert əla keçdi. Məmnunam və razıyam. Gəncəli olmasam da, gəncəliləri çox sevirəm. Gəncəyə ilk dəfədir ki, konsertlə əlaqədar gəlirəm. Hamını öpürəm". E. Hüseynəliyev: "Gəncədə uşaq vaxtı olmuşam. Danışmağa sözüm yoxdur. Gəncəlilərin musiqi mədəniyyəti və musiqi duyumu məni heyran etdi. Konsertin bu dərəcədə keçəcəyini gözləmirdim. Gələcəkdə yaxşı ifaçı olsam mütləq Gəncəyə gələcəm. Çünki burada musiqini çox sevirlər". A. Qasımov: "Konsert çox əla keçdi. Həyəcanlıyam. Deməyə söz tapmıram". V. Seyidova: "Təəssüratlarım müsbətdir. Gəncəlilər bizi gözəl qarşıladılar. İlk dəfədir Gəncədəyəm. Tamaşaçılara minnətdaram". A. İsgəndərli: "İlk dəfədir Gəncədəyəm. Hər şey yaxşı oldu, xoşbəxtəm. Yaxşı qarşıladılar". G. Məhərrəmova: "Gəncədə birinci dəfə olmağıma baxmayaraq hər şey ürəyimizcə oldu. Çox gözəl qarşıladılar, sağ olsunlar". K. Qaramollayeva: "Konsertdən razı qaldıq. Çox gözəl alqışlayırdılar. Hamınızı öpürəm, minnətdaram". "Azəri Star" müsabiqəsinin təşkilatçısı Ceng bəy isə: "Azəri Star, Azəri Star, yenə də Azəri Star, deməyə başqa sözüm yox", deməklə kifayətləndi. Bir günlük qostrol səfəri ilə Gəncədə konsert verən "Azəri Star"çılar elə avqustun 25-i Bakıya yola düşdülər. Qeyd edək ki, Bakıda olacaq yekun konsertdən sonra Heydər Əliyev adına respublika sarayında müsabiqənin qalibi elan olunacaq.

MİLLİ QƏHRƏMAN ƏNVƏR ARAZOV XATİRƏSİNƏ KARATE TURNİRİ

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Arazov Ənvər Talış oğlunun xatirəsinə həsr olunan turnir avqustun 22-də oldu. Gəncə Olimpiya İdman Kompleksində Gəncə komandaları ilə yanaşı, Qazax, Şəmkir, Tovuz, Bərdə, Şəki, Ağdaş və Zaqatala təmsilçiləri də çempion adı uğrunda mübarizə aparırdı. Gəncə şəhər Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun Karate-Do növü üzrə 10-17 yaş qrupları arasında keçirilən regional turnirin təşkilatçısı Layə Məmmədovanın dediklərindən: "Ənvər Arazov 1953-cü ildə Gəncədə anadan olub. 1976-cı ildə hərbi xidməti başa vurub. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tər-Tərə alay komandiri təyin olunub. Göstərdiyi sücaətlərə görə ona polkovnik rütbəsi verilib. Sırxavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. İki övladı yadigar qalıb. Onun xatirəsinə keçirilən bu cür turnir artıq ənənə halını alıb". Rəsmi açılışdan sonra idmançılar tatami üzərinə çıxdılar. Mübarizələrdən sonra aşağıdakı nəticələr qeydə alınıb. 10-11 yaş
1. Həsənov Ramin (Gəncə "Dinamo")
2. Əliyev Bakir (Gəncə "Dinamo")
3. Məmmədov Elnur (Gəncə GOİK)
4. Hüseynov Cavid (Şəmkir)
12-13 yaş
1. Mirzəyev Bəxtiyar (Gəncə UGİM-1)
2. İmranov Daşqın (Tovuz)
3. Hüseynov Elşən (Ağdaş)
4. Əliyev Saleh (Bərdə)
14-15 yaş
1. Əliyev Murad (Gəncə "Dinamo")
2. İmranov İbrahim (Gəncə UGFHK)
3. Məmmədov Mahir (Gəncə UGFHK)
4. Nəbiyev Elvin (Gəncə UGFHK)
16-17 yaş
1. Abbasov Günər (Gəncə "Dinamo")
2. Məmmədov Orxan (Zaqatala)
3. Həsənov Namiq (Gəncə GOİK)
4. Əliyev Fərahim (Şəki)
Qeyd edək ki, turnir respublika birinciliyinə hazırlıq xarakteri daşıyırdı.

YENİYETMƏLƏR ARASINA MİNİ-FUTBOL ÜZRƏ TURNİR

Bir aya yaxın uşaq idman meydançalarında yeniyetmələr arasında mini - futbol üzrə şəhər yarışları keçirilmişdi. Yarışda 40-a yaxın şəhərin bütün MİS-in komandaları mübarizə aparırdı. Yarışın iki mərhələdə yekununa görə finalda iki komanda - "Gənclik" və "Gəncə" görüşüblər. 11 saylı MİS-i təmsil edən "Gəncə" komandası 4:1 hesabı ilə qalib gələrək yarışın baş mükafatına - kuboka layiq görülüblər. Turnirin mükafatçıları - "Toxucu" və "Lokomotiv" futbolçuları olub. Turnirin bağlanış mərasimində şəhər futbol federasiyasının sədri, idman ustası Mübariz Hüseynov qalib komandaya kubok və diplom təqdim etdi. Turnirin ən yaxşı oyunçularına diplomlar verildi.

ŞAHMAT ÜZRƏ ŞƏXSİ KOMANDA OLİMPİADASI

Qubada yeniyetmələr arasında (16 yaşa qədər) şahmat üzrə şəxsi-komanda olimpiadası keçirildi. Respublika şəhər və rayonlarından gəlmiş 250-yə yaxın idmançısı mübarizə apardı. İştirakçılar arasında Gəncə şəhər Şahmat Məktəbinin yetirmələri də var idi. Gərgin mübarizədən sonra "Gəncə" komandası 26 xalla üçüncü oldu. Olimpiadanın qalibi isə Sumqayıt idmançısı oldu. Şəxsi birinciliyində ən yaxşı nəticələri gəncəlilərdən Vüqar Rəsulov (14 yaşlılar arasında) və Ayaz Məmmədov (12 yaşlılar arasında) göstəriblər. Onlar 9 oyundan 7 xal yığıblar. 8 yaşlı Ülvi Fətəliyev öz qrupunda üçüncü olub.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded