HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#14. 03-09 aprel 2004

İLK AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN İLK PAYTAXTINDA YUBİLEY

Martın 29-da Azərbaycan Cümhuriyyətinin görkəmli dövlət xadimləri, ilk milli təhlükəsizlik orqanımızın rəisi vəzifəsində çalışmış Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanlı qardaşlarının yaşadığı İsrafil Məmmədov küçəsinin II döngəsindəki 9 saylı evin önündə göstərilən faktları xatırladan mərmər lövhənin açılışı oldu. Mərasimə, yubiley tədbirlərində iştirak etmək üçün Milli Təhlükəsizlik Naziri tərəfindən məxsusi dəvət olunmuş, Nağı bəy Şeyxzamanlının qızı Adilə xanım, nəvəsi (Adilə xanımın qızı) - Amerikadakı Azərbaycan cəmiyyətinin sədri Tomris xanım Azəri, görkəmli dövlət xadimi Fətəli Xan Xoyskinin Türkiyədə yaşayan nəvəsi İbrahim Xan Xoylu, onun xanımı və digər qonaqlar qatılmışdılar. Üzərində "Azərbaycan Cümhuriyyətinin görkəmli xadimləri, xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə İdarəsinin ilk rəisləri Məmmədbağır bəy Saleh bəy oğlu Şeyxzamanlı (1880-1920) və Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı (1883-1967) bu evdə yaşamışlar" sözləri həkk olunmuş iri abidə-lövhənin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbirlər Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında davam etdirildi. Azərbaycan Cümhuriyyətinin ilk iqamətgahı olmuş indiki akademiyanın baş binasında və muzeyində Azərbaycan Cümhuriyyətinin tarixi ilə bağlı eksponat və guşələri seyr etdikdən sonra iştirakçılar akt zalında yığıncağa toplandılar. Burada çıxış edən AKTA-nın rektoru, akademik Məmmədtağı Cəfərov sədri olduğu Azərbaycan Ziyalılar Cəmiyyətinin "Fəxri ziyalı" diplomunu Vətən mənafeyi üçün xidmətlərinə görə Tomris Azəriyə təqdim etdi. Günün ikinci yarısında qonaqlar "İmamzadə" türbəsini və buradakı qəbiristanda dəfn olunmuş qohumlarının məzarlarını ziyarət etdilər.


GƏNCƏ VƏ NYU-ARK QARDAŞLAŞDI

Ölkəmizin təhlükəsizlik orqanlarının yubileyi ilə əlaqədar Bakıda və Gəncədə olan Amerikadakı Azərbaycan cəmiyyətinin sədri Tomris xanım Azəri Gəncə şəhəri ilə göstərilən cəmiyyətin yerləşdiyi ABŞ-ın Nyu-Cersi ştatının Nyu-Ark şəhərinin qardaşlaşması haqda protokolun şəhərimizin İcra Hakimiyyətinin başçısı cənab E. Əzizov tərəfindən imzalandığını bildirdi. O, Nyu-Cersi şəhərinin merinin fevral ayında imzaladığı protokolu şəhərimizin başçısına, E. Əzizovun imzası olan protokolu isə Nyu-Cersi şəhərinin rəhbərliyinə çatdıracağını qeyd etdi. Beləliklə, artıq qədim Gəncənin Amerikada Nyu-Ark adlı qardaşı var.


XXI ƏSRƏ UCA BİNALARLA

Gəncənin Atatürk prospektində Xalça-Mahud kombinatı ilə üzbəüz ərazidə doqquz mərtəbəli bina ucaldılır. İki hektar ərazini əhatə edən bu sahədə F. R. Y. İnşaatçı MMC 8 ədəd 9 mərtəbəli bina ucaltmağı planlaşdırır. Burada örtülü üzgüçülük hovuzu, biznes mərkəzi, mərasimlər üçün binanın tikilməsi də nəzərdə tutulub. Yaxın zamanlarda müxtəlif kommersiya şirkətləri tərəfindən "Gəncə bazarı" adlı yarmarkanın ərazisində, Kəpəz İcra hakimiyyəti binasının, Gəncə Univermağının yaxınlığında, H. Əliyev küçəsindəki şəhər hamamının yerində yeni yaşayış binaları tikiləcək. Lakin bu proses bir qədər vaxt tələb edir. Çünki şəhərin mühəndis kommunikasiya xətləri 1983-cü ildə təsdiq olunmuş şəhərin baş planına əsasən quraşdırıldığından, bu cür böyük tikililər üçün nəzərdə tutulmayıb. 20 il müddətinə nəzərdə tutulan "Şəhərin baş planı"nın yenidən işləndiyi və bu il təsdiq ediləcəyi bildirilib.


GƏNCƏ TAEKVANDOÇULARININ UĞURLARI

Martın 26-28-də Bakının İdman Sarayında taekvando üzrə XIV Azərbaycan çempionatı keçirilib. Yarışda respublikamızın müxtəlif şəhər və rayonlarından gəlmiş 420-yə yaxın idmançı medallar uğrunda mübarizə aparıblar. Bu çempionatda Gəncə idmançıları əla çıxış edərək bir neçə medal qazanıblar. Yeniyetmələr arasında dörd nəfər gəncəli fərqlənib. Qızlar arasında Səbinə Mikayılova (59 kq) ikinci, Aytəkin Əmiraslanova (46 kq) və Aytel Aslanova (55 kq) uçüncü yerə çıxıblar. Oğlanlar arasında isə idmançıların payına bir gümüş medal düşüb. Bu medalı 68 kq çəki dərəcəsində çıxış edən Üzeyir Hüseynov qazanıb. Qadınlar arasında üç taekvandoçu - Leyla Yusifova (51 kq), Gürşad Quliyeva (68 kq) və Minurə Qarayeva (68 kq) qızıl medala layiq görülüblər. Zənurə Orucova isə (55 kq) üçüncü pillədə qərarlaşıb.


GƏNC BASKETBOLÇULARIN UĞURU

Bu günlərdə Yevlaxda oğlanlar arasında gənclərin IV Respublika oyunlarının basketbol üzrə zona birinciliyi keçirilib. Final oyunlarına vəsiqə uğrunda 10 komanda, o cümlədən Gəncə basketbolçuları da mübarizə aparıblar. Gəncə komandası (məşqçi - Elçin Süleymanov) yarışın birinci mərhələsində mingəçevirlilərə - 55:22, Şamaxı komandasına 67:11 və goranboylulara - 104:0 (!) hesabı ilə qalib gəliblər. Həlledici oyunda isə Şəki komandası ilə görüşməli idilər. Lakin rəqib komanda meydançaya çıxmayıb və onlara texniki məğlubiyyət verilibdir. Beləliklə Gəncə basketbolçuları Bakıda keçiriləcək gənclərin Respublika oyunlarının finalında öz gücünü sınayacaq. Qeyd edək ki, iki il əvvəlki turnirdə gəncəlilər çempion olmuşlar.


QALİBLƏR SIRASINDA

Martın 22-dən 25-nə kimi Yevlaxda Respublika "Təhsil" İdman Mərkəzinin gənclər arasında cüdo üzrə birinciliyi keçirilib. Tatami üzərinə respublikanın bir neçə şəhər və rayonundan gəlmiş idmançılar çıxmışdır. İştirakçılar arasında Gəncə şəhərinin bir qrup cüdoçuları da var idi. 1 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirmələri (məşqçi - idman ustası Ceyhun Bayramov) bu yarışda uğurla çıxış edərək, evə bir neçə mükafatla qayıdıblar. Onlardan Abbasəli Əliyev (34 kq), Bəhman Bəhmənzadə (55 kq) - birinci, Nicat Bağırov (38 kq), Fərid Babayev (50 kq) - ikinci, Emin Tağıyev (55 kq) - üçüncü yerə çıxıblar.


CÜDOÇUMUZ BÜRÜNC MÜKAFAT QAZANIB

Belarusun paytaxtı Minskdə 27-28 martda cüdo üzrə "A" kateqoriyalı beynəlxalq turnir keçirilıb. Afina Olimpiyadasına vəsiqə (lisenziya) uğrunda Fransa, Rusiya, Polşa, Almaniya, Niderland, Rumıniya, Qazaxıstan, Ukrayna və digər ölkələrdən gəlmiş idmançılar mübarizə aparıblar. Tatami üzərinə 9 Azərbaycan cüdoçusu, o cümlədən Gəncə sambo və cüdo məktəbinin yetirməsi Mövlud Mirəliyev də çıxıb. Mövlud qrup mərhələsində polşalı Pavel Şmolipesi və Denni Meyvsepi (Niderland) udub, Ukraynalı Vitali Bubona isə uduzub. Üçüncü yer uğrunda qarşılaşmada o, qazaxıstanlı Asxam Zitkeyeviçdən üstün olub. Bürünc medala və 30 lisenziya xalı qazanan M. Mirəliyevin hesabında indi 73 xal var. Hazırda Mövlud Mirəliyev aprelin 3-4-də Tbilisidə keçiriləcək "A" kateqoriyalı beynəlxalq turnirə hazırlaşır.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded