HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#26. 26 - 02 iyul 2004

HAKİM NƏZƏRƏLİYEV DÜNYA KUBOKUNUN SAHİBİ OLDU

Çexiyanın paytaxtı Praqada sambo üzrə Dünya Kuboku yarışı başa çatdı. Turnirdə dünyanın ən güclü idmançıları, o cümlədən Azərbaycan pəhləvanları qələbə uğrunda mübarizə aparıb. Bu yarışda Gəncə sambo məktəbini tanınmış samboçumuz, iki qat dünya çempionu Hakim Nəzərəliyev təmsil edirdi. Həmyerlimiz Bolqarıstan, Monqolustan, Ukrayna və Rusiya idmançılarına qalib gələrək 57 kq çəki dərəcəsində Dünya Kubokuna sahib olub. Hakim Nəzərəliyevi və onun ilk ustadı, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Əli Hacıyevi ürəkdən təbrik edir, yeni-yeni idman nailiyyətləri arzulayırıq!


NİGAR RƏFİBƏYLİ YAD EDİLDİ

Ötən həftə, iyun ayının 18-də, tanınmış Azərbaycan şairəsi Nigar xanım Rəfibəylinin anadan olması münasibətilə şairənin "Xan Bağı"ndakı heykəlinin önündə şəhər ictimaiyyətinin birgə iştirakı ilə anım mərasimi keçirilib. Qeyd edək ki, mərasim şəhər İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar şöbəsi və Gəncə şəhər Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilib. Anım mərasimi Nigar xanımın adını daşıyan 43 saylı orta məktəbdən başladı, daha sonra şairin abidəsi önündə davam etdirildi. Çıxış nitqi ilə mərasimi açıq elan edən Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar şöbəsinin sədri Məmməd Alim şairin həyat və yaradıcılığından dolğun bəhs etdi. Daha sonra, şair Rübail, İman İntizar İrani, Mikayıl Yanar, professor Bağır Ulduz, Sədnik Paşayev və s. ziyalılar Nigar xanım Rəfibəyli ilə bağlı xatirələri bölüşdülər. Natiqlərin çıxışlarından sonra şairənin qohumu Mahir Rəfizadə toplantı iştirakçılarına öz minnətdarlığını bildirdi. Tədbir 43 saylı məktəb şagirdlərinin ifasında Nigar xanım Rəfibəylinin şerlərinin səsləndirilməsi ilə sona çatdı.


İSRAFİL MƏMMƏDOVA HEYKƏL QOYULACAQ

May ayının 30-da İsrafil Məmmədovun anadan olmasının 85-ci ildönümü qeyd olundu. Bu münasibətlə Gəncə şəhərində təşkil edilən tədbirdə çıxış edənlər onun qəhrəmanlığından, keçdiyi cəsurluq yolundan fəxrlə danışırdılar. Tədbirdə iştirak edən İsrafil Məmmədovun bacısı qızı Pakizə xanım bizimlə bəzi düşüncələrini bölüşdü: "Hər dəfə dayımın adı ilə bağlı nəsə olanda sevinirəm. Ancaq bir şey məni çox narahat edir. Onun adına verilmiş küçədə barelyefi, hər hansı bir yerdə heykəli, büstü belə yoxdur". Pakizə xanımın giley-güzarı ilə bağlı Gəncə şəhər Veteranlar Şurasının sədri Yusif Yusifovun dedikləri: "Gəncə ziyalıları ilə birgə İsrafil Məmmədovun ev müzeyini açdıq, heykəltəraş Şərif Şərifov isə Məmmədovun heykəlini işləyib, emalatxanasında hazırdır. İcra Hakimiyyəti ilə qərarlaşdırmışıq, bu yaxın günlərdə hansısa layiqli bir yerdə qoyulacaq".


RABİTƏ NAZİRİ GƏNCƏDƏ

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gəncədə bu günlərdə keçirilən muşavirədə bildirib ki, hüquq-mühafizə orqanlarının debitor borcları 150 milyard manat təşkil edir. Nazir bu borcların ümidsiz olduğunu deyib: "Bilirsiniz, təkcə danışıqlar yox, onlar bizdən xususi kanallardan istifadə edirlər. Ümumiyyətlə onlara verilən o xususi kanallar çox yüksək qiymətlə hesablanmışdı. Müəyyən qədər biz xahiş edəcəyik ki, ödəsinlər". Müşavirədə iştirak edən Aztelekom İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov qeyd edib ki, Şəmkir, Goranboy, Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Xanlar və Gədəbəy rayonlarında debitor borclar artıb. Təkcə Gəncə şəhərində debitor borc 3 milyard manat təşkil edir ki, bundan 1 milyard 952 milyon manat əhalinin, yerdə qalan hissəsi isə idarə və təşkilatların payına düşür. Şəmkir rayonunda bu rəqəm 38 milyon manat təşkil edir. Bütün bunlarla bərabər büdcə ödənişlərinin yerinə yetirilməməsi halları da var. Yevlax telekommunikasiya qovşağında (TQ) 22 milyon manat, Mingəçevirdə 17 milyon, Tərtərdə 10 milyon, Goranboyda 8 milyon, Daşkəsən və Naftalanda isə 1,2 milyon manat dövlət büdcəsinə və dövlət sosial müdafiə fonduna borclar ödənilməyib. Həmçinin M. Məmmədov onu da bildirdi ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, bir neçə rayon telekommunikasiya qovşaqlarında dəftərxana ləvazimatlarının alınması üçün xeyli vəsaitin sərf olunduğunu bildirib. Təkcə Gəncə TQ-də 244,8 milyard manat hesabından vəsait xərcləyib. Tərtər TQ-də təkcə son beş ay ərzində 52 milyon manat vəsait sərf edib, bu isə ümumi gəlirin 17,4 faizini təşkil edir. Buna bənzər vəziyyət Ağstafa, Mingəçevir və Yevlax TQ-lərində də qeydə alınıb. Öz növbəsində nazir Əli Abbasov çıxışında söylədi ki, poçt sisteminin təkmilləşdirilməsi üçün yeni informasiya xidmətlərindən də istifadə ediləcək. Həmçinin poçt vasitəsi ilə mikrokreditlərin verilməsi də planlaşdırılır. Eyni zamanda diqər bank və maliyyə əməliyyatları aparılması nəzərdə tutulub. Bunun üçün nazirlik dunya bankından 12 milyon ABŞ dolları məbləğində kredit götürəcək. Ə. Abbasov onu da vurğuladı ki, Azərbaycanın bütün regionlarının tamamilə telefonlaşdırılması layihəsi üzərində də çalışır. Onun dediyinə görə, bu işə sərf ediləcək vəsait 5-7 ilə qoyulan xərci ödəyəcək. Onu da bildirək ki, Tovuz şəhərinin telekommunikasiya qovşağı tam rekonstruksiya olunub və 4512 abonent telefon nömrələri ilə təmin edilib.


PREZİDENT CƏNAB İLHAM ƏLİYEVƏ GƏNCƏ ƏHALİSİNİN MÜRACİƏTİ

Cənab Prezident! Eyni bir mövzu - "BAYVA" - Qərbenerji" MMC-nin yarıtmaz və qeyri-qanuni fəaliyyəti ilə əlaqədar Sizə ikinci dəfə müraciət etmək məcburiyyətində qalmışıq. Hələ bu ilin fevral ayında "BAYVA" şirkəti haqqında Sizə müraciət edərkən ümid edirdik ki, şikayətimiz nəticəsiz qalmayacaq və müvafiq dövlət orqanları bu şirkətə anladacaq ki, o nə bu xalqın, nə də onun əmlakının ağası deyil, əksinə, əhaliyə ölkə qanunlarına uyğun, yüksək səviyyəli xidmət göstərməyə borclu bir qurumdur. Şikayət məktubumuz AR Prezidentinin İcra Aparatı tərəfindən baxılıb tədbir görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə göndərilsə də, təəssüf ki, nazirlik tərəfindən problem araşdırılmaq və tədbir görülmək əvəzinə, müraciət qanunvericiliyin tələblərinə zidd olaraq, haqqında şikayət olunan quruma - "BAYVA" şirkətinin özünə ünvanlanmışdır. Bundan sonra isə mart ayında Gəncəyə səfər edən İqtisadi İnkişaf naziri cənab Fərhad Əliyev yerli televiziya ilə çox qəribə fikirlər söylədi: ""BAYVA" şirkətinin fəaliyyətinə müdaxilə etmək mümkünsüzdür". Bu sözlərlə "BAYVA"-nın qeyri-qanuni əməllərinə və özbaşınalığına dəstək verən rəsmi dövlət nümayəndəsi əslində, qanunların aliliyini və xalq maraqlarını deyil, bir qrup şübhəli ünsürün xalqı və dövləti çalıb-çapmaq marağını müdafiə etdi və təəssüf ki, bu zaman İqtisadi İnkişaf naziri cənab F. Əliyev unutdu ki, bütün şirkətlər və o cümlədən, "BAYVA" şirkəti AR qanunları əsasında, Azərbaycan xalqının hüquqlarını pozmadan, onun maraqlarını təmin etmək istiqamətində fəaliyyət göstərməlidir. Sözsüz ki, bu prinsiplər hökumətlə özəl şirkətlər arasında bağlanmış müqavilələrdə öz əksini tapmalıdır və müqavilədəki şərtlərin şirkətlər tərəfindən necə yerinə yetirilməsini yoxlamaq və icrasına nəzarət etmək məhz İqtisadi İnkişaf Nazirliyinin vəzifələrindən biridir. Təsadüfi deyil ki, "Elektroenergetika haqqında" AR Qanununda müvafiq icra orqanlarının hüquq və vəzifələri çox geniş əks olunmuşdur. Cənab Prezident! Sizə məlumat veririk ki, İqtisadi İnkişaf naziri F. Əliyevin şəxsində havadar tapmış "BAYVA" şirkəti özünü dövlət daxilində dövlət kimi apararaq, əhalinin şikayətindən qeyzlənib onlara qarşı daha aqressiv və və həyasız münasibət göstərməyə başlayıb. Yay mövsümünün başlanmasına baxmayaraq, Gəncədə elektrik enerjisinə qoyulan məhdudiyyətlər hələ də götürülməyib. "BAYVA" - Qərbenerji" MMC-nin baş meneceri Fəxrəddin Aydayev isə bəyan edir ki, məhdudiyyət davam edəcək və "kim deyirsə ki, bu monopoliyadır, dövlətə qarşı iddiasını qaldırsın, onunla da vuruşsun". Bu sözlər onun "Gəncəbasar" qəzetinə (ยน 24; 12 - 18 iyun, 2004) verdiyi müsahibədən götürülmüşdür. Məgər bu sözlər açıq - aydın dövlətə qarşı çağırış kimi səslənmirmi və əhalinin şirkətə qarşı narazılığını dövlətə qarşı yönəltmək cəhdi deyilmi? Ümumiyyətlə, həmin müsahibədə baş menecerin digər fikirləri də - onun "mənəmlik" iddiası, səviyyəsizliyi, Azərbaycana və Azərbaycan xalqına qarşı ikrahla yanaşması, "BAYVA"nı dövlət içərisində dövlət kimi zənn etməsi, hamıya meydan oxuması da təəccüb və heyrət doğurmaya bilməz. Müxbirin "abonentə öncədən normal şərait yaratmadığınız və hüquqlarını pozduğunuz halda ondan normal ödəniş tələb etməniz nə dərəcədə düzgündür?" sualına baş menecer F. Aydayev cavab verir ki, "problem haqlı problemdir. Lakin biz Avropada yox, Azərbaycanda işləyirik". Cənab Aydayevin əvvəllər harada yaşadığını və Gəncəyə necə gəlib düşməsini bilməsək də, ondan fərqli olaraq, biz azərbaycanlı olmağımız və Azərbaycanda yaşamağımız ilə fəxr edirik. Cənab Aydayevdən fərqli olaraq, onu da bilirik ki, AR Konstitusiyasında göstərilmişdir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Odur ki, o, Azərbaycanı Afrika cəngəlliklərinə oxşadırsa, çox böyük səhv edir. Ona görə də, cənab Aydayev Azərbaycan qanunlarını oxuyub öyrənməli, onlara hörmətlə yanaşmalıdır. Əks halda müvafiq dövlət orqanları bu cənabı qanunlarımıza tabe olmağa məcbur etməlidir. Hələlik isə müvafiq dövlət orqanları öz səlahiyyətlərini həyata keçirmədikləri üçün cənab Aydayev Azərbaycan vətəndaşlarını hüquqsuz bir varlıq hesab edərək deyir ki, "bu gün abonentin heç bir hüququ yoxdur. Ona görə ki, bu gün abonent bizim enerjini sorub pulunu ödəmir. Bu gün abonentin bir hüququ var ki, hökumətin enerjisini oğurlayıb talasın. Abonent bunu edirsə, onun hansı hüququndan söhbət gedir?" Göründüyü kimi, F. Aydayev bütün abonentləri oğurluqda ittiham edərək, təhqir etməkdən belə çəkinmir. Atalarımızın yaxşı bir deyimi var: "Oğru elə bilir ki, hamı oğrudur". Mübaliğə etmədən deməliyik ki, Gəncə abonentlərinin 99 faizi enerji haqqlarını vaxtında və artıqlaması ilə ödəyir. Ancaq həmin pullar "BAYVA" talançıları tərəfindən hökumətdən gizlədilərək mənimsənildiyindən, şirkətin özü tərəfindən yaradılmış süni borclar əhalinin adına yazılır. Əgər bu belə deyilsə və şirkət abonentlərdən cəmi 10-15 faiz enerji haqqı toplayırsa, deməli, öz vəzifələrinin öhdəsindən gələ bilmir və hökumətlə bağlanmış müqavilə şərtlərini pozur. Belə olduqda isə təbii ki, "BAYVA"-nın fəaliyyətinə xitam verilməlidir. F. Aydayev iddia edir ki, əhalinin ödəmədiyi pulu Beynəlxalq Bankdan kredit göbürüb dövlətə qaytarır. Qəribə də olsa, bu Molla Nəsrəddinin tacir olmasına bənzəmirmi? Əgər şirkət qazanc əvəzinə ziyanla işləyirsə, onda həm əhalini, həm də özlərini incitməkdə maraqları nədir? Qazanc yoxdursa, bu cənablar bankdan götürdükləri krediti kimin hesabına ödəyəcəklər. Bəlkə onların ziyanını son nəticədə şirkətə zəmanət məktubu vermiş hökumət ödəməli olacaqdır? Yenə sual olunur: "BAYVA" şirkətinin elektrik enerjisinin verilməsi sahəsində yaratdığı süni əngəllər, qanunla müəyyən edilmiş müqavilələr bağlamadan, özbaşına təyin etdiyi məhdudiyyətlər nəticəsində əhaliyə, sahibkarlara, iş adamlarına, kənd təsərrüfatına, bütövlükdə ölkə iqtisadiyyatına vurulan zərərin hesabı kimdən soruşulmalıdır? Görəsən İqtisadi İkişaf naziri cənab F. Əliyevin elektrik enerjisi ucbatından suvarılmayan taxıl zəmilərindən, pambıq tarlalarından xəbəri varmı? Ümumiyyətlə elektrik enrjisi problemi həll edilmədən hansı sosial-iqtisadi inkişaf proqramından danışmaq olar? Real vəziyyət isə göstərir ki, "BAYVA" kimi müəmmalı şirkət mövcud olduqca bu problem düzələnə oxşamır. Son vaxtlar edilən şikayətlər və tələblər nəticəsində "BAYVA" şirkəti nəhayət ki, Gəncə şəhərində enerji haqqının ödənişini poçt vasitəsilə həyata keçirməyə başlayıb. Eyni zamanda şəhərin müəyyən yaşayış sahələrində elektrik sayğaclarının quraşdırılmasına başlanıb. Lakin təəssüf ki, F. Aydayev kimi şirkət rəhbərləri yenə də özbaşınalıqlarından əl çəkmək fikrində deyillər. Belə ki, poçtlara göstəriş verilib ki, sayğacları olmayan abonentlərdən 20.000 manatda az aylıq ödəniş qəbul edilməsin. Halbuki quraşdırılmış sayğaclarda aparılmış müşahidələr göstərir ki, yay mövsümündə mənzil başına işlədilən elektrik enerjisinin qiyməti orta hesabla 8-10 min manatdan çox məbləğ təşkil etmir. Digər tərəfdən isə müəyyən yerlərdə sayğacların quraşdırılmasından 1 aydan artıq vaxt keçməsinə baxmayaraq, "BAYVA" şirkəti nə üçünsə "Elektroenergetika haqqında" AR Qanununun ən əsas prinsipinə əməl etmək - abonentlərlə münasibətləri hüquqi müstəvidə həll etmək istəmir. Məsələ burasındadır ki, cənab baş menecer F. Aydayev AR-ın müvafiq qanununa məhəl qoymadan, əhalinin maraqlarını nəzərə almadan yalnız özünə sərf edən müqavilə forması icad etmişdir. Həmin müqavilə mətnində təchizatçının öhdəlikləri - dəyərin ödənilməsi müqabilində istehlakçının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, enerjinin gücünün standarta uyğunluğu, gərginliyin dəyişməsi və s. ucbatından istehlakçıya dəyən zərərin ödənilməsi kimi öhdəliklər öz əksini tapmamışdır. Əvəzində isə həmin müqavilə forması elektrik enerjisinin dəyər haqqının ödənilib ödənilməməsindən asılı olmayaraq ona istədiyi kimi məhdudiyyət qoymaq üçün "BAYVA" şirkətinə hüquqi təminat verir. Bu isə istehlakçıların qanunla müdafiə olunan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu adi həqiqəti dərk etmək istəməyən baş menecer isə müsahibəsində qəti şəkildə bildirir ki, "bu gün bu müqavilə ilə onlara işıq veririk. Əgər kiminsə xoşuna gəlmirsə, işıq almasın, yaxud məhkəməyə müraciət etsin ki, "BAYVA" mənim hüququmu pozur. Məni bu müqavilə qane edir, ona əsasən də enerji satıram". Bütün bunlar onu söyləməyə əsas verir ki, "BAYVA" şirkəti həqiqətən də Azərbaycan Respublikası qanunlarına məhəl qoymayan, AR vətəndaşlarının hüquq və mənafelərinə qəsb edən, sosial-iqtisadi inkişaf prosesinə zərbə vurmaq istəyən, dövlət və xalq arasında narazılıq yaratmağa çalışan şübhəli və yarıtmaz bir qurumdur. Belə bir qurumun isə Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir mənəvi və hüquqi haqqı yoxdur. Fikrimizcə, AR hökuməti ilə "BAYVA" şirkəti arasında bağlanmış müqaviləyə xitam vermək üçün kifayət qədər əsas vardır. Cənab Prezident! Sizdən artıq dərəcədə xahiş edirik ki, şikayətimizə diqqətlə yanaşıb başçısı olduğunuz dövlətin vətəndaşlarını "BAYVA" talançılarının əlindən xilas edəsiniz. Hörmətlə: imzalar (cəmi 100 imza).


İDMAN: ŞAHMAT, BOKS, QAÇIŞ GÜNÜ.
ŞAHMAT

İyunun 10-dan 20-nə kimi Gəncə Şahmat Məktəbində Qurtuluş gününə həsr olunmuş yeniyetmələr arasında şahmat turniri keçirilib. İsveçrə sistemi ilə keçirilən yarışda 46 idmançı mübarizə aparıb. Oğlanlar arasında 16 saylı məktəbin şagirdi Amin Abbasov 7,5 xalla I oldu; 2 saylı məktəbin şagirdi Toğrul Hüseynov və 34 saylı məktəbin şagirdi Dəyanət Kazımov 7 xalla II-III yerlərə çıxıblar. Qızlar arasında isə 27 saylı məktəbin şagirdi Fizzə Verdiyeva və 2 saylı məktəbin şagirdi Lalə Dadaşzadə 6 xalla birinci-ikinci yerləri bölüşdürüb. Əmsala görə Fizzə baş mükafata layiq görülüb. 27 saylı məktəbin şagirdi Aysu Məmmədova 5,5 xalla üçüncü olub. Fərqlənən şahmatçılara diplomlar və hədiyyələr təqdim olunub.

BOKS

Bu günlərdə Cənubi Koreyada gənclər arasında boks üzrə dünya birinciliyi başa çatdı. Yarışa 55 ölkənin idmançıları qatılıb. Azərbaycan yığma komandasının tərkibində Gəncə boks məktəbinin yetirməsi, Avropa və dünya birinciliyinin qalibi və mükafatçısı Elçin Əlizadə çıxış etmişdi. Həmyerlimiz 91 kq çəki dərəcəsində öz gücünü sınayıb. Elçin iki döyüşdə qalib gələrək yarımfinala kimi addımladı. Bu mərhələdə öz rəqibinə uduzaraq üçüncü yerə çıxıb və bürünc medalla təltif olunub.

QAÇIŞ GÜNÜ

İyunun 20-də Gəncədə Milli Olimpiya Komitəsinin və Respublika Atletika Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Olimpiya qaçış günü keçirildi. Olimpiya Qaçış günü 1987-ci ildən başlayaraq hər il dünyanın bütün tərəqqipərvər ölkələrində keçirilir. Bu ilki Qaçış günü XXVIII Yay Olimpiya oyunları ərəfəsində keçirildiyindən o, daha böyük əhəmiyyət kəsb edir. Yarışın startı Yeni Gəncədəki Ortopedik Bərpa Mərkəzinin yanından verilib. Finiş xətti isə Olimpiya İdman Kompleksinin yanında çəkilmişdi. 1000 metrə yaxın olan məsafəni I Elnur Mustafayev keçmişdir. II Amin Haqverdiyev, III isə Rüfət Qədimov olmuşlar. İştirakçılar arasında ən kiçik iştirakçı 11 yaşlı Qalib Əliyev diplom və hədiyyə ilə mükafatlandırıldı. Sonda tədbirin keçirilmə səviyyəsi haqqında bir neçə söz demək istərdik. Bu tədbirdə 500 nəfərə yaxın qaçış həvəskarının iştirakı gözlənilirdi, yarışa qatılanların sayı isə 200-ü keçmədi. Lakin bununla belə əsasnaməyə görə, Olimpiya devizi altında təşkilatçılar tərəfindən verilməsi nəzərdə tutulan köynəklər iştirakçılara paylanmadı, "Sprayt" və "Koka-Kola" firmasının məhsulları iştirakçıların heç yarısına da çatmadı. Bu sərinləşdirici sulara uşaqların çoxu həsrət qaldılar.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded