HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#39. 25 sentyabr - 1 oktyabr 2004

GƏNCƏDƏ YENİ İŞ YERLƏRİ AÇILIR

Son vaxtlar Gəncədə tikinti-abadlıq işləri aparılmaqla yanaşı, yoxsulluğun azaldılması və işsizliyin aradan qaldırılması istiqamətində müəyyən addımlar atılır. Bu, əsasən Sovet dövründən qalma bəzi sənaye obyektlərinin fəaliyyətinin bərpa olunması, bir sıra yeni müəssisələrin isə istifadəyə verilməsi yolu ilə mümkün olub. Ümumiyyətlə, son altı ayda Gəncə-Qazax bölgəsi üzrə cəmi 9307 iş yeri açılıb. Onlardan 3927-si yeni, 1285-i bərpa olunan müəssisələr hesabına, 4093-ü isə müvəqqəti, mövsümi yaradılmış iş yerləridir. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Gəncə-Qazax Regional İnkişaf şöbəsinin rəhbəri A. Muradovla söhbətimiz də elə bu istiqamətdə görülmüş və görüləsi işlərlə bağlı oldu. Nazirlik nümayəndəsi konkret olaraq, Gəncə şəhərində 2625 yeni iş yerinin açıldığını qeyd etdi. Bu 2260 yeni, 208 bərpa olunan, 157 mövsümi iş yerlərinin yaradılması ilə mümkün olub. İlin sonuna qədər regionda 12 min (Gəncədə - 3500) iş yerinin açılması planlaşdırılıb. A. Muradov bu yaxınlarda fəaliyyəti bərpa olunacaq və inşa ediləcək sənaye müəssisələri haqqında da məlumat verdi: "Sentyabr ayının 30-da tikintisi başa çatdırılacaq yeni Asfalt zavodunun açılışı olacaq. Zavod Bakıdan dəvət olunmuş sahibkar tərəfindən tikilir. Orada çalışacaq adamlar şəhərimizdən olacaq. Nəzərinizə çatdırım ki, artıq "Gəncə-Toxucu" İstehsalat sahəsi fəaliyyətə başlayıb. Ora 130 nəfər işçi cəlb olunub. Əlavə sexlərin işə düşməsi ilə bu rəqəm təbii ki, artırılacaq. Uzun müddət fəaliyyəti dayanmış Çini qablar zavodu da işə düşmək üzrədir. Bu müəssisə Bakıdan gəlmiş bir sahibkar tərəfindən alınıb. Qarşıdakı bir ay ərzində həmin şəxs zavodun işə düşməsi üçün lazımi miqdarda sərmayə qoyacaq. Biznes planı tam hazırdır. Qısa vaxtda zavodda hansı istehsalın həyata keçiriləcəyi də planlaşdırılıb. Yalnız onu deyə bilərəm ki, ilkin mərhələdə müxtəlif ölçülü və rəngli kərpic və "Gəncə şərab-2" açıq tipli səhmdar cəmiyyəti üçün şərab butulkaları hazırlanacaq. Özəlləşməyə təqdim olunan "Büllur" Elm-istehsalat Birliyinin açıq səhmdar cəmiyyətə çevrilməsi üçün isə onun səhmləri artıq hərraca çıxarılıb. Adıçəkilən müəssisənin səhmlərinin 15 faizi öz işçilərinə verildikdən sonra, qalan səhmləri ala bilən iş adamı (fərqi yoxdur xarici və ya yerli biznesmenlər) idarə heyətinin rəhbəri seçiləcək". Müsahibimiz bu ilin dekabr ayında Gəncədə yeni kərpic zavodunun, gələn ilin oktyabr ayında isə biznes-konqres otelinin inşasının nəzərdə tutulduğunu da xüsusi olaraq vurğuladı.

GƏNCƏDƏ BİZNES-FORUM KEÇİRİLƏCƏK

Gəncə şəhərində bu yaxınlarda biznes-forumun hazırlanması haqda qəzetin ötən saylarının birində məlumat vermişdik. Artıq tədbirin keçirilmə tarixi də məlumdur. Sentyabrın 28-də şəhər İcra Hakimiyyətinin akt zalında baş tutacaq foruma 50-dən çox xarici və yerli iş adamları dəvət olunub. A. Muradov tədbirdən öncə biznes-sərgi təşkil olunacağını qeyd etdi: "Bu məqsədlə Gəncənin iqtisadi mənzərəsini və göstəricilərini əks etdirən kitab, müxtəlif bukletlər və videoroliklər hazırlanıb, orada numayiş etdiriləcək. Həmçinin yerli sahibkarlarımızın 46-ya qədər investisiya layihəsi İİN-ə göndərilib. Həmin layihələr də biznes-sərgidə qiymətləndiriləcək". Müsahibimiz eyni gündə Gəncə Olimpiya İdman Kompleksində kredit yarmarkasının baş tutacağını da bildirdi: "Yarmarkada müvəkkil kredit təşkilatların rəhbərləri iştirak edəcək. Kreditlər layihələri yüksək qiymətləndirilən sahibkarlara paylanacaq". Onların ümumi həcmi 4 milyon ABŞ dollarıdır.

İRD PROQRAMLARININ MONİTORİNGİ

ABŞ-ın İRD (Beynəlxalq Yardım və İnkişaf) təşkilatının ölkəmizdə həyata keçirdiyi "Kənd təsərrüfatının inkişafı" və "İİV/ QİÇS üzrə maarifləndirmə" proqramlarının monitorinqi üzrə sentyabrın 20-də 4 nəfərlik nümayəndə heyəti Gəncəyə gəlib. İRD-nin Gəncə ofisində görüş keçirən Robert Hanson (Ankaradakı ABŞ səfirliyinin kənd təsərrüfatı üzrə attaşesi), Kristina Fundeneanu (ABŞ-ın Kənd Təsərrüfatı Deportamentinin təmsilçisi), Aron Şeybe (ABŞ-ın Azərbaycan səfirliyinin iqtisadçısı) və İlqar Məmmədov (ABŞ-ın Azərbaycan səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi) görülən işlərlə daha ətraflı tanış olmaq üçün Xanlar rayonunun Haçıməlikli və Üçtəpə kəndlərində də oldular. Qonaqlar "Kənd təsərrüfatının inkişafı" layihəsi üzrə yardımlar almış bir qrup əhali ilə görüşüb, əldə olunan nailiyyətlərlə maraqlandılar. Daha sonra nümayəndə heyəti "İİV/ QİÇS üzrə maarifləndirmə" proqramı çərçivəsində təmir olunan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə baş çəkdi. Qeyd edək ki, burada, həmçinin sözügedən proqram üzrə könüllü təlimçilərin mütəmadi treninqləri keçirilir. Qonaqlar treninqlərin aparılması ilə də yaxından tanış oldular. Monitorinq keçirənlərə İRD-nin Azərbaycan üzrə direktoru Şamil Kolyayev proqramlar haqda ətraflı məlumat verdi.

"NEFT VƏ AZƏRBAYCAN" MÖVZUSUNDA SEMİNAR

Sentyabr ayının 21-də Gəncə şəhərində "Neft sektoru: dünəni, bu günü, perspektivlər, problemlər" mövzusunda seminar keçirildi. Seminar "Himayədar Humanitar Təşkilatı" Azərbaycan Neft Sənayesi İnformasiya Resurs Mərkəzinin dəstəyi ilə gerçəkləşdi. Tədbiri giriş sözü ilə təşkilatın Gəncə filialının koordinatoru Elşən Süleymanov açaraq missiyaları barədə məlumat verdi: Himayədar Humanitar Təşkilatı 1999-cu ildə bir qrup jurnalist, hüquqşünas və sosioloq tərəfindən yaradılıb. Məqsəd qanunvericilikdə, icra orqanlarında, mətbuatda Azərbaycan əhalisinin aztəminatlı təbəqələrinin müdafiəsini təşkil etmək, onların sosial hüquqlarının təminatı sahəsində vəziyyəti yaxşılaşdırmaqdır. Bu məqsədlə "Yoxsul təbəqələrin təhsil və sağlamlıq vəziyyətinin tədqiqi" və "Yoxsul təbəqələrin təhsil və sağlamlıq hüquqları müdafiəsində mətbuat lobbiçiliyi" həyata keçirilir. Onun sözlərinə görə, bu layihəyə 20 deputat cəlb edilməklə 8 qanun maddəsində öz əksini tapıb. 17 jurnalist 5 qazetlə birgə mətbuat şəbəkəsi yaradılıb. Hollandiyada N(o) vib təşkilatının dəstəyi ilə "İnkişaf perspektivində Azərbaycan nefti" layihəsi gerçəkləşib. Həmçinin iqtisadi, sosioloji və sair sahələrdə proqramlar da həyata keçirilib. Bundan başqa neft sahəsində məlumatlandırma məqsədi ilə regionlarda məntəqələrin yaradılması prosesi gedir. Sonra Azərbaycan neft sənayesinin tarixi və bu günü barədə məruzələr səsləndirildi və statistik rəqəmlər iştirakçılara çatdırıldı. Ötən 120 il ərzində Azərbaycan nefti vəhşicəsinə istismar edilib. Bu da yaxın on illikdə neftin tükənməsi ilə nəticələnə bilər. Burada Hollandiya sindromu məsələsi meydana çıxır. Yəni neft sektorundan gələn vəsaitlər elə həmin sahəyə yönəldilir, bir istiqamətdə milli valyutanın möhkəmlənməsi prosesi gedir. Hətta digər sahələrdə olan kapitalı da özünə cəlb edir. Bu da digər sektorun iflası deməkdir. Ona görə də digər kənarda qalmış sektorlara diqqəti artırmaq lazımdır. Bu məqsədlə "Himayədar Humanitar Təşkilatı" iqtisadi model hazırlayıb. Bu layihəyə əsasən neft gəlirlərinin 40 faizi etibarlı banklarda saxlanması, 60 faizi isə ümumi istehlak üçün sərf olunması nəzərdə tutulur. Bunun də 15 faizi yoxsulluğun azalmasına, 15 faizi xarici borclara, 30 faizi isə korrupsiya sosial problemlər, təhsil və sair sahələrə sərf olunması təklif olunur.

"GƏNCƏBASAR"IN ƏMƏKDAŞI MÜSABİQƏNİN QALİBLƏRİ SIRASINDA

"Təmiz Dünya" İctimai Birliyi, "Münaqişəsiz Gənclər və Azərbaycan Uşaqlar Birliyi" tərəfindən ölkəmizdəki ABŞ səfirliyinin Demokratiya Komissiyasının maliyyə dəstəyi ilə "İnsan alveri probleminin həllində ictimai fikrin dəyişməsi" mövzusunda həyata keçirilən layihə çərçivəsində paytaxtda və regionlarda fəaliyyət göstərən KİV-lər üçün müsabiqəyə yekun vuruldu. Qeyd edək ki, bu müsabiqə mayın 6-da "İnsan alveri ilə mübarizə üzrə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planı"na yardım məqsədilə təşkil edilmişdi. İyul ayının 15-dən müsabiqəyə start verilmişdi və bir ay müddətində (avqustun 15-dək) adıçəkilən mövzuda qəzet səhifələrində yer alan məqalələr qəbul olunurdu. Sentyabrın 22-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində müsabiqənin nəticələri elan olundu. Qeyd edək ki, qaliblər üçün 3 yer müəyyən olunmuşdu. Sevindirici haldır ki, 14 qəzet jurnalistinin qatıldığı musabiqənin qaliblərindən biri də qəzetimizin əməkdaşı Zakir Muraddır. Onun hazırladığı "Qloballaşan dünyada neoquldarlıq" başlıqlı məqalə (qəzetimizin 33(56)-cı sayında dərc olunub) ikinci yerə layiq görülüb. Nəticələr aşağıdakı kimi olub:
I yer - Məlahət Rzayeva ("Şərq" qəzeti)
II yer - Zakir Murad ("Gəncəbasar" qəzeti)
III yer - Hicran Qurbanlı ("Üç nöqtə" qəzeti)
Bu münasibətlə həmkarımızı və digər qalibləri ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

QHT-LƏR DÖVLƏT ORQANLARINDAN DAHA ÇOX İŞ GÖRÜRLƏR

Bunu Avropa Şurasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Mats Lindberqi Gəncə səfərində bildirib. Qonaq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə iqtidar, müxalifət partiyalarının, QHT-lərin nümayəndələri ilə görüşüb. Əsas məqsədi regionda demokratiyanın inkişaf səviyyəsi, insan hüquqlarının qorunması sahəsində hakimiyyətin hansı işlər gördüyü ilə tanış olmaq idi. Qeyd edək ki, qonaq Azərbaycanın bütün regionlarına səfər edəcək və mövcud vəziyyət haqqında baş ofisə məlumat verəcək. Bu məlumat əsasında Azərbaycan hakimiyyətinin Avropa Şurasına daxil olarkən, öz üzərinə götürdüyü öhdəliklərə əməl edib-etməməsi aydınlaşdırılacaq. Qonaq onu da qeyd edib ki, "Konvensiyaların təsdiq edilməsi, hansısa qərarın qəbul edilməsi - bunları gecikmə ilə də olsa, Azərbaycan yerinə yetirir. Lakin təəssüflər olsun ki, bəzi dövlət qurumlarınız qanunlara əməl etmək istəmir". QHT nümayəndələri ilə görüşən qonaq onların işindən razı qalıb. Görüşdən sonra o, Bakıya yola düşüb və Gəncəyə bir daha səfər edəcəyini bildirib.

"AYİBALASI" YOXSA "AY BALASİ"

Azərbaycanın qərb bölgəsində, xüsusən də Gəncəbasar ərazisində torpaqdan kəsilmiş çiy kərpicə "ayıbalası" deyirlər. Bu kərpic ayı balasına yox, həndəsi fiqura daha çox oxşayır. Türk dilində, eləcə də başqa dillərdə sözlərin əvvəlində və yaxud axırında səslərin düşməsi, yaxud əksinə, əlavə edilməsi hadisəsi mövcuddur. Bu zaman müəyyən məna fərqləri meydana çıxır. Bəzən də ilkin mənadan tamamilə uzaqlaşma baş verir. Dilçilikdə buna deformasiya (dəyişikliyə uğrama, ilkin mənanın itməsi) deyilir. Əslində bu söz də "ayıbalası" yox, "ay balası" kimi tələffüz olunmalı, bu cür də yazılmalıdır. Gördüyümüz hər bir işin texnologiyası olduğu kimi, kərpic kəsməyin də texnologiyası vardır. Bəzən bundan xəbərsiz, necə deyərlər, xam adamlar yayın cırhacırında, günün-günorta çağı torpaqdan kərpic kəsirlər. Nəticədə isə kəsilən kərpic günün altında çat-çat olur, ovulub tökülür. Lap qədimdən babalarımız çiy kərpici payızın ilk aylarında, quyruq doğandan, havalar sınandan sonra, özü də axşam ay doğandan sonra kəsiblər. Payız axşamlarında, Ay doğandan sonra onun işığında kəsilən kərpicə xalq rəmzi olaraq "Ay balası" deyib.

ADRA-NIN 5 İLLİK FƏALİYYƏTİ RƏQƏMLƏRDƏ

Qəzetimizin ötən sayında ADRA Təhsil Mərkəzinin 2004-2005-ci tədris ili üçün tələbə qəbulunu başa çatdırması haqqında məlumat vermişdik. Mərkəzin layihə rəhbəri Təranə Həsənovadan aldığımız məlumata görə, bu il Təhsil Mərkəzinə 544 nəfər tələbə qəbul olunub:
Kompüter - 10 nəfər;
Bərbər-kosmetoloq - 95 nəfər;
Tikiş - 96 nəfər;
Mühasibat - 40 nəfər;
Biznesin idarə olunması - 32 nəfər;
Elektrik - 39 nəfər;
Qaynaqçı - 18 nəfər;
Toxuma - 38 nəfər;
Kompüterin təmiri - 23 nəfər;
İngilis dili - 153 nəfər.
Ümumiyyətlə, bu günə kimi ADRA Təhsil Mərkəzini
1999-2000-ci tədris ilində - 246 nəfər;
2000-2001-ci tədris ilində - 437 nəfər;
2001-2002-ci tədris ilində - 624 nəfər;
2002-2003-cü tədris ilində - 683 nəfər;
2003-2004-cü tədris ilində - 687 nəfər bitirib və cəmi 2677 sertifikat verilib.
(Qeyd edək ki, Mərkəzdə müxtəlif ixtisaslar üzrə üç aydan on aya qədər kurslar fəaliyyət göstərir. Yuxarıdakı rəqəmlər bütöv tədris ilini əhatə edir). O cümlədən, aşağıdakı ixtisaslar üzrə:
Tikiş - 300 nəfər;
Bərbər-kosmetoloq - 274 nəfər;
Toxuma - 249 nəfər;
Elektrik - 231 nəfər;
Qaynaq - 200 nəfər;
Mühasibat - 176 nəfər;
Biznesin idarə olunması - 109 nəfər;
Kompüter - 624 nəfər;
İngilis dili - 514 nəfər.
Təranə xanım sonda qeyd etdi ki, 2004-2005-ci tədris ili üzrə qaynaq və elektrik ixtisaslarına yerlər tam dolmadığından, həmin kurslara əlavə tələbə qəbulu aparılır.

KREDİTLƏR REGİONLARA İSTİQAMƏTLƏNDİRİLİR

İqtisadi İnkişaf Nazirliyindən (İİN) verilən məlumata görə, dövlət büdcəsi hesabına sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) ayrılmış 100 milyard manat vəsaitin indiyə qədər 50 milyard manatı xərclənib. Həmin vəsait respublika üzrə 610-dan çox sahibkarın təqdim etdiyi investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Paytaxtdan başqa ölkənin 50-dən artıq bölgəsi də fondun ayırdığı kreditlərdən yararlana bilib. Son vaxtlar SKMF-in yeni strategiyasının əsasını daha çox sahibkarlıq subyektini əhatə etmək məqsədilə kiçik kreditlərin verilməsi təşkil edir. Bu da kreditləşmə prosesində regionların ( o cümlədən Gəncəbasar bölgəsinin) xüsusi çəkisini artırıb. İİN-nin Gəncə-Qazax Regional İnkişaf şöbəsinin müdiri Azər Muradov bu ilin iyul ayının 1-nə qədər Gəncə şəhərindən 100-ə qədər sahibkarın kredit aldığını bildirdi: "Şəhərimizdə kreditlərin paylanması üçün seçilmiş 24 müvəkkil kredit təşkilatının (20 bank, 4 kredit təşkilatı) hamısının filialları fəaliyyət göstərir. Adıçəkilən müvəkkil kredit təşkilatlarından sahibkarlarımıza verilən vəsaitin həcmi 2 milyard 915 milyon manatdır. Bundan 2 milyard 150 milyon manatı kiçik kreditlər şəklində 86 fiziki şəxsə paylanıb. Qalan 765 milyon manatı isə 14 nəfər hüquqi şəxslərin layihələrinin maliyyələşdirilməsinə sərf olunub". A. Muradovun sözlərinə görə, növbəti illərdə SKMF-in vəsaitlərinin artırılması hesabına Gəncədən daha çox sahibkar kredit əldə edə biləcək.

İDMAN: SAMBO, XOKKEY, FUTBOL
SAMBO
Sentyabrın 24-dən 27-dək Moldovanın paytaxtı Kişinyovda kişilər arasında sambo üzrə növbəti dünya çempionatı keçiriləcək. Yarışda dünyanın ən güclü idmançıları ilə bərabər Azərbaycan samboçuları da medallar uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, Gəncə samboçularından - ikiqat dünya çempionu Hakim Nəzərəliyev (57 kq) və gənclər arasında dünya çempionu Ramil Qasımov (62 kq) komandamızın tərkibində tatamiyə çıxacaqlar.
XOKKEY 
Bakıda sentyabrın 18-də kişilər arasında xokkey üzrə ölkə çempionatının 7-ci turunun oyunları keçirilmişdir. Bu turda Gəncə xokkeyçiləri mingəçevirlilərlə oynayıblar. Gərgin mübarizə şəraitində keçən oyunda 2:2 hesabı qeydə alındı. Bu görüşdən sonra gəncəlilər 8 xal toplayaraq cədvəlin 9-cu pilləsində qərar tutub. Çempionatda növbəti turun oyunları sentyabrın 26-da keçiriləcək.
FUTBOL
Gəncənin "Kəpəz" komandası Azərbaycan çempionatının növbəti oyununu Şəmkirdə yerli "Şəmkir" komandası ilə keçirib və 90-cı dəqiqədə İlqar Hüseynovun vurduğu yeganə qol "Kəpəz"ə qələbə gətirib - 0:1. İndi beş turdan sonra "Kəpəz" 9 xalla 7-ci yerə yüksəlib.
Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded